Çanaq dibində yer alan əzələlərin və bağların hər hansı bir səbəbdən zəifləməsi və uşaqlıq üçün lazım olan dəstəyi verə bilməməsi nəticəsində ortaya ‘uşaqlığın düşməsi’ adlanan rahatsızlıq çıxır. Bu dəstəkdən məhrum qalan uşaqlıq getdikcə vaginaya doğru sürüşür və bəzi hallarda vaginadan xaricə çıxır.
Xüsusilə birdən çox normal doğuş etmiş ya da menopauzaya girmiş qadınlarda tez-tez görülməklə birlikdə, uşaqlığın düşməsi demək olar ki, hər yaşdakı qadında meydana gələ bilər.
Diqqət; Uşaqlığın Düşməsi Bir Çox Halda Tək Deyil. Digər Orqanların Düşməsi də Müşayiət Edə Bilər!!!
Uşaqlığın düşməsinə bir çox halda sidik kisəsi (sidik torbası) və rektum (defekasiyanın son toplandığı yer) də müşayiət edir. Buna görə aparılan müayinədə mütləq ətraflı qiymətləndirilmələri lazımdır. Bu ətraflı qiymətləndirmə sonrakı müalicə prosesinin uğurunu təsirləyən ən vacib ilk pilləni təşkil edir.
Uşaqlığın düşməsi şiddətinə görə dörd fərqli mərhələdə qiymətləndirilir. Yüngül, orta, şiddətli və həddindən artıq dərəcədə düşmə mərhələləri əlamətləri və şikayətləri ilə ginekoloji müayinə vasitəsilə bir-birindən asanlıqla ayırd edilir. Günümüzdə robot dəstəkli cərrahiyyə ilə həyata keçirilən əməliyyatlar sayəsində uşaqlığın düşməsi tamamilə müalicə edilə bilər.
Uşaqlığın Düşməsinin Əlamətləri
Birinci dərəcə (başlanğıc) düşmələr ümumiyyətlə hər hansı bir əlamət göstərmir. Tez-tez normal doğuş etmiş qadınlarda görülür. Lakin orta dərəcəli düşmələrlə birlikdə əlamətlər ortaya çıxmağa başlayır. Ən çox rast gəlinən əlamətlər arasında çanaq bölgəsində ağırlıq hissi, vaginadan xaricə kütlə şəklində orqanların çıxması və bəzi pasiyentlərdə də sidik qaçırma yer alır.
Uşaqlığın Düşməsi ilə Birlikdə Həm Sidik Qaçırma, Həm də Sidik Edə Bilməmə Görülə Bilər!!!
Bunların yanı sıra vaginal qanaxma, təkrarlayan sidik kisəsi infeksiyası, qəbizlik və cinsi əlaqədə çətinlik də uşaqlığın düşməsinin əlamətləri arasında var. Birinci dərəcə düşmələrdə ümumiyyətlə qarşısını alıcı müalicələr üstünlük təşkil edir. Lakin rahatsızlığın irəlilədiyi hallarda cərrahi müdaxilə qaçılmaz olur.
Həddindən artıq düşmə mərhələsində isə uşaqlığın çıxarıldığı histerektomiya tətbiqi həyata keçirilir. Bu tətbiq son illərdə robot dəstəkli cərrahiyyə ilə birlikdə asan şəkildə edilə bilər.
Robot Dəstəkli Cərrahiyyə Əməliyyatı
Günümüzdə histerektomiya əməliyyatı üçün robot dəstəkli cərrahiyyə ən çox üstünlük verilən üsullar arasında yer alır. Klassik laparoskopik üsula nisbətən üç ölçülü və böyüdülmüş görüntü təmin etməsi, daha həssas müdaxilələrin edilə bilməsi, həm həkim, həm də pasiyent üçün rahat bir əməliyyat mühiti təmin etməsi sayəsində robot dəstəkli cərrahiyyə ilə əməliyyat daha uğurlu və qısa müddətdə həyata keçirilə bilər.
Uşaqlığın Düşməsində Mütləq Uşaqlığı Çıxarmaq Lazımdırmı?
Uşaqlığın düşməsi üçün mütləq uşaqlığın çıxarılması lazım deyil. Uşaqlığı çıxarmadan uşaqlıq qarın daxilindəki sağlam bağlara asılaraq uşaqlığın düşməsi müalicə edilə bilər. Çox incə detalları olan bu çətin əməliyyatlar robot dəstəkli cərrahiyyə ilə daha asan edilə bilər.
Ayrıca robot dəstəkli cərrahiyyə ilə əməliyyatın kiçik bir kəsikdən edilməsi pasiyentin xəstəxanada qalma müddətini və əməliyyatdan sonrakı sağalma müddətini də əhəmiyyətli ölçüdə azaldır.
Robot dəstəkli cərrahi müdaxilə ilə pasiyentə mümkün olan minimum səviyyədə müdaxilə edildiyi üçün əməliyyat zamanı ətraf toxumalara zədə vermə riski və əməliyyatdan sonra bölgədə ağırlaşma yaranma riski çox azalır.
