Uşaqlığın düşməsi əlamətləri şəxsdən şəxsə dəyişir

Uşaqlığın düşməsi, qadınların həyat keyfiyyətini azaldan və hər yaşdan qadında yüksək nisbətlərdə rastlanan bir problemdir. Uşaqlığın düşməsi, xüsusilə çox sayda normal doğuş edən qadınlarda daha tez-tez rastlanır. Uşaqlığın düşməsinə bağlı…

30.04.2019 2 dəq
Uşaqlığın düşməsi əlamətləri şəxsdən şəxsə dəyişir
Bizimlə əlaqə

Məlumatlarınız yalnız sizinlə əlaqə saxlamaq üçün istifadə olunur. Məxfilik və məlumatların qorunması

Uşaqlığın düşməsi, qadınların həyat keyfiyyətini azaldan və hər yaşdan qadında yüksək nisbətlərdə rastlanan bir problemdir. Uşaqlığın düşməsi, xüsusilə çox sayda normal doğuş edən qadınlarda daha tez-tez rastlanır. Uşaqlığın düşməsinə bağlı yaranan problemlər olduqca müxtəlifdir. Düşmənin şiddətinə görə əlamətlər dəyişir. Aybaşı pozğunluğu isə uşaqlığın düşməsi üçün birbaşa bir nəticə deyil. Qasıq ağrısı, daxili genital orqanların (sidik kisəsi, uşaqlıq və/və ya düz bağırsaq) vajinadan əvvəl güc verərək, sonra isə davamlı olaraq kənara düşməsi, sidiyini çətin etmə, təkrarlanan sidik yolu infeksiyaları, bel və ayaq ağrıları, cinsi funksiya pozğunluqları ya da qəbizlik uşaqlığın düşməsinin ən yayğın əlamətləri arasında yer alır. Bəzi pasiyentlərdə çanaq dibindəki dayaq toxumasındakı pozğunluğa əlavə olaraq sidik kisəsinin boynunda da zəiflik nəticəsində sidik saxlaya bilməmə də düşmə ilə birlikdə görülə bilər.

Bir çox fərqli səbəbi ola bilər

Uşaqlığın düşməsinin əsasında çanaq bölgəsində (çanaq sümüyü) yerləşən əzələlərin zəifləməsi dayanır. Zəifləyən əzələlər uşaqlığı lazım olduğu kimi tuta bilmədiyi üçün uşaqlıq aşağıya doğru düşür və zamanla bəzi pasiyentlərdə kənara çıxa bilər. Uşaqlığın düşməsinə tez-tez sidik kisəsinin və/və ya düz bağırsağın ön divarının düşməsi qoşulur. Uşaqlığın düşməsinin bir çox fərqli səbəbi ola bilər. Çox sayda doğuş etmək, uzun sürən və çətin normal doğuş etmək, müdaxiləli doğuş etmək, kilolu körpə doğmaq, yaşlanma, hədsiz kilo alıb-vermək uşaqlıq boynunun düşməsinə səbəb olan hallardan bəziləridir. Ağır qaldırmaq, çanaq bölgəsini zorlayan tərs hərəkətlər etmək də düşməyə səbəb ola bilər.

Ən ciddi əlaməti!

Uşaqlığın düşməsinin əlamətləri şəxsdən şəxsə dəyişə biləcəyi kimi, düşmənin formasına və şiddətinə bağlı olaraq da dəyişiklik göstərə bilər. Ən ciddi əlaməti isə sidik saxlaya bilməmədir. Tez-tez sidiyə çıxmaq, davamlı sidik yolu infeksiyasına yoluxmaq, öskürmə ya da asqırma hallarında sidik saxlaya bilməmək, sidik edərkən çətinlik çəkmək ya da sidiyi tam olaraq edə bilməmə hissi uşaqlığın düşməsi əlaməti ola bilər. Bunlarla yanaşı uşaqlığın düşməsi səbəbindən bağırsaq problemləri də ortaya çıxa bilər. Qaz sıxışması, qəbizlik və bel ağrısı kimi problemlər ilə uşaqlığın düşməsi özünü göstərir. Bu iki fərqli tip əlamətlə yanaşı cinsi istəksizlik, cinsi əlaqə zamanı ağrı hissi, orqazm ola bilməmək kimi problemlər də uşaqlığın düşməsinin əlamətləri arasında var.

Müalicə üsulları hansılardır?

Bu gün uşaqlığın düşməsi üçün fərqli müalicə üsulları mövcuddur. İrəliləməyən hallarda məşqlər ilə şəxsin çanaq əzələlərini gücləndirməsi və bu güclənmə ilə düşmənin qarşısının alınması hədəflənir.

Düşmə əməliyyatlarında uşaqlığın alınması şərtdirmi?

Şərt deyil. Bir çox yeni üsul istifadə olunur. Radiotezlik üsulu ilə də çanaq bölgəsinin gücləndirilməsi və düşmənin qarşısının alınması seçilmiş hallarda mümkündür. Ən dəqiq müalicə isə cərrahiyyədir. Uşaqlığın laparoskopik və ya robot dəstəkli cərrahiyyə ilə asqı əməliyyatları çox müvəffəqiyyətli və həyat keyfiyyətini artıran cərrahi üsullardır. Bəzən də uşaqlığın bir qisminin və ya tamamının alınması lazım gələ bilər və uşaqlıq alındıqdan sonra vajinanın təpəsi asqı əməliyyatları ilə asılır. Yenə sidik kisəsində və ya bağırsaqlarda vajina içinə doğru olan düşmələrdə də cərrahi olaraq bu bölgələr gücləndirilərək bu şikayətlər aradan qaldırılır.

WhatsApp ilə məlumat alın