2005-ci ildə Da Vinci cərrahi sisteminin ginekoloji xəstəliklərdə istifadəsi üçün FDA icazəsi aldıqdan sonra robot dəstəkli minimal invaziv əməliyyatlar dünyada böyük sürətlə yayılmağa başladı.
Konvensional laparoskopik əməliyyatlara bənzər şəkildə robot dəstəkli cərrahiyyə təkmilləşmiş perioperativ nəticələri ilə birlikdə pasiyentin əməliyyatdan sonra xəstəxanada qalma müddətində azalma və daha keyfiyyətli sağalma prosesi əldə edilir.
Robot dəstəkli cərrahiyyə klassik laparoskopik üsulda məhdud olan iki ölçülü görüntü, kamera həssaslığı, laparoskopik alətlər üçün məhdud hərəkət sahəsi və cərrahın pis erqonomik mövqeyi kimi halları əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Robot dəstəkli bu yanaşmada bunlarla birlikdə pasiyentin əməliyyat müddətində ya da sonrasında komplikasiya yaşama riskini də minimum səviyyəyə endirir.
İnfeksiya Riski Minimum
Aparılan araşdırmalara görə robot dəstəkli əməliyyatların açıq üsullara nisbətən bir çox üstünlüyü var. Robot dəstəkli cərrahiyyə üsulunda daha az qan itkisi baş verir, bu da əməliyyat zamanı pasiyentin qana olan ehtiyacını azaldır.
Həmçinin dərin venaların trombozu, infeksiya, limfosele, hematoma və anastomoz sızması kimi komplikasiyaların rastlanma nisbəti açıq əməliyyatlara və laparoskopik əməliyyatlara nisbətən çox daha aşağıdır. Əməliyyat üçün açılan kəsiyin çox kiçik olması və minimal invaziv şəkildə pasiyentə minimum müdaxilə edilməsi sayəsində qanaxma ya da infeksiya kimi yaşana biləcək mənfi halların qarşısı rahat şəkildə alına bilir.
Robot Dəstəkli Cərrahiyyə ilə Əməliyyatdan Sonra
Robot dəstəkli cərrahiyyənin seçildiyi əməliyyatlarda əməliyyatdan sonrakı proses digər əməliyyatlara nisbətən olduqca rahatdır və sağalma qısa müddətlidir. Pasiyentin bədəninə mümkün olan ən az səviyyədə (lazımsız müdaxilə və hərəkət az olaraq edilir) müdaxilə edildiyi üçün sağalma prosesi çox sürətli baş verir.
Ginekoloji əməliyyatlarda aparılan araşdırmalara görə robot dəstəkli cərrahiyyə ilə həyata keçirilən əməliyyatlardan sonra erkən və gec dövrdə ikinci səviyyə komplikasiya rastlanma nisbəti %2.9 olaraq müəyyən edilmişdir. Sidik yolları infeksiyası, çanaq iltihabı ya da yara yeri infeksiyası şəklində görülən bu komplikasiyalar hər əməliyyatdan sonra rastlanan və antibiotiklərlə qısa müddətdə müalicə edilən komplikasiyalar kimi qəbul edilir. Lakin olduqca az rastlanır.
Üçüncü səviyyə komplikasiyaların rastlanma nisbəti isə %0.7 olaraq göstərilmişdir. Bu səbəbdən robot dəstəkli ginekoloji əməliyyatlar çox təhlükəsiz hesab edilir.
