Endometrioz, endometrium adlanan uşaqlığın daxili qatına bənzər bir toxumanın uşaqlıq boşluğundan kənarda yumurtalıqlar və fallop boruları kimi başqa yerlərdə böyüməyə başlaması ilə ortaya çıxan bir sağlamlıq problemidir.
Hər yaşdan qadına təsir edə bilən endometrioz yumurtalıqlarda, bağırsaqda və ya çanağı örtən toxumalarda endometriumabənzər toxumanın böyüməsi ilə yaranır. Endometrial toxumanın çanaqdan kənara yayılması ilə ortaya çıxır. Uşaqlıqdan kənarda böyüyən endometrial toxuma endometrial implant adlandırılır. Endometrioz toxumaları menstrual hormonlardan təsirləndikləri üçün dövri olaraq böyüyür və qanaxmaya səbəb olurlar.
Buna uyğun olaraq yerləşdikləri nahiyədə toxuma reaksiyalarına, bitişmələrə, iltihablara və kistalara da səbəb ola bilərlər. Uzunmüddətli perspektivdə isə ağrılı nodulların yaranmasına və orqanların bir-birinə bitişməsinə yol aça bilərlər. Endometrioz eyni zamanda toxumalara verdiyi zədələr səbəbindən ən önəmli sonsuzluq səbəblərindən biri hesab edilir.
Qarında Çanaqdan Kənarda Hansı Nahiyələri Tuta Bilər?
Qalın bağırsaq, nazik bağırsaq (xüsusilə ileosekal nahiyə, bu səbəbdən endometriozlu xəstələrdə bu nahiyə çox əhəmiyyət daşıyır), dalaq, qaraciyər, diafraqma, böyrəklər, sidik axarı kimi tutmadığı heç bir orqan yoxdur. Lakin bunu da xüsusilə qeyd etmək lazımdır ki, sadaladığımız bu orqan tutulmaları çox az görülür. Bu vəziyyət çox yaxşı olsa da, eyni səbəbdən tez-tez diaqnoz nəzərdən qaçır. Düzgün və erkən diaqnoz üçün endometrioz tutulmasının yada salınması lazımdır.
Endometriozun Səbəbləri
Endometriozun dəqiq səbəbi hələ məlum olmasa da, retroqrad qanaxmanın mümkün səbəblərdən biri olduğu qəbul edilir. Qadınlarda hər ay baş verən aybaşı qanaxması ilə birlikdə uşaqlığın daxili qatını örtən endometrium toxuması bədəndən xaric edilir.
Normalda vagina yolu ilə olan bu qanaxma geriyə doğru baş verdikdə endometrial toxuma fallop borularından qarın boşluğuna axır və buradaki orqanlara yerləşərək endometriozun yaranmasına səbəb olur. Genetik meyllilik də endometriozun səbəblərindən biri hesab edilir. Normal toxumaların hormonlar və ya immun amillər səbəbindən endometroza çevrilməsi ilə endometrial toxumaların qan və ya limfa damarları vasitəsilə bədənin digər nahiyələrinə daşınması da endometriozun yaranmasına səbəb ola bilər.

Yuxarıdaki təsvirdə Endometriozun yaranmasındaki önəmli nəzəriyyələrdən retroqrad menstruasiyanın sxematik çizimi izlənilir.
Endometriozun Əlamətləri
Endometriozun ən çox görülən əlaməti adətən aybaşı dövrlərində və cinsi əlaqə zamanı xroniki ağrı görülməsidir. Sonrakı dövrdə aybaşı dövründən asılı olmayaraq davamlı qarın ağrısı görülməyə başlayır. Eyni şəkildə ginekoloji müayinə zamanı da şiddətli ağrı hiss olunur. Endometriozun bağırsaqlara təsir etdiyi hallarda tutulma və nəcis ifrazı zamanı ağrı görülə bilər. Sidik kisəsinin təsirləndiyi hallarda yanma və qanlı sidik şikayətləri yarana bilər. Endometriozun reproduktiv orqanlarda yaratdığı zədələr ən önəmli sonsuzluq səbəblərindən biri hesab edilir. Bununla belə endometrioz bəzi xəstələrdə heç bir şəkildə əlamət verməyə bilər.
Endometriozda borulara və ya ətrafına yerləşən endometrium toxumasının səbəb olduğu bitişmələr və sərtləşmələr boruların hərəkətinin azalmasına və buna uyğun olaraq sonsuzluğa səbəb ola bilər. Bunun səbəbinin yumurtalıqlara yerləşərək bitişməyə səbəb olan endometrioz toxumasının yumurta hüceyrəsinin yetişməsini pozma ehtimalı olduğu fikri hakimdir.
Əvvəllər Laparoskopiya xəstələrin çoxunda endometrioz üçün ən önəmli diaqnoz və müalicə üsulu olma xüsusiyyətinə sahib olsa da, günümüzdə inkişaf etmiş görüntüləmə üsulları və bu sahədə çalışan Endometrioz Mərkəzlərinin fənlərarası birgə işi nəticəsində əməliyyat etmədən xəstələrin çoxunda diaqnoz qoyula bilir. Mövzuya hakim olmaq çox önəmlidir.
Məsələn diafraqma endometriozundan Endometrioz mütəxəssisi şübhələnirsə, müvafiq Radioloqdan bu şübhəsinə yönəlik kontrastlı, xüsusi kəsik (xüsusilə endometriozun diafraqmada sıx tutduğu planları əhatə edəcək şəkildə) diafraqma Maqnit Rezonans (MRT) istənilir. Standart görüntüləmələrlə təəssüf ki, bu xəstələrin diaqnozu tez-tez nəzərdən qaçır. Eyni vəziyyət bağırsaq, böyrək, sidik axarı endometriozunda da keçərlidir.
Prof.Dr.Taner Usta
Endometrioz Multidissiplinar Mükəmməllik Mərkəzinin Direktoru,
Altunizade Acıbadem Hastanesi.
