Sidik qaçırma problemi, bir çox qadının həyatını kabusa çevirə bilir. Yetkin hər 100 qadından 30-unda sidik qaçırma problemi var. Sidik qaçırma probleminin səbəbini öyrəndikdən sonra lazımi tədbirlərin alınmasına əhəmiyyət verilməlidir.
Sidik qaçırma uşaqlığın ya da sidik kisəsinin düşməsinə bağlı ola biləcəyi kimi, çanaq əzələlərinin ciddi problemlərə yol açmayacaq dərəcədə zəifləməsindən ya da sidik kisəsinə təzyiq göstərən hər hansı bir kütlə olduğunda meydana gələ bilər.
Sidik qaçırma probleminə məşq etmək şəxsin həyat keyfiyyətini artırmanın yanı sıra uzun müddətdə meydana gələcək uşaqlıq ya da sidik kisəsi düşmələrinin qarşısını almaq baxımından da vacibdir.
KEQEL MƏŞQLƏRİ İLƏ HƏYAT DAHA KEYFİYYƏTLİDİR
Çanaq bölgəsi əzələləri cinsi orqanları, bağırsaqları və sidik kisəsini dəstəkləyir. Bu bölgədə olan əzələlər, zamanla vəzifəsini uğurla yerinə yetirə bilməməyə və boşalmağa başlayır.
Əzələlərin gücünü itirməməsi və vəzifəsini yerinə yetirməyə davam etməsi üçün keqel məşqləri olduqca vacibdir. Bu məşqlərin məqsədi genital bölgədə olan əzələlərin nəzarətinin təmin edilməsi və buna bağlı olaraq sidik qaçırma kimi problemlərin qarşısının alınmasıdır. Çanaq əzələlərinin həmişə güclü və elastik olması üçün edilən məşqlərlə həyat keyfiyyətinizi fərq ediləcək dərəcədə yüksəldə bilərsiniz.
KEQEL MƏŞQLƏRİ NECƏ EDİLİR?
Sidik ya da defekasiya zamanı işlədilən əzələlər keqel məşqi ilə işlədilməli olan əzələlərdir. Buna görə bədəninizi dinləməyi və əzələ hərəkətlərini təqlid etməyi öyrənməniz lazımdır. Sidik ya da defekasiya zamanı əzələləri nəzarət edərək axını bir dəfə dayandırın və sonra davam edin.
Bu sayədə sidiyinizi saxlayıb saxlaya bilmədiyinizi test edə bilərsiniz. Sonra isə bu hərəkəti gündəlik həyatınıza inteqrasiya edin. Ayaq üstə dayanarkən, otururkən və uzanarkən bu hərəkəti rahatlıqla edə bilərsiniz. Əzələləri müntəzəm aralıqlarla sıxın və boşaldın.
UŞAQLIQ VƏ SİDİK KİSƏSİ DÜŞMƏSİ RİSKİNİ AZALDIR
Əzələləri 5 saniyəlik dövrlərlə hər gün 10 dəfə 3 set halında sıxın. Müəyyən müddət sonra set sayını və set daxilindəki hərəkət sayını artıra bilərsiniz.
Əlavə olaraq vaxt sərf etmənizə, hazırlıq etmənizə ehtiyac duymadan edəcəyiniz keqel məşqləri sayəsində sidik qaçırma probleminin qarşısını alarkən əzələlərinizi gücləndirərək uzun müddətdə uşaqlıq və sidik kisəsi düşməsi yaşama riskini də azaltmış olursunuz.
Keqel məşqlərini edərkən çanaq əzələlərini zorlayan hərəkətlərdən və vəziyyətlərdən uzaqlaşmaq lazımdır. Qəbizlik çanaq əzələlərinin zəifləməsinə səbəb olur, aerobika ehtiva edən məşqlər, hamiləlik, stress, piylənmə, sidikqovucu kürlər və dərmanlar bu əzələlərin güc itirməsinə səbəb ola bilər. Buna görə əzələlərinizi gücləndirmək üçün həyat tərzinizi də nizama salmanız çox vacibdir.
