Serviks xərçənginin (uşaqlıq boynu xərçəngi) ən vacib səbəbi, cinsi yolla keçən Human Papilloma Virusu HPV-dir.
HPV peyvəndinin dünyada geniş çaplı edilməsi, uşaqlıq boynu xərçənginin öncülü olan Cervical intraepithelial neoplasia (CIN) lezyonlarında düşüş yaranmasını təmin etdi. HPV peyvəndi buna əlavə olaraq qadınlarda vagina və vulva xərçəngi öncülü lezyonlarına, genital siyillərə və anal xərçəngə qarşı da effektivdir, lakin tamamını əngəlləmir. Nəzəri olaraq kişilərin də bu peyvəndi etdirməsi HPV ilişkili uşaqlıq boynu xərçənginin yayılmasını azaltdığı üçün qadınları da qoruyur. HPV ayrıca orofarinks xərçənginin (ağız və boğaz xərçəngi) də ən çox rast gəlinən səbəbidir. ABŞ-da orofarinks xərçənginin 70%-inin səbəbinin HPV olduğu bildirilib.
HPV PEYVƏNDİ KİMLƏRƏ VƏ NƏ ZAMAN EDİLMƏLİDİR?
HPV peyvəndi xüsusilə uşaqlıq çağında ilk növbədə 11-12 yaşlarda tövsiyə edilsə də, 9 yaşından etibarən oğlan və qız uşaqlarına edilə bilər. Burada vacib olan qızların ya da oğlanların hələ ilk cinsi təcrübəsini yaşamadan və virusa məruz qalmadan peyvəndin həyata keçirilməsidir. Bir şəxs HPV virusunu qapdıqda, peyvənd əvvəlki qədər effektiv olmur ya da heç təsir göstərməyə bilər.
Eyni zamanda heç virusa məruz qalınmasa belə, peyvənd kiçik yaşlarda yetkinlərdən daha effektivdir. HPV peyvəndi 15 yaşından aşağı şəxslərə 6 ay ara ilə 2 doz şəklində tətbiq edilir. Aparılan tədqiqatlara görə 2 dozlu tətbiq kifayətdir. 15 yaşından sonra 3 doz tətbiq edilir. Yeniyetmələrdə əgər 2 peyvənd arası 5 aydan qısadırsa, 3-cü doz tövsiyə edilir.
KİMLƏR HPV PEYVƏNDİ ETDİRMƏLİDİR?
HPV peyvəndi hamilələrə və ağır xəstəlik keçirənlərə edilmir. Aralarında alüminium, maya allergiyası ya da lateks allergiyası da daxil olmaqla müxtəlif allergiyalara sahib olan şəxslərə ya da peyvəndin tərkibində yer alan maddələrə ağır allergik reaksiya göstərmiş olan şəxslərin DƏ HPV peyvəndi etdirməməsi lazımdır.
Digər tərəfdən peyvənd aktiv cinsi həyata sahib olan, hətta HPV virusuna sahib olanlara belə istifadə edilə bilir. Lakin effektivliyi azala bilər. Çünki peyvənd hələ bədənə girməmiş olan digər HPV növlərinə qarşı bir qoruma təmin edir. Çünki müalicəedici bir peyvənd deyil. Burada vacib olan hələ məruz qalınmamış HPV növlərinə qarşı qoruma əldə etməkdir. Mövcud peyvəndlərdən heç biri mövcud HPV virusunu sağaltma xüsusiyyətinə sahib deyil.
