Siyillər Qadınların Lənəti mi?

Yoxsa Yalnız Tədbir Almalı Olduğumuz Sıradan Bir Viral Xəstəlik mi?HPV-niz varsa vay, bitdikmi? (Əlbəttə ki, xeyr!!!)HPV kimi də tanınan ‘Human Papillomavirus’ cinsi yolla keçən, çox sayda tipi olan və uşaqlıq…

22.07.2019 3 dəq
Siyillər Qadınların Lənəti mi?
Bizimlə əlaqə

Məlumatlarınız yalnız sizinlə əlaqə saxlamaq üçün istifadə olunur. Məxfilik və məlumatların qorunması

Yoxsa Yalnız Tədbir Almalı Olduğumuz Sıradan Bir Viral Xəstəlik mi?

HPV-niz varsa vay, bitdikmi? (Əlbəttə ki, xeyr!!!)

HPV kimi də tanınan ‘Human Papillomavirus’ cinsi yolla keçən, çox sayda tipi olan və uşaqlıq boynu xərçənginə də səbəb ola bilən bir virus növüdür. HPV; Human Papilloma Virus sözlərinin qısaltmasıdır.

Virus həm çox asan yoluxduğu, həm də uzun illər fərq edilmədiyi üçün təhlükəli hala gələ bilir. Aparılan tədqiqatlara görə, uşaqlıq boynu xərçəngi olan şəxslərin HPV testlərinin 99%-i müsbət çıxıb.

Erkən diaqnozun həyat xilas etdiyi xərçəng növlərinin başında gələn uşaqlıq boynu xərçənginə qarşı tədbir görmək üçün, aktiv cinsi həyatı olan qadınların mütləq test etdirməsi və hələ aktiv cinsi həyatı olmayan qadınların isə HPV peyvəndi olması tövsiyə edilir. Olduqca ciddi problemlərə səbəb olduğu üçün, HPV-yə qarşı qorunmanı və tədbir görməyi kəsinliklə laqeyd etməməlisiniz.

Özünü həmişə büruzə verirmi?

Təəssüf ki, çox vaxt özünü büruzə vermir. Xüsusilə yüksək riskli HPV tipləri ilə baş verən infeksiya. Tipik olaraq hüceyrə DNT-sində pozulmalara səbəb olur.

İllər ərzində mövcud lezyonlar irəliləyərək əvvəlcə aralıq lezyon (bu mərhələdə rahatlıqla nəzarətlərdə aşkarlanıb müalicə edilə bilirik) daha sonra isə uşaqlıq boynu xərçənginə irəliləyə bilir (Serviks Xərçəngi).

Nəzarətlərin müntəzəm edilməsi çox vacibdir

Daha əvvəl də qeyd etdiyimiz kimi HPV çox vaxt özünü büruzə vermir. Genital siyil yaradan tiplər isə artıq uşaqlıq boynu xərçənginə əlaqəli deyil. Yalnız görüntü və gigiyena baxımından, bəzən də hamiləlik varsa doğuşda problem yarada bilər.

Genital siyillərə səbəb olarsa, virus təsadüfən fərq edilə bilər. Lakin genital siyillərə səbəb olan virus növü xoşxassəli olan virusdur. Ümumiyyətlə rutin nəzarətini həyata keçirən qadınlarda edilən Smear və HPV testində tapılır. Əgər bu şəkildə tapılarsa, pis bir nəticəyə yol açmadan erkən olaraq müalicə edilə bilər.

Uşaqlıq boynu xərçəngi baxımından bu nəzarətlərin müayinə və pap-smear testinin müntəzəm olaraq edilməsi çox vacibdir. Çünki bu virus xəstəlik çox irəliləyənə qədər hər hansı bir tapıntı vermir.

Virus, bədənə girdikdən sonra kəsinliklə uşaqlıq boynu xərçənginə yol açacaq deyə bir şey söz mövzusu deyil. Öncə virusu bağışıqlıq sistemi məğlub etməyə çalışır, çox vaxt məğlub edir və virusu bədəndən təmizləyir. Lakin daha az hallarda virus bədəndə qalmağa davam edir və illər ərzində uşaqlıq boynu xərçənginə yol açır.

100-dən çox növü var!

HPV virusunun 100-dən çox növü var. Virusa bağlı olaraq ortaya çıxan infeksiya gözlə görünməyən hüceyrəvi dəyişikliklərə və hüceyrə bölünmələrinə səbəb ola bilər. Virusa bağlı meydana gələn nəzarətsiz hüceyrə bölünmələri uşaqlıq boynu xərçənginə səbəb olur.

Pap smear testi (Uşaqlıq boynu xərçəngi skrininq testi)

Uşaqlıq boynundan müayinə zamanı tökülən hüceyrələr xüsusi fırçalarla alınır və patologiyaya göndərilir. Ağrısız və sadə bir prosesdir. Ginekoloji Müayinə zamanı asanlıqla edilə bilər. Bu testi etdirmək üçün heç qorxmağa ehtiyac yoxdur. Testi etdirməməkdən qorxmaq lazımdır.

HPV peyvəndi kimlər üçün uyğundur? Müalicəsi necə edilir?

HPV peyvəndinin hələ aktiv cinsi həyatı başlamamış şəxslərə edilməsi tövsiyə edilir. Peyvəndin cinsi təmasdan əvvəl edilməsi maksimal fayda üçün çox vacibdir. Cinsi təmas olmuş olması peyvənd edilməsinə əngəl bir səbəb deyil. 11 ilə 28 yaşları arasında, üç doz olaraq bu peyvənd edilə bilər.

Artıq günümüzdə çox fərqli tipləri olduğu üçün seçilmiş bəzi pasiyentlərdə cinsi fəaliyyətdən sonra ya da HPV testinin bəzi tiplərinin müsbət olması halında da peyvənd edilə bilir.

İlk peyvənddən sonra ikinci peyvənd üçün 2 ay, ikinci peyvənddən sonra üçüncü peyvənd üçün 4 ay gözlənilir. HPV-yə bağlı ortaya çıxmış siyillərdə isə krem, siyillərin çıxarılması, lazerlə ya da biokimyəvi dərmanla yandırma ya da buxarlandırma kimi müalicə üsulları günümüzdə uğurla tətbiq edilir. Müalicədə ön plana çıxan müalicə seçimlərindən biri Trixlorasetik turşudur. Olduqca rahat bir müalicə seçimi kimi pasiyentlərə tövsiyə edilir.

Smear testini laqeyd etməyin

HPV müsbət olan şəxslərin, xüsusilə də qadınların xərçəng mövzusunda çox daha diqqətli olması lazımdır. Bu şəxslərin uşaqlıq boynu xərçəngi üçün edilən smear testini mütləq müntəzəm şəkildə etdirməsi və həkim müayinələrini yayındırmamaları tövsiyə edilir.

Son olaraq HPV-nin aşkarlanması o şəxsin bitdiyi, mütləq xərçəng olacağı ya da lənətləndiyi mənasına gəlmir. Yalnız yaxşı bir izləmə və lazımi işlərin edilməsi ilə gələcəkdə yaşana biləcək bir çox problemin qarşısı alınır.

Sağlam günlər arzulayıram.

Doç. Dr. Taner Usta

Mamalıq və Ginekologiya üzrə mütəxəssis

www.drtanerusta.com

Instagram: @drtanerusta

Facebook: @drtanerusta

YouTube-drtanerusta

WhatsApp ilə məlumat alın