Praktiklik gətirən əməliyyat

“Robot Köməkli Cərrahiyyə” kimi də bilinən robot dəstəkli cərrahiyyə, bir çox kompleks prosedurun daha çevik, həssas və klassik cərrahi texnikalardan daha nəzarətli şəkildə həyata keçirilməsini təmin edir Bu robotik cihaz…

27.05.2019 2 dəq
Praktiklik gətirən əməliyyat
Bizimlə əlaqə

Məlumatlarınız yalnız sizinlə əlaqə saxlamaq üçün istifadə olunur. Məxfilik və məlumatların qorunması

“Robot Köməkli Cərrahiyyə” kimi də bilinən robot dəstəkli cərrahiyyə, bir çox kompleks prosedurun daha çevik, həssas və klassik cərrahi texnikalardan daha nəzarətli şəkildə həyata keçirilməsini təmin edir Bu robotik cihaz üzərində yerləşən üç ölçülü kamera və yaxınlaşdırma xüsusiyyəti sayəsində hər bir toxunuş, minimal invaziv bir üsulla həyata keçirilən mükəmməl bir dəqiqliklə edilir. Bu da pasiyentin yalnız əməliyyat bölgəsinə fokuslanaraq mikro cərrahiyyə aparıla bilməsinə imkan verir. Robot dəstəkli cərrahiyyə həkimlə birlikdə pasiyentə də rahat bir əməliyyat prosesi təqdim edir. Konvensional laparoskopik üsulun gətirdiyi üstünlükləri bir addım irəli aparan bu üsul, bu günün ən qabaqcıl texnologiya məhsulu, inkişaf etmiş əməliyyat üsulu kimi qəbul edilir.

ROBOT DƏSTƏKLİ CƏRRAHİYYƏ İLƏ GƏLƏN RAHATLIQ YALNIZ ƏMƏLİYYAT ZAMANI DEYİL, SONRASINDA DA DAVAM EDİR


Robot dəstəkli cərrahiyyə ilə əməliyyatlar bir santimetrdən kiçik kəsiklərdən həyata keçirilir. Bu da əməliyyat bölgəsində az qala heç bir izin olmaması deməkdir. Xüsusilə ginekoloji əməliyyatlarda göbək çuxurundan aparılan əməliyyatlarda əməliyyat izi kənardan gözlə görünməyəcək səviyyələrdə olur. Bədənin digər bölgələrinə aparılan əməliyyatlarda isə kəsiklər ümumiyyətlə kənardan görünməyəcək nöqtələrdən edilir. Bunun mümkün olmadığı hallarda isə əməliyyat izi hər nə qədər ilk başda gözlə görünən olsa da, əməliyyatdan təxminən bir il sonra gözlə seçilməyəcək dərəcədə yox olur. Bu da bədənində əməliyyat izi istəməyən qadınların əməliyyata psixoloji cəhətdən də müsbət şəkildə hazırlanmasının yolunu açır.

ƏMƏLİYYATDAN SONRA

Bir çox əməliyyatdan sonra sağalma prosesi çox pasiyent üçün ən azı əməliyyatın özü qədər çətin keçə bilər. Lakin robot dəstəkli cərrahiyyə ilə aparılan əməliyyatlardan sonra pasiyentlər qapalı cərrahiyyənin bütün üstünlüklərindən faydalanırlar; çox az ağrı hiss edir və az ağrıkəsici dərman istifadə edir, tez evə buraxılır və gündəlik həyata sürətlə qayıdırlar. Yenə robot dəstəkli cərrahiyyədən sonra pasiyent həm daha az xəstəxanada qalır, həm də sosial həyatına daha tez şəkildə qayıda bilir. Pasiyentlər qısa müddətdə evə buraxılaraq sevdiklərinə qovuşa bilir, ayağa qalxa bilir və sosial həyatlarına qayıda bilirlər. Pasiyentlərin həyatlarına qaldıqları yerdən davam edə bilməsi müalicə prosesində psixoloji olaraq da müsbət şəkildə əks olunur. Bu vəziyyət əməliyyatdan sonra müalicəsinə davam ediləcək pasiyentlər üçün olduqca əhəmiyyətli hesab edilir. Yenə əməliyyatın olduqca kiçik bir kəsikdən həyata keçirilməsi sayəsində əməliyyatdan sonra komplikasiya rastlanma riskini minimum səviyyəyə endirir. Bu da əlavə bir müalicə ehtiyacını aradan qaldırır.

WhatsApp ilə məlumat alın