Şokolad kistası xərçəngə yol açırmı?

Şokolad kistası olaraq da adlandırılan endometrioz qadınların şikayət etdiyi xəstəliklərin başında gəlir. Çox vaxt reproduktiv yaşda rast gəlinən, bəzən heç bir şikayətə yol açmayan, təsadüfən ortaya çıxan kista dərmanla və…

03.08.2018 2 dəq
Şokolad kistası xərçəngə yol açırmı?
Bizimlə əlaqə

Məlumatlarınız yalnız sizinlə əlaqə saxlamaq üçün istifadə olunur. Məxfilik və məlumatların qorunması

Şokolad kistası olaraq da adlandırılan endometrioz qadınların şikayət etdiyi xəstəliklərin başında gəlir. Çox vaxt reproduktiv yaşda rast gəlinən, bəzən heç bir şikayətə yol açmayan, təsadüfən ortaya çıxan kista dərmanla və ya cərrahi müdaxilə ilə müalicə oluna bilir. Səbəbi dəqiq bilinməyən bu xəstəlik, uşaqlığın daxilindəki endometrium qatının başqa yerdə yerləşməsi və bu bölgədə uşaqlığın içindəki kimi qalınlaşma və qanaxma ilə birlikdə tökülməyə səbəb olması ilə ortaya çıxır.

Şokolad kistası ilə xərçəng arasındakı əlaqə

Son illərdə şokolad kistası səbəbi ilə müşahidə olunan hallarda xərçəngə çevrilmənin baş verdiyi həm hal təqdimatları, həm də epidemioloji araşdırmalarla ardıcıl olaraq müəyyən edilmişdir. Endometrioz və yumurtalıq xərçəngi irsi və ətraf mühit amillərinə bağlıdır. Endometriozu olan qadınların yumurtalıq xərçəngi baxımından daha riskli olduğu bildirilsə də, bu risk olduqca aşağıdır. Hər şokolad kistası xərçəngə çevrilir demək səhv bir diaqnoz olar. Endometrioz və yumurtalıq xərçəngi əlaqəsi bioloji və irsi mutasiya baxımından qiymətləndirilmiş, lakin iki sağlamlıq problemi arasında səbəb-nəticə əlaqəsi quracaq güclü bir dəlilə rast gəlinməmişdir. Bununla birlikdə xüsusilə daha yaşlı dövrdə rast gəlinən şokolad kistalarında bu ehtimal düşünülə bilər. Endometrioz, yəni şokolad kistası olan yumurtalıqlarda sonrakı dövrlərdə yumurtalıq xərçəngi riski olduqca aşağı olsa da, bir risk var. Lakin təəssüf ki, gənc yaşlarda şokolad kistası olan xəstələrimizdə də yumurtalıq xərçəngi görürük. Müşahidə zamanı eyni yumurtalıq kütlələrində xərçəng baxımından qiymətləndirmə kriteriyaları nədirsə, burada da eyni kriteriyalar istifadə olunur. Həkimin xoşxassəli olan şokolad kistasının bədxassəli olan over (yumurtalıq) xərçənginə çevrilə biləcəyini düşünərək xəstəni müşahidə etməsi və lazım gəldiyi hallarda, xüsusilə şübhəli bir kütlə olduqda, heç çəkinmədən və xəstəni də çox yaxşı məlumatlandıraraq irəli diaqnostika üsullarına müraciət etməsi lazımdır.

Təhlükə zəngləri reproduktiv dövrdə çalır

Endometrioz reproduktiv dövrdəki qadınlarda tez-tez rast gəlinən bir sağlamlıq problemidir və reproduktiv dövrdəki qadınların 15 faizində, hamilə qalmaqda çətinlik çəkən qadınların isə təxminən 30-40%-ində endometrioz müəyyən edilmişdir.

Yumurtalıq xərçənginə səbəb olan amillər

Şişin yerləşdiyi yer, şəxsin sosial-iqtisadi vəziyyəti, menopauza dövrü, sonsuzluq dərmanının istifadəsi, ailədə əvvəllər döş və ya yumurtalıq xərçənginə tutulan birinin olub-olmaması və şokolad kistası yumurtalıq xərçəngi üçün risk faktorlarını təşkil edir.

Yumurtalıq xərçəngi riskini azaldan hallar isə

Uzun müddət hamiləlikdən qoruyucu tablet istifadə etmə, gözlənilən vaxtda doğuş etmək, artan hamiləlik və doğuş sayı; yumurtalıq kanallarının (boruların) bağlanmış və ya çıxarılmış olduğu qadınlarda isə yumurtalıq kistasına tutulma nisbəti daha azdır.

WhatsApp ilə məlumat alın