Genital estetika ilə vajinal dodaq kiçiltmə, qızlıq pərdəsinin tikilməsi, klitorun kiçildilməsi, vajina üzərində yağ alınması (tüklü bölgədəki) kimi estetik məqsədli tətbiqlər aparıldığı kimi cinsi istəyi artıran əməliyyatlar da aparılır.
Mamalıq və Ginekologiya üzrə mütəxəssis Dos. Dr. Taner Usta, genital estetika haqqında maraq doğuran bütün məsələləri bizlər üçün izah etdi.
ƏN ÇOX TƏLƏB OLUNANLAR
Vajina daraltma, iç dodaq estetikasından sonra ən çox seçilən vajina estetikalarından biridir. Normal doğuş ya da irəli yaş səbəbiylə vajina bölgəsində yaranan boşalmaların müalicəsində tətbiq olunur.
Vajina daraltma cərrahi yolla, lazerlə ya da radiotezlik ilə müalicə edilir. Müayinə zamanı mövcud vəziyyət qiymətləndirildikdən sonra istifadə olunacaq üsula qərar verilir. Əməliyyat təxminən 15-20 dəqiqə davam edir. Əməliyyatdan sonra ağrı olmur. 2-3 saatlıq bir istirahətdən sonra evə buraxıla bilər.
BİRBAŞA GÜNDƏLİK HƏYATA QAYIDIŞ
Lazer ya da radiotezlik tətbiq olunacaqsa, əməliyyatxanaya getmədən müayinə otağı şəraitində həyata keçirilə bilər. Yerli keyitmə kremləri tətbiq edildikdən sonra aparılan tətbiq 20-25 dəqiqə qədər davam edir. Prosesdən sonra pasiyent birbaşa gündəlik həyatına qayıda bilər.
Vajinadakı labium (dodaq) problemi genetikdir. Anadangəlmədir. Bir çox qadında özünəinam çatışmazlığına səbəb olur. Partnyoruna itələyici göründüyü üçün ya da görünüşündən razı olmadığı üçün pasiyentin psixologiyası mənfi təsirlənir.
Vajinanın xarici dodaqlarından xilas olmaq çox sadə və qısa bir əməliyyatla mümkündür. Prosesdən sonra cinsi istəkdə azalma olmur. Pasiyent təxminən 2 həftə sonra normal cinsi həyatına davam edə bilər. Xəstəxanada qalmağı tələb etmir. Hissiyyat itkisi olmadan, tam əksinə, daha çox hisslə gündəlik həyata sürətli şəkildə qayıdılır. Çox tez-tez aparılan genital əməliyyatlardan biridir. Xəstəxanada yatmağı tələb etməyən ən sadə və ən müvəffəqiyyətli əməliyyatlardandır.
NADİR RASTLANIR: KLİTORUN BÖYÜKLÜYÜ
Klitorun böyüklüyü şikayəti ilə klinikaya edilən müraciətlərin bir çoxunda əslində belə bir problemin olmadığı görülür. Klitorun böyüklüyü nadir rastlanan bir vəziyyətdir. Pasiyentlər klitor bölgəsindəki dəri artıqlığını “klitorun böyüklüyü” kimi qəbul edə bilər.
Klitorun pasiyent ayaqda olarkən iki xarici dodaq arasında çox qapalı durmaması pasiyenti estetik olaraq narahat edir. Lakin iki dodağın bitişik olması (çox qapalı halı) yalnız qız körpələrdə rastlanan bir vəziyyətdir. Böyüdükcə dodaqların açılması normaldır.
Yetkinlik dövrünə daxil olduqdan sonra klitor da böyüyür. Yetkin qadınlarda klitorun qapalı durduğu görülmür. Lakin çox artıq açıqlıq varsa, klitorun böyük olub-olmadığı yoxlanıldıqdan sonra böyükdürsə kiçiltmə əməliyyatı aparılır.
Klitor böyük olmamaqla birlikdə üzərində dəri artıqlığı varsa, iç dodaq estetikası əməliyyatı ilə birlikdə dəri artıqlığı aradan qaldırılır. Bəzi qadınlarda da xarici dodaqlarda çökmə ola bilər ya da kifayət qədər həcmli deyil. Bu vəziyyətdə xarici dodaqlara dolğu edilir ya da pasiyentin öz yağı köçürülür.
