Pudendal Sinir Sıxılması Nədir?

Pudendal sinir sıxılması xroniki çanaq ağrısının az rast gəlinən və diaqnozu çətin qoyulan vacib bir səbəbidir. Elm dünyasında “Alkok Kanalı Sindromu” kimi də tanınır. Pudendal sinir sıxılması, pudendal sinirin anatomik…

20.11.2018 1 dəq
Pudendal Sinir Sıxılması Nədir?
Bizimlə əlaqə

Məlumatlarınız yalnız sizinlə əlaqə saxlamaq üçün istifadə olunur. Məxfilik və məlumatların qorunması

Pudendal sinir sıxılması xroniki çanaq ağrısının az rast gəlinən və diaqnozu çətin qoyulan vacib bir səbəbidir. Elm dünyasında “Alkok Kanalı Sindromu” kimi də tanınır. Pudendal sinir sıxılması, pudendal sinirin anatomik keçdiyi yol daxilində sıxılması vəziyyətindən ortaya çıxan patoloji, çox şiddətli bir ağrını ifadə edir.

Alkok Kanalı Sindromu Nədir?

Çox vaxt bağların (sakrospinoz və sakrotuberoz liqament) arasından keçərkən sıxıla bilər, pudendal kanal da adlanan Alkok kanalının içindən keçərkən sıxılarsa, buna “Alkok Kanalı Sindromu” deyilir.

Pasiyentlərdəki Şikayətlər Nələrdir?

Bu ağrı pudendal sinirin ya da qollarının oyandırdığı bölgələrdə görülür. Bu bölgələr qadınlarda klitor, mons pubis (genital tüklənmənin olduğu yer), vulva, vaginanın aşağı 1/3-ü və dodaqlardır. Lakin ümumiyyətlə ağrı bir tərəfli olsa da bütün çanaq sümüyündə hiss edilə bilər.

Simptomlar qəflətən başlaya bilər ya da zamanla artaraq ortaya çıxa bilər. Tipik olaraq ağrı gün ərzində getdikcə artır və oturmaqla pisləşir. Ağrı hansı sinir qollarının təsirlənməsindən asılı olaraq bir tərəfli ya da iki tərəfli ola bilər. Lakin klinikada ümumiyyətlə bir tərəfli somatik ağrı şəklindədir. Bu bölgələrdə dəri də toxunma və təzyiqə çox həssas ola bilər.

Əlamətləri Nələrdir?

Mümkün simptomlar arasında yanma, uyuşma, həssaslıq, elektrik çarpması ya da bıçaq saplanan tərzdə ağrı, vagina və rektumda yad cisim ya da kəsək hissi, bükülmə, sıxılma hissi, konstipasiya (qəbizlik), bağırsaq hərəkətləri zamanı ağrı, sidik ifraz edərkən yanma, cinsi əlaqədə ağrı, cinsi funksiya pozğunluğu və hiss itkisi ola bilər.

Bu Ağrılı Xəstəliyin Səbəbi Nədir?

Səbəblər arasında çanaq bölgəsində təkrarlayan mexaniki travma (davamlı uzun müddət oturmaq, uzun illər velosiped sürmək, ağırlıq qaldırmaq) ağır hamiləlik, çətin doğum, iltihabi ya da avtoimmun xəstəlik, endometrioz, təkrarlayan infeksiya, çanaq bölgəsini təsirləyən qəza-yıxılma ya da cərrahiyyə sayıla bilər. Lakin aydın heç bir klinik tarixçə olmadan da ola bilər.

WhatsApp ilə məlumat alın