Şokolad kistası, başqa sözlə Endometrioz yumurtalıqların dərinliklərində yaranan, içində köhnəlmiş tünd qana bənzər maye olan kistalardır. Nə üçün yarandıqları hələlik tam olaraq məlum deyil. Şokolad kistası reproduktiv yaşdaki qadınların təxminən 5-10%-də görülür. Şokolad kistaları müəyyən ölçüyə çatmadığı müddətdə, xəstədə həyat keyfiyyətinə mənfi təsir edəcək xroniki və şiddətli ağrıya səbəb olmadığı, ultrasonoqrafik və ya MRT görüntüləməsi ilə bədxassəli dəyişikliklərin olduğu müəyyən edilmədiyi müddətdə əməliyyat seçilmir.
Bəzi şokolad kistası hallarında endometrioz xəstəliyi ilə eyni vaxtda endometriozun digər bir formu olan dərin endometrioz da görülə bilər. Dərin endometrioz bağırsaq və sidik yollarını tutan bir formdur və fərq edilməsi asan deyil. Səssiz böyrək çatışmazlığının inkişaf etməsi riski var. Bu riskin nəzərdən qaçırılmaması və şokolad kistası problemi olan qadınların sidik yollarının və böyrəklərinin müntəzəm olaraq yoxlanılması əhəmiyyət daşıyır.
Şokolad Kistasının Əlamətləri Nələrdir?
Şokolad kistası; aybaşı dövrü zamanı qarında köp və sancı, həddindən artıq vaginal qanaxma, anormal qanaxma və ləkələnmə, bel ağrısı, ayaqlarda ağrı hissi, kürək ağrısı, tünd rəngli vaginal ifrazat, qasıqlarda xronikləşmiş ağrı, cinsi əlaqə zamanı ağrı, tualetə gedərkən ağrılı bağırsaq hərəkətləri və bəzi qadınlarda sonsuzluq kimi əlamətlər göstərə bilər.
Endometrioz Xroniki Bir Xəstəlikdirmi?
Bəzən tamamilə aradan qaldırıla bilməyən xroniki bir xəstəlik ola bilən endometrioz problemi yaşayan qadınlarda, hər zaman olmasa da cərrahi prosedurla endometrioz toxumalarının tamamilə aradan qaldırılması mümkün ola bilir. Lakin əməliyyatdan sonra xəstənin menopauzaya daxil olmasına qədər olan dövrdə endometriozu boğan müalicəyə davam edilməsi lazımdır. Reproduktiv yaşda olan qadınlarda estrogen səviyyəsindəki yüksəlmələr endometriozun yaranma prosesinin və xəstəliyin davam etməsinə səbəb ola bilər.
Endometrioz Ciddi Qəbul Edilməli Olan Önəmli Bir Sağlamlıq Problemidir
Övlad sahibi olmaqda çətinlik çəkən cütlüklərin təxminən 40%-i endometrioz problemi yaşayır. Aparılan araşdırmalara görə endometrioz ilə sonsuzluq arasında önəmli bir əlaqə var. Endometrioz qadınların reproduktiv fiziologiyasında müxtəlif pozğunluqlara səbəb ola bilir. Şiddətli endometrioz hallarında qadınların cinsiyyət orqanları arasındaki anatomik əlaqənin pozulması və bitişmə yaranması nəticəsində boruların tutulması sonsuzluğa yol aça bilir.
Endometriozun diaqnoz və müalicə edilə bilmədiyi hallarda geri dönüşü olmayan sonsuzluq problemi ortaya çıxa bilər. Şokolad kistasının yayılma meyli göstərməsi yumurtalıqların zərər görməsinə və süni mayalanma müalicəsinin belə həll ola bilməyəcəyi vəziyyətlərin yaranmasına yol aça bilər.
