Qadınların davranış tərzində baş verən dəyişikliklərdə hormonlar, yəni estrogen, testosteron və progesterona bağlı menstrual siklin dəyişiklikləri təsirlidir. Menstrual sikl iki aybaşı qanaxması arasındakı 28 günü əhatə edir və siklin günlərinə görə təbii olaraq ifraz olunan hormonlar psixoloji vəziyyətinizə, enerji səviyyənizə, romantik həyatınıza, içəqapanıq və ya ünsiyyətcil olmanıza, qidalanma tərzinizə və çəkinizə təsir edə bilər. Aybaşı qanaxmasının ilk günündən etibarən estrogen hormonu tədricən yüksəlir. Estrogen hormonunun artması ilə bədəndə enerji səviyyəsi yüksəlir və qadınlar daha xoşbəxt olur. Bu dövrdə qadınların iştahı nəzarət altındadır, pəhrizə riayət etməkdə çətinlik çəkmirlər; pəhriz saxlayanlar daha asan çəki itirdikləri və olduqca motivasiyalı olduqları bir dövrdən keçirlər. Estrogen səviyyəsi artdıqca daha sosial olurlar, evdən çıxmaq, ünsiyyət qurmaq istəyirlər, alış-verişdən zövq alırlar, riyazi fəaliyyət tələb edən işlərlə məşğul olmaq istəmirlər. Aybaşının 8-ci günündən başlayan və təxminən 14-cü günündə sona çatan ovulyasiya dövründə estrogen artaraq ən yüksək səviyyəsinə çatır. Bununla birlikdə kişilik hormonu testosteron da artır. Testosteronla özünəinamınız yüksəlir, yaddaşınız itiləşir. Menstrual siklin 12 və 16-cı günlərinə gəlindikdə ovulyasiya baş verir və estrogen də ən yüksək səviyyəyə çatır. Ovulyasiya dövrü qadının ən fərqli olduğu dövrdür. Estrogen səviyyəsinin yüksəlməsinə bağlı olaraq gözəlləşir, dərisi parıl-parıl parlayır, hərəkətlidir, canlıdır. Daha pozitiv, danışqan və özünə daha inamlı olur. Yaddaş daha itidir, fikirlər sürətlə axır. Bu sayədə həm sosial, həm də iş həyatında çox daha məhsuldar olur. Testosteronun təsiri ilə cinsi istəyiniz artır. Bu dövr ovulyasiyanın təsiri ilə uşaq sahibi olmaq üçün də ən uyğun mərhələdir. Uşaq sahibi olmaq istəmirsinizsə, mütləq qorunmalısınız. Psixoloji olaraq özünüzü yaxşı hiss etmədiyiniz bir dövrdəsinizsə, anksiyetəniz arta bilər, kiçik məsələləri böyütmə meylinə düşə bilərsiniz. Yüksələn enerji ilə bacarmasanız, bu mərhələdə yoqa və meditasiya kimi praktikalarla rahatlamaq, yaxşı yuxu üçün bitki çaylarından faydalanmaq yaxşı ola bilər.
Ovulyasiya dövrlərində hormonlar qadınlara nə yaşadır?
Qadınların davranış tərzində baş verən dəyişikliklərdə hormonlar, yəni estrogen, testosteron və progesterona bağlı menstrual siklin dəyişiklikləri təsirlidir. Menstrual sikl iki aybaşı qanaxması arasındakı 28 günü əhatə edir və siklin günlərinə…
16.08.2018
1 dəq
