Aybaşı nizamsızlığına diqqət yetirin

Bir çox qadın tərəfindən normal qarşılana bilən ya da gözardı edilə bilən aybaşı nizamsızlığı, çox ciddi xəstəliklərin əlaməti ola bilər. Müntəzəm aybaşı görmək isə qadın bədənində bir çox sistemin düzgün…

11.05.2020 2 dəq
Aybaşı nizamsızlığına diqqət yetirin
Bizimlə əlaqə

Məlumatlarınız yalnız sizinlə əlaqə saxlamaq üçün istifadə olunur. Məxfilik və məlumatların qorunması

Bir çox qadın tərəfindən normal qarşılana bilən ya da gözardı edilə bilən aybaşı nizamsızlığı, çox ciddi xəstəliklərin əlaməti ola bilər. Müntəzəm aybaşı görmək isə qadın bədənində bir çox sistemin düzgün işlədiyinin göstəricisidir. Buna görə sadə bir rahatsızlıq kimi görünə bilən aybaşı nizamsızlığı, diqqətə alınması lazım olan bir problem ola bilər.

ƏLAMƏTLƏRİ VƏ ƏN ÇOX RAST GƏLİNƏN SƏBƏBLƏRİ NƏLƏRDİR?

Nə qədər aybaşının ilk illərində nizamsız olması normal qarşılansa da, bir neçə ilin sonunda bu vəziyyət hələ davam edirsə mütləq izlənmə tələb edir. Aybaşı nizamsızlığı tərifini edərkən qadınlar ümumiyyətlə iki aybaşı dövrü arasında keçən müddətin gözlənilməkdən uzun sürməsi vəziyyətini qəbul etsə də, aradakı müddətin 21 gündən qısa olması da nizamsızlığa işarə edir. Qısacası 21 gündən qısa və 35 gündən uzun olan aybaşı dövrü aralıqları nizamsızlığa işarə kimi qəbul edilir. Bunun yanı sıra aybaşı qanaxmasının miqdarı, aybaşı qanaxmasının 2 gündən qısa, 10 gündən uzun sürməsi də nizamsızlıq əlaməti kimi qəbul edilməlidir.

Peki, aybaşı nizamsızlığı nədən qaynaqlana bilər? Ən çox rast gəlinən səbəblər; stress, hormonal nizamsızlıqlar, dərman istifadəsi, qəflətən həddindən artıq çəki vermə ya da həddindən artıq çəki alma, çox idman etmə, çox aşağı bədən kütlə indeksi (boya görə çəkinin geridə qalması). Bunun yanı sıra tiroid xəstəliyi (ur), qaraciyər xəstəlikləri, şəkər xəstəliyi, dərmanlara bağlı ya da klinik depressiya da aybaşı nizamsızlığına səbəb ola bilər. Eyni zamanda uşaqlıq və uşaqlıq boynu xərçəngi kimi ginekoloji xərçənglərin də əlaməti ola bilən nizamsızlığa, çox yaygın görülən (hər 10 qadından 1-ində görülür!) Polikistik Yumurtalıq Sindromu (PKYS) və Endometrioz (şokolad kistası) da səbəb ola bilər.

DİAQNOZU VƏ MÜALİCƏSİ NECƏ HƏYATA KEÇİR?

Öncə nizamsız aybaşı qanaxması şikayəti olan qadınların mütləq bir ginekoloq tərəfindən qiymətləndirilməsi lazımdır. Müayinə zamanı qanaxmaya səbəb ola biləcək amillər bir-bir gözdən keçirilərək vagina, uşaqlıq boynu, uşaqlıq və yumurtalıqlar qiymətləndirilir.

Ultrasəslə uşaqlıq və yumurtalıqlara aid şiş olub-olmadığı araşdırılır. Eyni üsulla uşaqlığın daxili qişasının qalınlığı və müntəzəm olub-olmadığı ölçülür. Uşaqlığın daxili qişasında yaranan polip ya da miomalarda anormal qanaxma və ağrıya səbəb ola bilər. Anormal vaginal qanaxması olan pasiyent 40 yaşından böyükdürsə, qanaxmanın açıq bir səbəbi müəyyənləşdirilməmişsə, uşaqlığın daxili qişasından biopsiya edilməsi lazımdır. Bu şəkildə uşaqlığın daxili qişasının quruluşu patoloji olaraq qiymətləndirilərək uşaqlıq xərçəngi araşdırılır.

Qanaxmanın səbəbi reproduktiv orqanlardan qaynaqlanırsa, yəni hormon nizamsızlığı deyilsə, müalicə səbəbə yönəlik olaraq edilir. Məsələn, mioma ilə bağlıdırsa, bu qanaxma, miomalar əməliyyatla çıxarılır. Tiroid vəzisi (ur), böyrəküstü vəzi ya da hipofiz vəzisindən anormal hormon ifrazına bağlıdırsa, bu vəziyyətlərin həll edilməsi ilə ancaq aybaşı nizamsızlığı düzəldilir.

Ağla gəlməli vacib vəziyyətlərdən biri isə Erkən Yumurtalıq Çatışmazlığıdır (Xalqımızın ifadəsi ilə Erkən Menopauza). Aybaşı nizamsızlığı ilə birlikdə əgər istilik basması, tərləmə, yuxuya gedə bilməmə, əsəbilik halı varsa, qadının yaşı çox gənc olsa belə ağla yumurtalıqların erkən funksiya itkisi gəlməlidir.

Bütün bu araşdırmalar nəticəsində qanaxmaya səbəb ola biləcək bir xəstəlik müəyyənləşdirilməmişsə, aybaşı nizamsızlığı hormonal balanssızlıq səbəbindəndir. Bu vəziyyətdə aybaşı nizamlayıcı dərmanlarla qanaxmalar nizama salınmağa çalışılır. Bu müalicədə çox vaxt progesteron tərkibli həblər ya da doğuşa nəzarət həbləri istifadə edilir. Çəki səbəbi ilədirsə, çəkinin normala gəlməsi təmin edilir.

WhatsApp ilə məlumat alın