Mioma ilə kista arasındakı fərq nədir?

Mioma Miomalar reproduktiv yaşdakı bir çox qadında görülə bilən və uşaqlığın əzələ qatından qaynaqlanan xoşxassəli quruluşlardır. Nadir hallarda olsa miomalar bədxassəli ola bilər. Kistalar isə xoşxassəli ya da bədxassəli ola…

14.12.2018 3 dəq
Mioma ilə kista arasındakı fərq nədir?
Bizimlə əlaqə

Məlumatlarınız yalnız sizinlə əlaqə saxlamaq üçün istifadə olunur. Məxfilik və məlumatların qorunması

Mioma

Miomalar reproduktiv yaşdakı bir çox qadında görülə bilən və uşaqlığın əzələ qatından qaynaqlanan xoşxassəli quruluşlardır. Nadir hallarda olsa miomalar bədxassəli ola bilər. Kistalar isə xoşxassəli ya da bədxassəli ola bilən şişlərdir və yumurtalıqlardan qaynaqlanır. Kista və mioma eyni şeylər deyil. Yaranmaları, quruluşları və olduqları yerlər tamamilə fərqlidir.

Mioma nədir?

Mioma adlanan yaranmalar uşaqlıqda ortaya çıxır. Uşaqlığın əzələ qatından qaynaqlanan xoşxassəli bir şiş növüdür. Ümumiyyətlə xoşxassəli olan bu yaranmalar nadir hallarda olsa bədxassəli şişlərə, yəni sarkomalara çevrilə bilər. Miomalar olduqları yerə görə adlandırılır. Uşaqlığın daxili qatında yarananlar submukoz mioma; uşaqlığın əzələ qatında yarananlar intramural mioma; uşaqlığın xarici qatında olanlar isə subseroz mioma adlandırılır.

Mioma müalicəsi

Qiymətləndirmədə mioma diametri, olduğu yer, təzyiq göstərib-göstərmədiyi və pasiyentin şikayətləri bir-bir qiymətləndirilməlidir. Miomalar yoğun və ağrılı aybaşı qanaxması, aybaşı dövrü xaricində qanaxma, sidik qaçırma, qansızlıq və hamiləliklərin düşüklə nəticələnməsi kimi şikayətlərə səbəb ola bildiyi üçün müalicə edilməsi lazımdır. Bu miomalar cərrahi proseslərlə çıxarılmalıdır. Menopauza dövrünə yaxın olmayan daha gənc qadınlarda mioma böyümə ehtimalı çox daha yüksək olduğu üçün müalicənin gecikdirilməməsi tövsiyə edilir.

Hər mioma mütləq əməliyyat edilməlidirmi?

Mioma müalicəsində xüsusilə pasiyentin bir şikayəti yoxdursa və görünüşü normaldırsa, heç bir müalicə edilmədən yaxından izlənilə bilər. Lakin pasiyenti izləmək bu vəziyyətdə çox vacibdir. Öz halına buraxılıb həkim nəzarətinə gedilməzsə, çox xoşagəlməz sürprizlərlə qarşılaşılması sürpriz olmayacaq. Buna görə müəyyən aralıqlarla miomalar mütləq qiymətləndirilməlidir. Mioma böyümədiyi və şəxsin menopauzaya girmək üzrə olduğu hallarda, əgər mioma həyat keyfiyyətinə hər hansı bir təsiri yoxdursa, yalnız müntəzəm nəzarətlərin edilməsi kifayətdir.

Yumurtalıq kistaları

Yumurtalıq kistaları nələrdir?

Kistalar yumurtalıqlardan qaynaqlanan xoşxassəli ya da bədxassəli ola bilən quruluşlardır. Gənc qızlardan menopauzadakı qadınlara qədər hər yaşda görülə bilər. Pasiyentin yaşına görə xoşxassəli ya da bədxassəli olma ehtimalı dəyişir. Kistaların böyüklükləri, quruluşu (daxilində ətli quruluşlar bədxassəli olduğunu göstərə bilər) və zamanla böyüməsi ya da forma dəyişdirməsi çox vacib olduğu üçün yaxın həkim izləməsində olması lazımdır. Kistalar həmişə şikayətə səbəb olmaya bilər, buna görə qadınların rutin nəzarətlərini etdirməsi çox vacibdir.

Kistaların xoşxassəli, yoxsa bədxassəli olduğu necə anlaşılır?

Kistaların yaxşı mı, pis mi olduğu isə mamalıq və ginekologiya mütəxəssisi tərəfindən ətraflı müayinə və ultrasonoqrafiya ilə qiymətləndirmə nəticəsində ortaya çıxır. Əgər lazım görülərsə Şiş Markerləri (qanda bəzi şişlərdə bəzi biokimyəvi maddələr yüksəlir. Tez-tez izləmə üçün istifadə edilir). Maqnit Rezonans çəkilməsi yol göstərici ola bilər, lakin rutin olaraq tələb edilmir.

Kistalar həmişə şikayətə səbəb olurmu?

Kistalar həmişə bir şikayətə yol açmır. Buna görə həmişə şikayətə yol açmadığı üçün hər yaşdakı qadınların müntəzəm olaraq nəzarətlərini etdirmələri lazımdır.

Kista müalicəsi

Kistası olan qadınlar, pasiyentin yaşına, quruluşlarına ya da böyüklüklərinə görə yaxından izlənilə bildiyi kimi, dərmanla ya da cərrahi olaraq müalicə oluna bilər. Sadə olan kiçik kistaları yalnız izləmək kifayətdir. Çox böyük olan kistalar, quruluşu pozulmuş kistalar ya da klinikada şikayətə səbəb olan kistalar əməliyyatla çıxarılmalıdır.

Bu əməliyyatlar açıq mı edilir, qapalı mı?

Kistaların cərrahi müalicəsində həm laparoskopiya, seçilmiş hallarda robot dəstəkli cərrahiyyə də tez-tez istifadə edilir. Çox az sayda halda açıq cərrahiyyə istifadə edilir. Daha az qan itkisi, daha az ağrı, daha az əməliyyatdan sonra yapışma kimi qapalı cərrahiyyənin bütün üstünlükləri kistaların cərrahi müalicəsində də keçərlidir.

Kistaların qalmasının (müalicə edilməməsinin) nə təhlükəsi var?

Kistalar böyüyüb yırtılıb partlaya bilər, bəzən qarın daxilinə qanaxmaya səbəb olaraq ya da bəzən yumurtalığı öz ətrafında fırladaraq şiddətli qarın ağrısına səbəb olaraq təcili olaraq əməliyyat edilməsi lazım ola bilər.

WhatsApp ilə məlumat alın