Bir çox qadında ortaya çıxan sağlamlıq problemi olan endometrioz ağrılı xroniki bir xəstəlikdir və ağır bədən və ruhi problemlərin yaşanmasına səbəb ola bilər. Endometriozun yumurtalığa yerləşən, qarını örtən zara yerləşən dərin endometrioz növləri var.
Dərin infiltran endometrioz uşaqlığın arxa divarını, qalın bağırsaqları, sidik kisəsini və sidik kanalını, çanaq, siyatik və oma sinirlərini əhatə edir və endometrioz ocaqlarının bu toxumaların 5 mm və ya daha dərininə qədər daxil olması şəklində ifadə edilə bilər. 1-2 sm-lik endometrioz ocaqları normal şəraitdə hər hansı əlamət verməyə bildiyi kimi, dərin nahiyələrə yerləşdikləri halda çox şiddətli ağrılara səbəb ola bilər. Bundan başqa bu xəstə qrupunda diaqnozun çox vaxt nəzərdən qaça bildiyi və diaqnoz qoymağın çox uzun illər (10 il və ya daha çox) apara bildiyi bilinir.
Dərin Endometriozun Əlamətləri və Diaqnozu
Dərin endometriozun əlamətləri inkişaf etdiyi nahiyəyə görə dəyişə bilməklə yanaşı; çox şiddətli aybaşı sancıları, aybaşı dövründə ağrılı sidik ifrazı və ağrılı nəcis ifrazı, cinsi əlaqə zamanı ağrı və hamilə qala bilməmək şəklində sadalana bilər.
Dərin endometrioz bağırsaqların tutulmasına, nəcis ifrazı zamanı şiddətli ağrıya, qaz şikayətlərinə və qəbizliyə səbəb ola bilər. Bağırsaq tutulması olan xəstələrdə tez-tez menstruasiya zamanı qarınlarında sanki hamilə kimi köp, nəcislərində isə qələm kimi nazik nəcis ifrazı, ishal və qəbizlik tutmaları sıx görülür. Sidik axarlarının tutulmasına səbəb olaraq səssiz böyrək itkisinə (böyrək çatışmazlığına), yumurtalıq və borulara təsir etdikdə sonsuzluğa yol aça bilər.
Çox şiddətli və yayğın olmadığı hallarda dərin endometriozun fərq edilməsi çətin ola bilər. 2000-ci illərə qədər əməliyyat ilə (laparoskopiya) diaqnozu qoyulan dərin endometriozun diaqnozuna kömək edən metodlar arasında menstrual siklus zamanı rektovaginal müayinə, ultrasonoqrafiya, çanaq Maqnit Rezonans Görüntüləmə (MRG), rektosiqmoidoskopiya, ikiqat kontrastlı enema, IVP və sadalana bilər. Günümüzdə qandan baxılan şiş markerlərini (Ca 125) milli (Endometriozis&Adenomyozis Derneği) və beynəlxalq cəmiyyətlər (ESHRE- Avropa Reproduktiv Təbabət Cəmiyyəti) tövsiyə etmir. Xüsusi hallarda HE-4 kimi şiş markerləri diaqnoz və izləmədə istifadə oluna bilir.
Dərin Endometriozun Müalicəsi
Progestinlər və GnRHa kimi hormonal müalicələr dərin endometriozdan qaynaqlanan ağrının azaldılmasında effektivdir. Bununla belə müalicənin kəsilməsi ilə ağrının yenidən başlaması ehtimalı var.
Vagina ilə anus arasında yerləşən endometriozda müalicə cərrahi yolla aparıla bilər. Laparoskopik müalicədən əvvəl mütləq bağırsaq təmizliyi uyğun şəkildə aparılmalı, xəstə tətbiq olunacaq cərrahi prosedur və sonrası ilə bağlı ətraflı şəkildə məlumatlandırılmalıdır. Vagina ilə anus arasında yerləşən endometrioz xəstələrinin müalicəsində seçilən üsul cərrahi prosedurla bütün nodulların çıxarılması şəklindədir.
Dərin endometriozdaki yüksək təkrarlanma nisbətləri və xəstəliyi tamamilə yox edə bilmədiyi üçün dərman müalicəsi adətən kifayət etməyə bilər. Tətbiq olunacaq cərrahi üsul xəstəyə uyğun müəyyən edilməli və xəstəyə ən çox fayda verəcək üsulun seçilməsinə fokuslanılmalıdır. Cərrahiyyənin ümumi olaraq əsas aparılma səbəbi çanaq ağrısıdır.
Çanaq ağrısının aradan qaldırılması üçün ən önəmli məqam arxada xəstə toxumanın qalmaması və bütün orqanların anatomik olaraq normal hala qaytarılmasıdır. Cərrahiyyə ilə ocağın görünən hala gətirilib tamamilə çıxarılması, arxada endometrioz ocağı qoymayacaq şəkildə cərrahiyyənin aparılması əsas hədəfdir. Cərrahiyyə zamanı və sonrasında fəsad inkişafını ən çox azaldacaq məqam cərrahiyyənin təcrübəli bir endometrioz komandası tərəfindən aparılıb-aparılmadığıdır
Endometrioz cərrahiyyəsi əks bir vəziyyət olmadıqca qapalı cərrahiyyə ilə aparılır. Qapalı cərrahiyyədə toxumaların böyüdülərək görülə bilməsi, kiçik ocaqların belə tanınması və çıxarıla bilməsinə imkan verir. Qapalı cərrahiyyədə həm laparoskopik cərrahiyyə, həm də robot dəstəkli cərrahiyyə müvəffəqiyyətlə tətbiq olunur.
Prof.Dr.Taner Usta
Endometrioz Multidissiplinar Mükəmməllik Mərkəzinin Direktoru,
Altunizade Acıbadem Hastanesi.
