Miomaların böyümə sürəti və növləri

Ölçüləri və yaratdıqları problemlər şəxsdən şəxsə dəyişə bilər. Hər dörd qadından birində görülən mioma yaranmaları müntəzəm ginekoloji müayinədə asanlıqla fərq edilə bilər.Müntəzəm ginekoloji müayinə etdirməyən qadınlarda mioma fərq edilməsi üçün…

22.02.2019 2 dəq
Miomaların böyümə sürəti və növləri
Bizimlə əlaqə

Məlumatlarınız yalnız sizinlə əlaqə saxlamaq üçün istifadə olunur. Məxfilik və məlumatların qorunması

Ölçüləri və yaratdıqları problemlər şəxsdən şəxsə dəyişə bilər. Hər dörd qadından birində görülən mioma yaranmaları müntəzəm ginekoloji müayinədə asanlıqla fərq edilə bilər.

Müntəzəm ginekoloji müayinə etdirməyən qadınlarda mioma fərq edilməsi üçün ciddi əlamətlərin meydana gəlməsi lazımdır. Bu nöqtədə mioma yeri, tipi və böyümə şəkli əlamətlərin necə formalaşacağını müəyyənləşdirir.

MİOMA NÖVLƏRİ

Mioma növlərinin müəyyənləşdirilməsində miomaların olduğu bölgələr son dərəcə vacibdir.

SUBSEROZ MİOMA

Uşaqlığın xarici hissəsində və uşaqlığın divarı üzərində inkişaf edən miomalara ‘subseroz mioma’ adı verilir. Bu miomalar xaricə doğru sürətli şəkildə böyüyürlər. Sürətli böyüməyə bağlı olaraq da olduğu bölgədə və ətrafında təzyiq hissi yaradan bu miomalar çanaq ağrılarının ortaya çıxmasına səbəb olurlar.

İNTRAMURAL MİOMA

Uşaqlığın orta qatında böyüyən, uşaqlığın divarı daxilində inkişafını davam etdirən miomalara ‘intramural mioma’ deyilir. Bu miomaların böyüməsi aybaşı dövrünün uzanmasına, qanaxmaya və ağrıya səbəb ola bilər.

SUBMUKOZ

Uşaqlığın daxili qatının altında böyüyən miomalara ‘submukoz mioma’ deyilir. Bu miomalar sürətli böyüyürlər və çox miqdarda qanaxma yarada bilərlər.

Hamiləliyə əngəl yaradan, IVF müalicələrinin uğursuz olmasına səbəb ola bilən bu miomaların hamiləlik planlamasında fərq edilməsi halında üstünlüyün cərrahi müdaxilə ilə mioma çıxarılmasına verilməsi lazımdır.

SAPLI MİOMALAR

Əgər mioma bir sapla uşaqlıqdan xaricə doğru böyüyərsə, o zaman ‘saplı mioma’ adlandırılır. Mioma, böyümə prosesində olduğu sapın ətrafında fırlanarsa, qan axınının kəsilməsinə bağlı olaraq mioma toxumasında nekroz inkişaf edir və şiddətli ağrıya səbəb ola bilər. Bu vəziyyətdə təcili əməliyyatla mioma çıxarılması lazımdır.

MİOMA MÜALİCƏSİ

Mioma müalicəsi şəxsin fiziki xüsusiyyətlərinə, sahib olduğu mioma sayına, miomalarının ölçülərinə, yerinə və böyümə sürətinə görə dəyişir.

Mioma müalicəsində bilinən ən dəqiq üsul miomaların cərrahi əməliyyatla çıxarılmasıdır. Seçilmiş pasiyentlərdə dərman müalicəsi, uşaqlığa gedən damarların tıxanması kimi fərqli texnikalarla miomaların böyüməsi əngəllənə bilər və şəxsə verdiyi rahatsızlıqların qarşısı alına bilər.

Şəxs hamilə qalmaq ya da IVF müalicəsi etdirmək istəyirsə, miomaların çox ətraflı araşdırılması və hamiləlikdə bir probleme yol açacağı düşünülürsə mütləq çıxarılması tövsiyə edilir. Menopauza dövrünə yaxınlaşan qadınlarda mioma səbəb olduğu problemləri həll edəcək müalicələr tətbiq edildikdən sonra menopauza dövründə miomalar izlənilə bilər, çünki bu dövrdə miomaların kiçildiyi bilinir.

WhatsApp ilə məlumat alın