Sinsi Miomaları İzləyin!

Bir çox qadına həyatının müəyyən bir dövründə mioma (Fibroid) diaqnozu qoyulur. Uşaqlıq uru kimi də tanınan miomalar uşaqlığın düz əzələ qatının xoşxassəli şişləridir.Miomalar ortaya çıxdıqdan sonra heç bir şəkildə əlamətə…

07.10.2019 3 dəq
Sinsi Miomaları İzləyin!
Bizimlə əlaqə

Məlumatlarınız yalnız sizinlə əlaqə saxlamaq üçün istifadə olunur. Məxfilik və məlumatların qorunması

Bir çox qadına həyatının müəyyən bir dövründə mioma (Fibroid) diaqnozu qoyulur. Uşaqlıq uru kimi də tanınan miomalar uşaqlığın düz əzələ qatının xoşxassəli şişləridir.

Miomalar ortaya çıxdıqdan sonra heç bir şəkildə əlamətə səbəb olmaya bilər və uzun müddət olduğu yerdə sinsi (səssizcə) hər hansı bir şikayətə səbəb olmadan şəxsin həyatı davam edə bilər.

Miomalar bədxassəli şişlərdirmi?

Miomalar çox nadir hallarda sarkoma adlandırılan xərçənglərə çevrilə bilər. Xərçəngə çevrilmə nisbəti çox aşağıdır. Bu səbəbdən mioması olan hər kəsin uşaqlıq xərçəngi olduğu mənasına gəlmir.

Lakin nisbət aşağı olsa da, xüsusilə çox sürətli böyüyən miomalarda, menopauzaya baxmayaraq böyümə meylində olan miomalarda mütləq ağla gəlməlidir. Çünki olduqca təhlükəli olan sarkomalarda uşaqlıqda sarkoma varkən uzaq toxumalara erkən dövrdə metastaz (sıçrayış, yayılma) görülməsi olduqca tez-tezdir.

Uşaqlıqda, uşaqlığın divarında və uşaqlığın səthində meydana gələn bu yaranmalar fərqli formalarda və böyüklüklərdə ola bilər. Bəzi miomalar o qədər kiçik olur ki, ginekoloji müayinə zamanı həkim tərəfindən çətin müəyyənləşdirilə bilər.

Bu miomalar günümüzdəki yüksək ayırdetmə qabiliyyətli ultrasəs cihazları və bəzən də maqnit rezonans görüntüləmə ilə asanlıqla müəyyənləşdirilə bilər. Lakin bəzi hallarda həddindən artıq böyüyən miomalar uşaqlıqda forma dəyişikliyinə də səbəb ola bilər.

Miomalar hansı yaşda görülür?

Ümumiyyətlə 30-40 yaşında görülməklə birlikdə demək olar ki, hər yaş aralığında meydana gələ bilər. Hətta menopauzada belə görülə bilər.

Miomaların simptomları nələrdir?

Miomalar bəzi hallarda heç bir əlamətə səbəb olmur. Bu miomalara sinsi miomalar adı verilir. Rutin bir yoxlamada, bir müayinə zamanı ya da ultrasəs skrininqində fərq edilə bilər. Lakin bəzi hallarda da müxtəlif əlamətlər görülür.

Bu əlamətlər şəxsdən şəxsə dəyişir. Həddindən artıq ağrılı ya da qanaxmalı aybaşı, aybaşı dövrləri arasında qanaxma, qarının aşağı bölgəsində təzyiq, ağrı ya da şişkinlik hissi miomaların əlamətləri arasında yer alır.

Ayrıca bəzi şəxslərdə uşaqlığın ya da qarın bölgəsinin genişləməsi, qəbizlik, cinsi əlaqə zamanı ağrı, düşük və sonsuzluq da nadir hallarda olsa mioma əlaməti kimi ortaya çıxır.

Hər mioma klinik olaraq şikayətə səbəb olurmu?

Cavabımız əlbəttə xeyr. Təəssüf ki, bir çox mioma çox səssizdir. Sinsi mioma sözü də buradan gəlir. Kiçik olan, hər hansı bir şikayətə səbəb olmayan, ətrafa təzyiq göstərməyən, qanaxma ya da ağrı şikayəti olmayan pasiyentlərdə bu miomaların yalnız izlənilməsi kifayətdir.

Ən pisi isə xüsusilə heç bir şikayətə səbəb olmadan çox böyük ölçülərə qədər çata bilər. Uşaqlığı çox ciddi təhdid edə bilər. Şəxsin uşaq sahibi olmasını, hətta uşaqlığın çıxarılmasına qədər aparabilir.

Müalicə üsulları

Mioma müalicəsində tək bir üsul yoxdur. Bu yaranmalarda birdən çox müalicə seçimi nəzərə alınır. Ayrıca əlamətə səbəb olan miomalarda bu əlamətləri yüngülləşdirməyə yönəlik köməkçi müalicələr də tətbiq edilə bilər.

Hər hansı bir şəkildə əlamətə səbəb olmayan sinsi miomalar izlənilir. Bu izlənmə ən yaxşı seçimdir. Çünki miomalar xərçəngli hüceyrə deyil və çox nadir hallarda sonsuzluğa səbəb ola bilər.

Normalda çox yavaş böyüyürlər ya da heç böyümürlər. Menopauzadan sonra isə kiçilmələr görülür. Bunun ən böyük səbəbi isə reproduktiv hormon səviyələrinin azalmasıdır. Bir çox sinsi mioma halında hər hansı bir müalicəyə ehtiyac duyulmur.

Lakin əlamətlərin olduğu hallarda müxtəlif hormon müalicələri, qeyri-invaziv üsullar, minimal invaziv üsullar (həm laparoskopiya, həm də robot dəstəkli cərrahiyyə) ilə əməliyyat seçimləri qiymətləndirilir. Xüsusilə uşaqlığın daxili qatına yerləşən miomalarda Histeroskopik əməliyyatla çox sevindirici nəticələr əldə edilir.

WhatsApp ilə məlumat alın