Şokolad kistası ilə sonsuzluq arasındakı əlaqə

Şokolad kistasının müalicəsi ilə hamilə qalma şansınızı olduqca yüksəldə bilərsiniz. Bu kistanın hamiləliyə birbaşa təsir etməsinin ən mühüm səbəbi yarandığı yerin çoxalma ilə bağlı əsas orqanlar olmasıdır. Yumurtalıqlarda yaranan kistalar…

27.07.2018 3 dəq
Şokolad kistası ilə sonsuzluq arasındakı əlaqə
Bizimlə əlaqə

Məlumatlarınız yalnız sizinlə əlaqə saxlamaq üçün istifadə olunur. Məxfilik və məlumatların qorunması

Şokolad kistasının müalicəsi ilə hamilə qalma şansınızı olduqca yüksəldə bilərsiniz. Bu kistanın hamiləliyə birbaşa təsir etməsinin ən mühüm səbəbi yarandığı yerin çoxalma ilə bağlı əsas orqanlar olmasıdır. Yumurtalıqlarda yaranan kistalar hamiləlik üçün risk yaratsa da, hamilə qalmaq mümkündür. Hamilə qalmaq istəyənlər üçün hamiləlikdən qorunma və ya aybaşını gecikdirmə kimi boğucu müalicələr yerinə digər müalicə üsulları daha çox seçilir.

Cərrahi müalicədən sonra hamilə qalma şansı ən çox nə vaxtdır?

Endometriozun müalicəsi ilə hamiləlik ehtimalı artırıla bilər. İlk seçimlərdən biri ümumiyyətlə şokolad kistasının laparoskopik və ya robot dəstəkli yolla çıxarılmasıdır. Laparoskopiya göbək dəliyinin dərhal altından açılan bir dəlikdən bədənə daxil olaraq qarın boşluğunun və daxili orqanların araşdırılması; lazım gəldikdə əlavə dəliklərlə müdaxilənin aparılması proseslərinə verilən ümumi addır. Bu əməliyyat olduqca asan olması ilə yanaşı, qapalı olduğu üçün də seçilə bilər. Şokolad kistası olan qadınlarda laparoskopiya tətbiqi ilə yumurtalıqdakı şokolad kistaları çıxarıla bilər. Borularda yaranan tıxanmalar və ya çanaqdakı endometrioz ocaqları təmizlənə bilər. Bu tətbiqdən sonra 6 ilə 9 ay arasında hamiləlik mümkündür. Əməliyyatdan sonra I və ya II mərhələ xəstəliyi olan xəstələrdə aylıq hamiləlik şansı təxminən 4-5% arasında artarkən, III və ya IV mərhələdə olan xəstələrdə artım 1-2%-dir. Endometrioz diaqnozu ilə laparoskopiya və ya robot dəstəkli cərrahiyyə ilə əməliyyat olunan qadınlarda hamiləliyin yaranması üçün ən yüksək şansın əməliyyatdan sonrakı ilk altı-doqquz aylıq dövrdə olduğunu xəstələrimiz mütləq bilməlidir. Hamilə qalma şansının ən yüksək olduğu bu dövrü qorunaraq keçirməmək lazımdır.

Şokolad kistası və süni mayalanma

IVF prosedurları ilə məhsuldarlığı artırmaq mümkündür. In vitro fertilizasyon, yəni süni mayalanma tətbiqləri laboratoriya şəraitində spermanın və yumurtanın birləşdirilməsini təmin etdiyi üçün endometrioza bağlı sonsuzluq yaşayan qadınlar üçün bu üsul önə çıxır. Əgər cərrahiyyədən sonra 1 il içində hamiləlik yaranmayıbsa, köməkçi reproduktiv müalicələrə keçilməlidir. İrəli mərhələ endometriozu olan sonsuz qadınlarda cərrahiyyə aparılmadan köməkçi reproduktiv müalicələrə [(in vitro fertilizasyon / embrion transferi (IVF / ET) (süni mayalanma)] birbaşa keçilə bilər. Sonsuz bir qadında endometrioz müalicəsində medikal dərman müalicəsi ilə şokolad kistasının müalicəsi ümumiyyətlə faydası olmadığı üçün tətbiq olunmur, əksinə sonsuzluq müalicəsini gecikdirir. Burada vaxt itirmədən, hamiləlik istəyi varsa, əvvəlcə bunun həll edilməsi, sonra isə medikal və/və ya cərrahi müalicə düşünülə bilər. Çox ciddi ağrısı və digər şikayətləri olan, boruları irəli dərəcədə zədələnmiş xəstələrdə tez bir zamanda süni mayalanma, yumurta/embrion dondurulmasından sonra cərrahi müalicə və qısa bir sağalma dövründən sonra embrion transferi çox mühüm bir müalicə seçimidir. İmmun sistemi güclendirmək və mövcud endometriozu azaltmaq üçün qidalanma vərdişlərinin də dəyişdirilməsi seçilə bilər. Akupunktur və bitki mənşəli müalicələr də seçə biləcəyiniz əməliyyatsız müalicə üsulları arasında yer alır.

Şokolad kistası olan qadınlar hamiləlikdə problemlə qarşılaşırmı?

Şokolad kistası olan qadınların hamilə qalması mümkünsüz deyil və hamilə qalmadan əvvəl şokolad kistasından xəbərsiz olan bir çox xəstə var. Hamiləlik şokolad kistasını tam olaraq müalicə etməsə də, hamiləlik zamanı şokolad kistaları boğula bilər və şikayətlər ümumiyyətlə azalır. Bundan əlavə, şokolad kistasının körpəyə təsiri olmadığı qəbul edilir. Xüsusilə son illərdə şokolad kistasının hamilə qaldıqdan sonra da, hamiləlik boyunca bəzi problemlərə səbəb ola bildiyi bildirilir. Bunlar vaxtından əvvəl doğuş, aşağı doğuş çəkili körpə, plasentanın (uşaq yuvasının) vaxtından əvvəl ayrılmasıdır. Lakin çox dəqiq sübutlar yoxdur və xəstələrin çoxu sağlam körpələr dünyaya gətirir.

WhatsApp ilə məlumat alın