Pudendal sinir sıxılması, xroniki çanaq ağrılarının ən vacib səbəblərindəndir və pudendal sinirin anatomik keçdiyi yol daxilində sıxılmasından qaynaqlanır. Diaqnozunun qoyulması digər rahatsızlıqlara nisbətən daha çətindir.
Pudendal Sinir Sıxılması Nədən Olur və Əlamətləri Nələrdir?
Davamlı uzun müddət oturmaq, uzun illər velosiped sürmək, ağırlıq qaldırmaq, ağır hamiləlik, çətin doğum, iltihabi ya da avtoimmun xəstəlik, endometrioz, təkrarlayan infeksiya, çanaq bölgəsini təsirləyən qəza, yıxılma ən çox rast gəlinən səbəblərdir.
Pudendal sinir sıxılmasının ən çox rast gəlinən simptomları yanma, uyuşma, həssaslıq, elektrik çarpması ya da bıçaq saplanan tərzdə ağrı, vagina və rektumda yad cisim ya da kəsək hissi, bükülmə, sıxılma hissi, konstipasiya (qəbizlik), bağırsaq hərəkətləri zamanı ağrı, sidik ifraz edərkən yanma, cinsi əlaqədə ağrı, cinsi funksiya pozğunluğu və hiss itkisidir.
Pudendal Sinir Sıxılmasında Diaqnoz Necə Qoyulur?
Əvvəldə də qeyd etdiyimiz kimi pudendal sinir sıxılması, diaqnozu ən çətin qoyula bilən rahatsızlıqlardandır. Diaqnoz qoyularkən ən vacib nöqtə pasiyentin tarixçəsi, əlamətləri və nöropelveoloji müayinəsidir. Müayinədə tutulan sinir kökü ağrı və funksiya itkisi baxımından müayinə edilir. Bütün çanaq bölgəsindəki sinirlərin funksiyaları MRT və KT ilə sinir üzərində təzyiqə səbəb ola biləcək kütlə varlığı araşdırıla bilər. Diaqnoz qoymada ən vacib üsul 3 Tesla MRT və traktoqrafiya şəklində çəkilmiş görüntüləmədir.
Pudendal Sinir Sıxılmasının Müalicəsi Necədir?
Pudendal sinir blokadası üsulu ilə çox nazik və uzun iynə istifadə edilərək sinir ətrafına edilən lokal anesteziya dərmanı ilə sinirin təzyiq altında qalması nəticəsində yaranan ağrı uyuşdurularaq yüngülləşdirilə bilir. Ayrıca bu müalicə üsulunun yetərsiz qaldığı hallarda laparoskopik və robot dəstəkli cərrahiyyə də üstünlük təşkil edə bilər.
SUALLAR
Pudendal Sinir Sıxılması Nədir?
Pudendal sinir sıxılması; pudendal sinirin anatomik keçdiyi yol daxilində sıxılması vəziyyətindən ortaya çıxan patoloji bir ağrını ifadə edir.
Pudendal Sinir Sıxılması ilə Alkok Sindromu Eynidirmi?
Eyni deyil. Əgər Pudendal Sinir Sıxılması Alkok Kanalının içindən keçərkən sıxılırsa, Alkok Kanalı Sindromu adını alır.
Pudendal Sinir Sıxılması Nədən Olur?
Pudendal sinir sıxılmasının ən çox rast gəlinən səbəbləri; davamlı uzun müddət oturmaq, uzun illər velosiped sürmək, ağırlıq qaldırmaq, ağır hamiləlik, çətin doğum, iltihabi ya da avtoimmun xəstəlik, endometrioz, təkrarlayan infeksiya, çanaq bölgəsini təsirləyən qəza ya da yıxılmadır.
Pudendal Sinir Sıxılması Necə Yaranır?
Pudendal sinirin anatomik keçdiyi yol daxilində sıxılması vəziyyətində, pudendal sinir sıxılması yaranır.
Pudendal Sinir Sıxılması Ən Çox Kimlərdə Görülür?
Pudendal sinir sıxılması ən çox uzun müddət oturaraq çalışan, uzun illər velosiped istifadə edən, davamlı ağır yük qaldıran, ağır hamiləlik və çətin doğum keçirən, iltihabi ya da avtoimmun xəstəliyi olan və çanaq bölgəsini təsirləyən qəza ya da yıxılmaya məruz qalan şəxslərdə görülür.
Pudendal Sinir Sıxılması Harada Yaranır?
Pudendal Sinir Sıxılması, pudendal sinirin ya da qollarının oyandırdığı bölgələrdə, ən çox da bütün çanaq sümüyü bölgəsindəki orqanlarda və pudendal sinirin çatdığı toxumalarda yaranaraq ağrı ilə özünü büruzə verir.
Pudendal Sinir Sıxılmasının Əlamətləri Nələrdir?
Pudendal Sinir Sıxılmasının ən çox rast gəlinən əlamətləri yanma, uyuşma, həssaslıq, elektrik çarpması ya da bıçaq saplanan tərzdə ağrı, vagina və rektumda yad cisim ya da kəsək hissi, bükülmə, sıxılma hissi, qəbizlik, bağırsaq hərəkətləri zamanı ağrı, sidik ifraz edərkən yanma, cinsi əlaqədə ağrı, cinsi funksiya pozğunluğu və hiss itkisidir.
Pudendal Sinir Sıxılmasının Diaqnozu Necə Qoyulur?
Pudendal Sinir Sıxılmasının diaqnozunda pasiyentin tarixçəsi, əlamətləri, ağrısını azaldan və artıran vəziyyətlərin müəyyənləşdirilməsi müəyyənedicidir. Diaqnoz qoymada ən vacib üsullar 3 Tesla MRT və traktoqrafiya şəklində çəkilmiş görüntüləmədir.
Pudendal Sinir Sıxılmasının Müalicə Üsulları Nələrdir?
Diaqnozdan sonra sinirlərə təzyiq göstərən əzələlərdəki gərginliyi aradan qaldıracaq müalicələr tətbiq edilir. Pasiyent sərt və düz bir yataqda arxası üstə yatırılaraq dincəlməlidir. Arxası üstə yatmaq sinirlərdəki təzyiqi azaldacağı üçün ağrıları yüngülləşdirir, beləliklə pasiyent dincəlmiş olur. Ayrıca pudendal sinir blokadası üsulu ilə çox nazik və uzun iynə istifadə edilərək sinir ətrafına edilən lokal anesteziya dərmanı ilə sinirin təzyiq altında qalması nəticəsində yaranan ağrı uyuşdurularaq yüngülləşdirilə bilir.
