Mayalanmış yumurtanın (embrionun) yerləşdiyi, böyüdüyü və doğuş vaxtına qədər inkişafını təmin edən orqana uşaqlıq (uterus) deyilir. Uşaqlıq çanaq sümüyünün içində, sidik kisəsinin arxa hissəsində, qalın bağırsağın ön tərəfindədir. Doğuş etməmiş qadınlarda uşaqlığın ölçüsü 5-6 sm arasında olarkən, doğuş etmiş qadınlarda daha iridir (6-7 sm ölçüsündədir). Genital bölgə orqanlarını sabit saxlayan bağlar yaşın artması, doğuş sayı və forması kimi səbəblərlə funksiyasını itirə bilər. Bu halda uşaqlıq aşağı doğru sürüşür və ya vaginadan çölə çıxır. Çox sayda hamiləlik, estrogen çatışmazlığı, normal doğuş, iri körpə doğurmaq, ağır yük qaldırmaq, davamlı öskürmək, xroniki qəbizlik və çox güc vermək, piylənmə, bəzi ağciyər xəstəlikləri səbəbindən qarın ətrafındakı əzələlərin və bağ toxumasının çox gərilmiş olması da uşaqlığın düşməsinə səbəb olur. Uşaqlığın düşməsi tez-tez bir və ya bir neçə normal doğuş (vaginal doğuş) etmiş, menopauzadan sonrakı dövrdə olan qadınlarda daha çox görülür. Lakin reproduktiv yaşdakı qadınlarda da görülə bilir. Genetik olaraq zəif bağ toxumasına sahib olmaq da risk faktorlarından biridir. Orta dərəcəli uşaqlıq düşməsi bel ağrısı, vaginanın içindən çölə doğru kütlə şəklində nəyinsə çıxması, qarnın aşağı hissəsində ağırlıq hissi və ya aşağıya doğru çəkilirmiş hissi, cinsi əlaqə zamanı ağrı hiss edilməsi kimi əlamətləri özündə saxlayır. Yüngül və orta dərəcəli uşaqlıq düşmələrində çanaq əzələlərini möhkəmləndirən Kegel məşqləri xəstəliyin simptomlarını yumşalda, xəstəni rahatlada bilər. Bir tədbir olaraq edilən Kegel məşqləri uşaqlığa, sidik kisəsinə və bağırsağa dəstək olan çanaq dibi əzələlərini sıxaraq edilir. Çanaq dibi əzələləri sidiyi saxlamaq üçün sıxılan əzələlərdir. Çanaq dibi güclənərsə, uşaqlığın düşməsi ilə bağlı simptomlar azalır və çanaq içindəki orqanlara daha yaxşı dəstək verir. Kegel məşqlərində çanaq əzələləri 5 saniyə sıxılır və 5 saniyə sərbəst buraxılır. Bu məşqlər gündə 3 dəst, hər dəstdə 10 dəfə edilməlidir. Lakin irəli dərəcəli uşaqlıq düşməsi cərrahi müdaxilə tələb edir. Əməliyyat qarından və ya aşağıdan (vaginal yolla) aparıla bilər. İrəli ölçüdə düşmələrdə qadın uşaqlığını əli ilə hiss edə biləcək hala gəlir. Və ya daha irəli hallarda çöldən baxıldıqda uşaqlıq tamamilə vaginadan kənarda görünə bilər. Uşaqlığın düşməsi dərhal yanında olan qalın bağırsağa (rektum-rektosel) və sidik kisəsinə (mesane-sistosel) də təsir edir. Ayaq üstə olarkən, güc verərkən, öskürərkən və asqırarkən aşağı bölgədə dolğunluq və ağrı hiss olunur. Uşaqlıqla birlikdə rektum (qalın bağırsağın ucu) düşməsi yaşayanlarda isə rektum vaginaya doğru xeyli yaxınlaşır və qəbizliyə səbəb olur. Sidik kisəsində düşmə varsa, ayaq üstə olarkən, cinsi əlaqə zamanı və gülərkən sidik saxlaya bilməmə və çətin sidik ifrazı problemi ortaya çıxır. Genital bölgə orqanlarının düşməsi cinsi həyata da mənfi təsir edir. Sidik saxlaya bilməmə, aşağı bölgədə dolğunluq kimi şikayətlərlə həkimə müraciət edildikdə ginekoloji müayinə nəticəsində asanlıqla müəyyən edilə bilər. Uşaqlığın düşməsi üçün müalicə şəxsə görə planlaşdırılır. Xəstənin yaşı, uşaq sahibi olmaq istəyib-istəməməsi, xəstəliyin dərəcəsi və ümumi sağlamlıq vəziyyəti müalicənin formasını dəyişir. Yüngül və orta dərəcəli düşmələrdə Kegel məşqləri ilə düşmə qismən də olsa dayandırıla bilər. İrəli dərəcəli uşaqlıq düşməsi halında cərrahi əməliyyat qaçılmazdır. Uşaqlığın düşməsi irəli dərəcədədirsə, qarın içində uşaqlığı yerində saxlayan bağlara çatılaraq bu bağlar yuxarı çəkilir və möhkəmləndirilir. Bu şəkildə uşaqlığın çıxarılmasına da ehtiyac qalmır. Düşmənin yenidən ortaya çıxma riski aparılan əməliyyatın növünə və xəstənin əməliyyatdan sonra özünü qorumasına görə dəyişir. Uşaqlığın düşməsi probleminin ortaya çıxmasının qarşısını almaq üçün sağlam qidalanmaq, həddindən artıq çəki almamaq, qəbizlik olmaması görüləcək tədbirlərin başında gəlir. Qarın dibindəki əzələləri güclendirmək üçün məşq etmək də faydalı olacaq.
Uşaqlığın düşməsi nədir? Səbəbləri nələrdir?
Mayalanmış yumurtanın (embrionun) yerləşdiyi, böyüdüyü və doğuş vaxtına qədər inkişafını təmin edən orqana uşaqlıq (uterus) deyilir. Uşaqlıq çanaq sümüyünün içində, sidik kisəsinin arxa hissəsində, qalın bağırsağın ön tərəfindədir. Doğuş etməmiş…
20.07.2018
3 dəq
