Şokolad kistası hamiləlikdə yox olurmu?

Mamalıq və Ginekologiya üzrə mütəxəssis Doç. Dr. Taner Usta, hamiləliyin şokolad kistasına olan təsirini açıqladı.Hamiləliyin, şokolad kistasına yaxşı gəldiyi kimi yaygın bir inanc var. Bu fikir 20-ci əsrin başlanğıcından etibarən…

22.07.2019 2 dəq
Şokolad kistası hamiləlikdə yox olurmu?
Bizimlə əlaqə

Məlumatlarınız yalnız sizinlə əlaqə saxlamaq üçün istifadə olunur. Məxfilik və məlumatların qorunması

Mamalıq və Ginekologiya üzrə mütəxəssis Doç. Dr. Taner Usta, hamiləliyin şokolad kistasına olan təsirini açıqladı.

Hamiləliyin, şokolad kistasına yaxşı gəldiyi kimi yaygın bir inanc var. Bu fikir 20-ci əsrin başlanğıcından etibarən zehinlərə yerləşmiş bir vəziyyətdir. Şokolad kistası üçün hamiləlik, 1950 və 1960-cı illərin başlanğıcından etibarən bir müalicə üsulu kimi tövsiyə edilib. Bu dövrlərdə şokolad kistası olan qadınların hal təqdimatlarında hamiləlikdən sonra şokolad kistasının aradan qalxdığı məlumatları yer alır. Lakin bilindiyi kimi hal təqdimatları elmi olaraq ən aşağı sübut gücünə sahib məlumatlardandır. Həmişə həqiqətləri əks etdirməyə bilər. Günümüzdə isə müalicə kimi hamiləlik beynəlxalq endometrioz idarəetmə bələdçilərində yer almır və hamiləliyin, şokolad kistasını yox etdiyi fikri bir mif kimi qiymətləndirilir.

Hamiləlik və Şokolad Kistasının Əlaqəsi

Şokolad kistası olan qadınlar, digər xroniki ağrı vəziyyətlərində olduğu kimi beynin ağrı prosesində bir dəyişiklik yaşayırlar. Xüsusilə çanaqda (çanaq sümüyünün içində) olan sinirlər, xroniki ağrısı olmayan qadınlara nisbətən daha həssasdır. Menstrual dövr, bu həssas sinirləri qıcıqlandırır, oyandırır və ağrı yollarını gücləndirir. Buna görə şokolad kistası olanlarda aybaşı, normal bir aybaşı dövrünə nisbətən çox daha ağrılı keçir. Ağrı yollarının güclənməsinin qarşısını almanın yollarından biri də müntəzəm menstruasiyanı tamamilə dayandırmaqdan keçir. Şokolad kistası olan qadınların hormonal kontraseptiv istifadəsi ilə ağrı ilə bağlı rahatsızlığı nəzarət altına ala bilməsi bu şəkildə işləyir. Bu tərz müalicə üsulları ilə şokolad kistasının böyüməsinin əngəllənməsi və kista mənşəli əlamətlərin basdırıla bilməsi mümkün olur.

Hamiləlik Şokolad Kistasının Kiçilməsini Təmin Edə Bilər

Hamiləlik zamanı qadınlarda menstruasiya olmadığı üçün, hamiləliklə şokolad kistası mənşəli ağrıların yüngülləşməsi mümkün ola bilir. Ayrıca hamiləlik dövründə ifraz edilən hormonlar kistanın böyüməsini əngəlləyə bilər ya da kiçilməsini təmin edə bilər. Lakin digər tərəfdən hamiləliyin həssas çanaq sinirlərinə əlavə təzyiq göstərməsi səbəbindən şokolad kistası ilə əlaqəli ağrının daha da pisləşməsi də ehtimallar daxilindədir. Doğuş baş verdikdən sonra azalmış olan ağrının geri qayıtması olduqca tez-tez görülür. Xüsusilə doğuşdan sonra aybaşı dövrünün əvvəlki hala gəlməsi ilə birlikdə, şokolad kistası ocaqlarında ya da ağrı yollarında hər hansı uzunmüddətli bir dəyişiklik olmamasından dolayı bu ağrılar geri gəlir. Hamiləliyin basdırıcı təsiri müvəqqətidir. Bununla birlikdə şokolad kistası olan qadınların erkən doğum etmə, sezaryen olma, aşağı doğum çəkili körpə doğurma və düşük etmə ehtimalı sağlam şəxslərə nisbətən daha da artır.

Doç. Dr. Taner Usta
Mamalıq və Ginekologiya üzrə mütəxəssis
www.drtanerusta.com

WhatsApp ilə məlumat alın