Mioma müalicəsində progesteron hormonu istifadə edilə bilərmi?

Miomalar uşaqlığın xoşxassəli şişləridir. Uşaqlıqda yer alan ‘miometrium’ adlı əzələ toxumasından anormal olaraq böyüyərək meydana gələn miomalar, günümüzdə təxminən hər 4-5 qadından birində görülə bilir.Xüsusilə 30-40 yaşlarından sonra ortaya çıxan…

03.07.2019 2 dəq
Mioma müalicəsində progesteron hormonu istifadə edilə bilərmi?
Bizimlə əlaqə

Məlumatlarınız yalnız sizinlə əlaqə saxlamaq üçün istifadə olunur. Məxfilik və məlumatların qorunması

Miomalar uşaqlığın xoşxassəli şişləridir. Uşaqlıqda yer alan ‘miometrium’ adlı əzələ toxumasından anormal olaraq böyüyərək meydana gələn miomalar, günümüzdə təxminən hər 4-5 qadından birində görülə bilir.

Xüsusilə 30-40 yaşlarından sonra ortaya çıxan bu xoşxassəli şişlər bəzən heç bir əlamət göstərməyə bilər. Buna görə mioması olan qadınların bir çoxu bu vəziyyətdən xəbərdar belə deyil. Bu kütlələrin nədən yarandığı bilinməsə də ümumiyyətlə artan estrogen səviyyəsi ilə yaxından əlaqəlidir.

Menopauza dövründə estrogen səviyyəsinin azalması ilə birlikdə miomalarda sürətli bir geriləmə, hətta zamanla yox olma meydana gələ bilər. Hamiləlikdə isə miomalar, uşaqlığın böyüməsi ilə birlikdə inkişaf göstərə bilər. Lakin doğuş baş verdikdən sonra miomaların ölçülərində kiçilmə ya da yox olma kimi vəziyyətlər görülə bilər ya da hər hansı bir dəyişiklik meydana gəlmir.

Mioma müalicəsində progesteron hormonunun yeri

Progesteron hormonu estrogenin bədəndə yaratdığı təsiri tarazlaşdırmağa yarayan, onun əksi kimi funksiya görən bir hormondur. Buna görə estrogenlə böyüyən mioma müalicəsində progesteron istifadə edilə biləcəyi düşünülmüşdür.

Lakin istifadə edilən hallarda progesteronun miomanı müalicə etmədə effektiv olmadığı görülmüşdür. Yalnız aybaşı dövründə qanaxmanın olduğu uşaqlıq daxilini örtən ‘endometrium’ deyə tanınan toxumada atrofiya yaradaraq qanaxmanı azalda bilər. Buna görə mioma müalicəsində progesteron müalicəsi yalnız yüngül simptomları və kiçik miomaları olan seçilmiş pasiyentlərdə effektiv ola bilər.

Müalicə üsulları

Miomaların ən dəqiq müalicə üsulu cərrahi müdaxilədir. Digər müalicə üsulları ilə mioma böyüməsi dayandırıla bilər ya da kiçilməsi təmin edilə bilər.

Bəzi yeni nəsil müalicə üsullarında isə mioma toxumaları bədən xaricinə çıxarılmadan lazerlə yandırılaraq ya da maye azotla dondurularaq müalicə edilə bilər. Bu üsullar çox məhdud sayda mioma növündə tətbiq edilə bilər. Klinik praktikada da çox istifadə edilmir.

Estrogen basdırıcı dərmanlar nə qədər alternativ kimi düşünülsə də, bu dərmanların uzun müddətli istifadəsi sümük əriməsi, aybaşının kəsilməsi ya da istilik basması kimi rahatsızlıqlara səbəb olur.

Basdırıcı dərmanlar (yalançı menopauza iynələri) bədəndə müvəqqəti bir menopauza təsiri yaradır. Buna görə yalnız əməliyyatdan əvvəl mioma kiçiltmək üçün üstünlük verilir.

Günümüzdə müalicə olaraq ən effektiv üsul cərrahiyyədir. Miomaların laparoskopik, robot dəstəkli ya da histeroskopik olaraq çıxarılması pasiyentlər üçün çox üstünlüklü əməliyyatlardır. Bu əməliyyat növləri pasiyentin bədəninə minimum müdaxilə ilə həyata keçirildiyi üçün qansız ya da bıçaqsız əməliyyatlar kimi də tanınır.

Əməliyyatdan sonra ağrıları az, ağrıkəsici istifadə etmə istəyi buna görə məhduddur və kosmetik baxımdan da yenə qarının ön divarındakı izlər yox deyiləcək qədər azdır. Bu proseslərlə həyata keçirilən əməliyyatlardan sonra pasiyentlər qısa bir müddət içində sosial həyatlarına geri dönə bilərlər.

Doç. Dr. Taner Usta

Mamalıq və Ginekologiya üzrə mütəxəssis

www.drtanerusta.com

www.miyomcerrahisi.com

Instagram: @drtanerusta

Facebook: @drtanerusta

WhatsApp ilə məlumat alın