Miomalar reproduktiv yaşda çox geniş yayılmış şəkildə görülən (demək olar ki, hər 4-5 qadından birində
görülür) uşaqlığın düz əzələsinin xoşxassəli şişləridir. Tez-tez qasıqlarda, beldə ağrıya ya da çox miqdarda ya da nizamsız qanaxmaya səbəb ola bilər. Bəziləri heç bir əlamət verməyə bilər. Uşaqlıq divarında ortaya çıxan bu yaranmalar ölçülərinə və saylarına görə fərqli əlamətlərə səbəb ola bilər.
Mioma müalicəsi üçün müntəzəm izləmə və lazım olduğu halda medikal müalicə, seçilmiş hallarda isə cərrahi müdaxilə lazım ola bilər. Lakin mioma görüldükdə mütləq müalicə verilməsi lazım deyil.
Xüsusilə heç bir şikayətə səbəb olmursa, ölçüləri sabit qalır və artmırsa, aparılan görüntüləmələrdə bədxassəli olduğunu göstərən bir vəziyyət yoxdursa, yalnız izlənilməsi kifayətdir. Son illərdə aparılan dərman tədqiqatları nəticəsində miomaların ölçü nəzarətini təmin edən və kiçilmələrini təmin edən dərmanlar hazırlanmış olsa da, bu dərmanların mioma yaranmalarını tamamilə aradan qaldırmadığı bilinməlidir. Əksəriyyətinin uzun müddət istifadə edilə bilməsi mümkün deyil. Miomalar aşkarlandığı zaman hər hansı bir müalicəyə ehtiyac olmasa belə, mütləq müntəzəm izlənmənin edilməsi çox vacibdir.
MİOMA MÜALİCƏSİNDƏ ALTERNATİV ÜSULLAR VARMI?
Bu sualın cavabı çox açıq şəkildə bəli olaraq verilə bilmir. Uzun müddətdə anormal vaginal qanaxma, anemiya (qansızlıq), sonsuzluğa, şiddətli qasıq və bel ağrılarına və düşüklərə səbəb ola bilən bu yaranmaların həkim nəzarətində olması çox vacibdir. Mioma yaranmalarının ölçüləri kiçikdirsə və olduqları yerlər şəxsin sağlamlığı üçün hər hansı bir problem (çanaq ağrısı, anormal vaginal qanaxma, sonsuzluq, xərçəng) təşkil etmirsə, yalnız izlənilmələri kifayətdir.
Lakin mioma yaranmalarına bağlı olaraq ciddi klinik şikayətlər meydana gəlirsə ya da miomaların ölçüsü böyümüşsə, cərrahi müdaxilə lazımdır.
Mioma müalicəsində bitki kürünün sınanmasının ən əsas səbəbi mioma əməliyyatlarında uşaqlığın çıxarılması lazım olduğunun düşünülməsidir. Mioma üçün aparılan cərrahi müdaxilələrin əksəriyyətində uşaqlıq qorunaraq cərrahi proses uğurla başa çatdırıla bilir. Bir çox qadın mioma müalicəsi üçün bitki müalicəsi (kür) araşdırması etsə də, təəssüf ki, bu kürlərin müalicə baxımından klinik effektivliyi ilə bağlı məlumat olmadığı unudulmamalıdır. Buna görə bitki kürü etdiyi üçün miomalarının yox olacağını ya da kiçiləcəyini düşünən pasiyentlərə bir daha xatırlatmaqda fayda var; əgər miomalar doğru şəkildə müalicə edilməzsə, nəzarətsiz böyümələri nəticəsində uşaqlığın tamamının çıxarılması lazım ola bilər. Bu bitki müalicələrinin faydası sübut edilməməsinə baxmayaraq, istifadəsinin isə bədəndə nə edəcəyinin bilinməməsi ən vacib suallardan biridir. Yəni müalicə edək deyərkən fərqli rahatsızlıqlara səbəb ola bilərlər. Nəticə olaraq effektiv olduqları sübut edilmədən və insan bədəninə zərər vermədiyi bilinmədən istifadə edilmələrini tövsiyə etmirik.
MİOMA ƏLAMƏTLƏRİ NƏLƏRDİR?
Mioma yaranmaları çox vaxt hər hansı bir əlamət göstərmir və bir sağlamlıq probleminə səbəb olmur. Lakin aybaşı dövründə sıx qanaxma və ağrı, çanaq bölgəsində ağrı, sidiyə çıxma istəyinin artması, xroniki qəbizlik və/ya cinsi əlaqədə ağrı kimi əlamətlər varsa, mütləq mioma ehtimalının nəzərə alınması lazımdır. Müntəzəm ginekoloji müayinənin qadınlar üçün çox vacib olduğu və hər hansı bir mioma yaranmasının bu sayədə erkən dövrdə fərq edilə biləcəyi unudulmamalıdır.
