Son illərdə ölkəmizdə də bir çox əməliyyatda istifadə olunan robot dəstəkli cərrahiyyə üsulu inkişaf etmiş texnologiyası ilə pasiyentlərə olduğu qədər həkimlərə də rahat bir iş sahəsi təmin edir.
Robotik qollarda yerləşən üç ölçülü və böyüdülmüş görüntü təqdim edə bilən kamera sayəsində təhlükəsiz iş mühiti yaradan “Da Vinci” adlı robot üç əsas sistemdən ibarətdir. Xalq arasında güman edilənin əksinə, əməliyyat təkbaşına, avtonom şəkildə robot tərəfindən həyata keçirilmir.
Əməliyyat, robotik qolların idarə olunduğu və yönləndirildiyi konsolun başında oturan cərrah tərəfindən aparılır. Üç əsas sistemdən ibarət cihazın konsoldan başqa robotik qollarının yerləşdiyi bölməsi və kamera sistemi ilə işıq mənbəyinin yerləşdiyi qüllə bölməsi var.
Robot dəstəkli cərrahiyyə ilə tam nəzarət
Konsolun başında oturan cərrah bütün sistemi və əməliyyatı buradan idarə edir. İnkişaf etmiş idarəetmə mexanizmi və hər hansı titrəmənin olmadığı həssas robotik qollar ilə əməliyyat təhlükəsiz şəkildə tamamlana bilər.
Konsol üzərində yerləşən pedallar və idarəetmə bloku bütün hərəkəti təmin edən vahidlərdir. Konsola oturan cərrah əllərini idarəetmə bölmələrinə yerləşdirərək buradan əl, barmaq və bilək hərəkətləri ilə robot qollarını yönləndirir.
Cərrahın daha az yorulması pasiyentin əməliyyatına təsir edirmi?
Cavabımız mütləq bəlidir. Cərrah üst hissəyə də başını dayayaraq kameradan gələn üç ölçülü və 10-15 dəfə böyüdülmüş görüntü sayəsində əməliyyatı həyata keçirir. Hündürlüyünün tənzimlənə bilən olması sayəsində hər həkim problem yaşamadan konsoldan istifadə edə bilər. Həmçinin əməliyyatı aparan cərrahın oturaq vəziyyətdə olması eyni zamanda daha az yorulmasını və daha çox diqqətini toplamasını, bununla yanaşı yorğunluğa bağlı səhvləri də minimuma endirir.
Həssas Toxunuşlar
Yeni nəsil cərrahiyyənin gətirdiyi üstün texnologiya ilə birlikdə əməliyyat açıq üsula nisbətən çox daha həssas hal alır. 540 dərəcəyə qədər dönə bilən robotik qollar normal üsullarla çatılması çətin olan toxumalara müdaxilə edilməsinin yolunu açır.
Olduqca incə uca və zərif quruluşa sahib robotik qollar hər cür həssas müdaxilənin öhdəsindən rahat şəkildə gələ bilər. Həmçinin insan əli kimi titrəməyən bu qollar ilə əməliyyat bölgəsində yerləşən ətraf toxumalara zərər vermə riski də aradan qalxır.
Bununla yanaşı konsolda yerləşən idarəetmə mexanizmi də cərrahın mümkün kiçik əl titrəmələrini söndürə biləcək şəkildə dizayn edilmişdir. Bu şəkildə robot dəstəkli cərrahiyyə üsulu ilə həyata keçirilən əməliyyatda yüksək müvəffəqiyyət nisbəti əldə edilir.
