Menopauza qadınların aybaşı dövrlərinin tamamilə başa çatdığı dövrdür. Təxminən 1 il müddətində heç aybaşı dövrü yaşanmadıqda menopauza dövrü anlaşılır. Günümüzdə orta menopauza yaşı qərb cəmiyyətində 51, ölkəmizdə isə 46-47 kimi bilinir. Lakin bu yaş 45 ilə 55 arasında dəyişir.
Bu dövrün əvvəli isə menopauzadan əvvəlki dövrdür. Menopauzadan əvvəlki dövrdə hormon səviyələrində meydana gələn dəyişiklik həm ovulyasiyada, həm də aybaşı dövründə müxtəlif dəyişikliklərin baş verməsinə səbəb olur. Bu dövrdə meydana gələn dəyişikliklər menopauzadan əvvəlki dövrdən qaynaqlandığı kimi digər fərqli rahatsızlıqlardan da qaynaqlana bilər. Buna görə menopauzadan əvvəlki dövrdə aybaşı dövrlərinin diqqətli şəkildə izlənilməsi tövsiyə edilir.
Müntəzəm aybaşıdan tam aybaşının kəsildiyi menopauza dövrünə qədər olan dövrə menopauzal keçid dövrü deyilir. Keçid dövründə nizamsız aybaşılar (tez-tez görmə, gecikərək aybaşı görmə, miqdarca aybaşı qanaxmasının çox olması kimi) tez-tez görülür.
Meydana gələn dəyişikliklər
Normal bir dövrdə estrogen və progesteron hormonlarının səviyələri müntəzəm şəkildə artır və azalır. Ovulyasiya (yumurtlama) isə dövrün tam ortasında baş verir. Bundan təxminən 2 həftə sonra isə əgər hamiləlik baş verməzsə, uşaqlığın daxili qatı pozulur, aybaşı qanaxması meydana gəlir. Menopauzadan əvvəlki dövrdə hormon səviyələri bu müntəzəmliyi izləməyə bilər.
Nəticə olaraq nizamsız qanaxma ya da ləkələnmə, bəzi aylarda qanaxmanın daha şiddətli və uzun sürməsi, bəzi aylarda isə çox yüngül və qısa keçməsi kimi vəziyyətlər son dərəcə təbii qəbul edilir. Ayrıca yenə bu dövrdə aybaşı dövrləri arasındakı gün sayında azalma ya da artım meydana gəlməsi, hətta bəzi aylarda heç aybaşı görməmə vəziyyətləri də ortaya çıxa bilər.
Hansı anormaldır?
Menopauzadan əvvəlki dövrdə aybaşı dövrü nizamsızlaşa bilər. Lakin bu kəsinliklə anormal qanaxma şəklində meydana gəlmir. Buna görə anormal qanaxmaların olduğu hallarda bunu menopauzadan əvvəlki dövrə bağlamamaq lazımdır. Menopauzadan sonra meydana gələn hər qanaxma anormal qanaxmadır və mütləq bir mütəxəssisə müraciət edilməsi lazımdır.
Aylıq dövrdə davamlı olaraq həddindən artıq qanaxma, qanaxmanın normaldan uzun sürməsi, təxminən 3 həftədən daha qısa müddətdə meydana gəlməsi, cinsi əlaqə ya da aybaşı dövrləri arasında qan gəlməsi anormal uşaqlıq qanaxmasının əlamətləri arasında yer alır.
Anormal vaginal qanaxmada qadının yaşının bir əhəmiyyəti varmı?
Menopauzaya girmədən əvvəl anormal qanaxma varsa, xüsusilə 40 yaşdan yuxarı qadınlarda (bəzi ölkələrdə 45 yaş) endometrial nümunə götürmə (biopsiya) tövsiyə edilir. Endometrial biopsiya, ultrasəs, sonohisterografiya ya da diaqnostik histeroskopiya kimi üsullarla anormal uşaqlıq qanaxmasının nədən qaynaqlandığı müəyyənləşdirilə bilər. Əsas məqsəd, uşaqlıq xərçəngi ya da uşaqlıq boynu xərçəngi kimi vəziyyətlərin diaqnozunun qoyulmasıdır. Xəstəliyin müalicəsi isə nədən ortaya çıxdığına bağlı olaraq dəyişir.
