Qadınlar üçün Gizli Təhlükə: Dərin Endometrioz Nədir?

Endometrioz, xalq arasında şokolad kistası kimi tanınan uşaqlığın ən daxilindəki endometrium toxumasının uşaqlıqdan kənarda, sağlam toxuma və orqanların içinə yerləşərək böyüməsidir. Endometrioz diaqnozu gec və çətin qoyulan rahatsızlıqlardan biridir, çünki…

15.12.2021 2 dəq
Qadınlar üçün Gizli Təhlükə: Dərin Endometrioz Nədir?
Bizimlə əlaqə

Məlumatlarınız yalnız sizinlə əlaqə saxlamaq üçün istifadə olunur. Məxfilik və məlumatların qorunması

Endometrioz, xalq arasında şokolad kistası kimi tanınan uşaqlığın ən daxilindəki endometrium toxumasının uşaqlıqdan kənarda, sağlam toxuma və orqanların içinə yerləşərək böyüməsidir. Endometrioz diaqnozu gec və çətin qoyulan rahatsızlıqlardan biridir, çünki xəstəliyin tutduğu yerlərə görə fərqli klinik vəziyyətlərə və buna bağlı əlamətlərə səbəb ola bilər.

Orqanların yalnız səthində baş verən xəstəlik vəziyyətinə səthi endometrioz, çanaq orqanlarının 5 millimetrdən daha dərininə qədər irəliləmiş xəstəliyə isə dərin endometrioz adı verilir. Bu pasiyentlərdə eyni zamanda yumurtalıqda endometriomalar (şokolad kistaları) və uşaqlıqda da endometriozun uşaqlıqdakı forması olan adenomyozis tez-tez rast gəlinir. Bu kistaların daxilində qəhvəyi maye olur və görünüşləri səbəbindən şokolad kistası adlandırılır.

Dərin Endometrioz meydana gəldiyi bölgələri ümumiyyətlə bağırsaqlar, sidik kisəsi, ureterlər (sidik daşıyan borucuqlar), vaginanın arxa divarı, köhnə sezaryen kəsik yeri, sakral və siyatik sinir, diafraqma və utero-sakral ligamentlər (uşaqlığı asan bağlar, uşaqlığın ağrını daşıyan siniri də bilavasitə yaxınından keçir) kimi qeyd edə bilərik.

Dərin endometrioz diaqnoz qoyulması və müalicə edilməsi ən çətin olan endometrioz növüdür. Dərin endometrioz yumurtalıqlardakı endometriomaya nisbətən daha az görülür. Endometrioz hallarında dərin endometrioz görülmə nisbəti təxminən 10% civarındadır.

Dərin Endometrioz Əlamətləri

Endometrioz rahatsızlığında diaqnoz qoymağı çətinləşdirən amillərin başında ağrı səviyyələri ilə rahatsızlığın mərhələsi arasında korrelyasiya olmaması gəlir. Çox az adezyonu olan pasiyentlərdə demək olar ki, dözülməz krampalar və şiddətli ağrı meydana gələ bilərkən, dərin endometriozu olan pasiyentlərdə isə çox yüngül əlamətlər ortaya çıxa bilər.

Lakin ümumiyyətlə dərin endometrioz lezyonları sinir şəbəkələrinin sayca çox olması səbəbindən şiddətli ağrı hissinə səbəb olur. Dərin endometriozun ən çox rast gəlinən əlamətləri arasında çanaq ağrısı, ağrılı aybaşı dövrü, ağrılı cinsi əlaqə, ağrılı defekasiya, qarının xüsusilə aybaşı dövründə sanki hamiləymiş kimi şişməsi, qələm kimi defekasiya, sanki bağırsaq xəstəliyi kimi ishal dövrləri kimi şikayətlər tez-tez görülür.

Siyatik sinir endometriozunda ayağın sallanması (düşük ayaq), yerimədə çətinlik, diafraqma endometriozunda sağ çiyin ağrısı, sezaryen çapığı endometriozunda aybaşı dövründə sezaryen yerində ya da ona yaxın bölgədə ağrılı, sərt şişkinliyin əllə hiss edilməsi kimi tutduğu orqana görə çox fərqli şikayətlər görülür. Bəzi pasiyentlərdə tək bir əlamət görülə bildiyi kimi, bəzi pasiyentlərdə birdən çox əlamət meydana gələ bilər.

Dərin Endometrioz Müalicə Üsulları

Dərin endometriozun müalicəsi ümumiyyətlə harada olmasına və orqanlara nə qədər təsir etdiyinə görə dəyişir. Dərman müalicələrinə cavab verə bilər və aparılan dərman müalicəsinə yaxşı cavab verən pasiyentlər müşahidə altında bu dərman müalicələrini istifadə edə bilərlər.

Dərman müalicəsinə cavab verməyən, irəliləmiş xəstəlikdə isə cərrahi müalicəyə müraciət edilir. Cərrahi müalicədə bütün Dünyada qapalı cərrahiyyə qızıl standart kimi qəbul edilir. Dərin endometriozda əməliyyat daha mürəkkəb olur.

Endometrioz cərrahının ətrafdakı toxumalara zərər vermədən lezyonları və yara toxumasını təmizləməsi lazımdır. Əməliyyat zərurət halına gəldikdə, əməliyyatın mütləq bu sahədə ixtisaslaşmış cərrahlar tərəfindən həyata keçirilməsi lazımdır.

Dərin endometrioz cərrahiyyəsi mütləq bir komandanın rəhbərliyində olmalıdır. Komandada Ümumi cərrah, Uroloji Mütəxəssisi, Qaraciyər cərrahı, Döş qəfəsi cərrahı da tutulan toxumaya görə Endometrioz Cərrahına müşayiət etməlidir.

Endometrioz (Şokolad Kistası) haqqında daha ətraflı məlumat almaq üçün https://cikolatakisti.info/ saytımı ziyarət edə bilərsiniz.

WhatsApp ilə məlumat alın