Daha çox süd, daha az risk

Yetkinlərdə və yeniyetmələrdə süd və süd məhsullarının qəbulunun aşağı endometrioz (şokolad kistası) riski ilə əlaqəli olduğu müəyyənləşdirilib.34-51 yaş arası iştirakçıların orta məktəb dövrünə aid qidalanma vərdişləri ilə bağlı aparılan və…

07.11.2019 1 dəq
Daha çox süd, daha az risk
Bizimlə əlaqə

Məlumatlarınız yalnız sizinlə əlaqə saxlamaq üçün istifadə olunur. Məxfilik və məlumatların qorunması

Yetkinlərdə və yeniyetmələrdə süd və süd məhsullarının qəbulunun aşağı endometrioz (şokolad kistası) riski ilə əlaqəli olduğu müəyyənləşdirilib.

34-51 yaş arası iştirakçıların orta məktəb dövrünə aid qidalanma vərdişləri ilə bağlı aparılan və 581 premenopauzal endometrioz halının təsdiqləndiyi anketin məlumatları, süd məhsullarının risklə düz mütənasib olduğunu göstərir. Yeniyetməlik dövründə gündə 4 porsiya süd məhsulu istehlak etməyin, gündə tək ya da daha az porsiya istehlakına nisbətən endometriozu 32% nisbətində azaltdığı və aşağı ya da yüksək yağlı məhsulların da bənzər təsirə sahib olduğu müşahidə edilib.

Xüsusilə qatığın və dondurmanın daha aşağı risklə əlaqəli olduğu, buna görə yeniyetməlik dövründə həftədə iki ya da daha çox porsiya qatığın, həftədə birdən az porsiya qatıq istehlakına nisbətən endometriozu 29% nisbətində azaltdığı müəyyənləşdirilib. Eyni istiqamətdə dondurma istehlakının isə endometrioz riskini 38% nisbətində azaltdığı müəyyənləşdirilib.

Bu əlaqə çox sayda fərziyyə ilə izah edilə bilər. Süd məhsullarındakı D vitamini və kalsium tərkibinin iltihablanmanı və oksidativ stresi azaldaraq endometrioz riskini aşağı saldığı deyilə biləcək tədqiqat, yeniyetməlik dövründə süd məhsullarının istifadəsinə dair ediləcək bir məlumatlandırmanın endometriozun azaldılmasında effektiv ola biləcəyinə işarə edir.

WhatsApp ilə məlumat alın