Aybaşı öncəsi gərginlik sindromu təxminən hər 4 qadından 3-ündə ən azı bir dəfə ortaya çıxan və özünü emosional dəyişikliklər, döşlərdə həssaslıq, xüsusi qida həvəsi, yorğunluq, ruhi gərginlik halı, əsəbilik, bədəndə çəki artımı və depressiya kimi simptomlarla göstərən bir rahatsızlıqdır.
Bu simptomların ən vacib xüsusiyyəti təxmin edilə bilən bir dövrə sahib olmasıdır. Lakin həm fiziki, həm də emosional dəyişikliklər və bunların şiddəti şəxsdən şəxsə dəyişir. Mamalıq və Ginekologiya üzrə mütəxəssis Doç. Dr. Taner Usta, olduqca tez-tez görülən bu sindromun əlamətlərini və səbəblərini bizim üçün bölüşdü.
SİNDROMUN ƏLAMƏTLƏRİ NƏLƏRDİR?
Aybaşı öncəsi gərginlik sindromunun çox müxtəlif əlamətləri var. Bu əlamətlər emosional, davranış və fiziki əlamətlərdir. Emosional və davranış dəyişikliklərinin arasında gərginlik və narahatlıq, depressiya, ağlama tutmaları, əhval-ruhiyyə dəyişiklikləri, nəzarətsiz qəzəb, yemə vərdişlərində dəyişiklik və xüsusi qida həvəsi, yuxuya getməkdə çətinlik, sosial çəkingənlik, konsentrasiyada çətinlik və libidoda dəyişikliklər yer alır. Oynaq və əzələ ağrısı, baş ağrısı, yorğunluq, çəki alma, qarın ağrısı, döşlərdə həssaslıq, sızanaqlaşma, ishal ya da alkol dözümsüzlüyü isə sindromda ortaya çıxan fiziki əlamətlərdir.
Bu dəyişikliklər ümumiyyətlə gündəlik həyatı təsirləyəcək qədər şiddətlidir və bir çox qadında aybaşı dövrünün başlamasından sonrakı 4-5-ci gündə yox olur. Az sayda qadında bu təsirlər həddindən artıq şiddətli olur. Bu çox ağır vəziyyət isə Premenstrual Disforik Pozğunluq adlandırılır və mütləq müalicəyə ehtiyac duyur.
BİLİNƏN SƏBƏBLƏRİ NƏLƏRDİR?
Dəqiq olaraq hansı səbəblərin aybaşı öncəsi gərginlik sindromuna səbəb olduğu hələ bilinmir. Lakin birdən çox amilin ortaya çıxması ilə bu sindromun yaşandığı düşünülür. Bunların başında isə dövr öncəsində bədəndə meydana gələn hormonal dəyişikliklər gəlir. Bu vəziyyət hamiləlik ya da menopauza dövrü ilə birlikdə aradan qalxır.
Ayrıca bu dövrdə beyində baş verən kimyəvi dəyişikliklərin də aybaşı öncəsi gərginlik sindromuna səbəb olduğu düşünülür. Neyrotransmitter rolunu oynayan serotonin miqdarının azalması əhval-ruhiyyə dəyişikliklərinə səbəb olaraq depressiya, yorğunluq, xüsusi qida həvəsi ya da yuxu problemlərinin görülməsinə səbəb olur. Son olaraq diaqnozu qoyulmamış depressiya da bu sindroma yol aça bilər. Lakin təkbaşına depressiya bütün əlamətlərə səbəb olmur. Müalicədə yemə-içmə vərdişlərinin dəyişməsinin, doğuşa nəzarət həblərinin, fəaliyyətin və psixoloji dəstəyin çox vacib yeri var.
Gündəlik həyatda ediləcək kiçik dəyişikliklər ya da müxtəlif müalicə üsulları aybaşı öncəsində yaşanan gərginliyin nəzarət altına alınmasına kömək edir. Bu nöqtədə vacib olan ortaya çıxan problemlərin həyatı mənfi təsirləməsinin qarşısını almaqdır.
