Endometrioz Tamamilə Aradan Qalxırmı?

Endometrioz uşaqlıq daxili boşluğunu örtən bölgədəki endometrium hüceyrələrinin uşaqlıqdan kənarda yerləşməsi nəticəsində meydana gəlir. Ümumiyyətlə qadının daxili genital orqanlarının yerləşdiyi çanaqda görülməklə birlikdə, nadir hallarda bədənin fərqli yerlərində də yarana…

28.02.2022 2 dəq
Endometrioz Tamamilə Aradan Qalxırmı?
Bizimlə əlaqə

Məlumatlarınız yalnız sizinlə əlaqə saxlamaq üçün istifadə olunur. Məxfilik və məlumatların qorunması

Endometrioz uşaqlıq daxili boşluğunu örtən bölgədəki endometrium hüceyrələrinin uşaqlıqdan kənarda yerləşməsi nəticəsində meydana gəlir. Ümumiyyətlə qadının daxili genital orqanlarının yerləşdiyi çanaqda görülməklə birlikdə, nadir hallarda bədənin fərqli yerlərində də yarana bilər.

Ən çox rast gəlinən endometrioz forması səthi periton endometriozu və yumurtalıqda görülən endometriomadır. Uşaqlıq arxası, bağırsaq, sidik kisəsi və çanağın yan divarları kimi bölgələri örtən periton qişasında yarana bilər.

Yumurtalıq daxilində yerləşən kista formasındakı endometrioz şokolad kistası olaraq da tanınır. Endometrioz olan bölgədə hər ay uşaqlıq daxilindəki endometriumda olduğu kimi qanaxma baş verir.

Miqdarı çox daha az olan bu qanaxma və bu qanaxmaya qarşı yaranan hüceyrə toplanması, fibroz (sərt, sinirlə zəngin yara toxuması) endometrioza bağlı ağrının yaranmasında təsirli bir amildir.

Endometrioz Necə Müalicə Edilir?

Endometrioz müalicəsi pasiyentin ehtiyacına görə müəyyənləşdirilməlidir. Bu səbəbdən endometrioz müalicəsi tibdə ən çox fərdiləşdirilən müalicələrdən biri kimi qəbul edilir.

Endometrioza bağlı olaraq pasiyentin ağrısı varsa ağrını azaldan müalicələr, hamilə qalmaqda problem yaşayan pasiyentin hamilə qalmasına yönəlik bir müalicə proqramı tətbiq edilir. Hər iki problemi də yaşayan pasiyentdə hər iki problemin ən optimal şəkildə düzəldilə biləcəyi üsul mənimsənilir.

Endometrioz müalicəsinin ilk addımı pasiyentin həyat tərzinin nizamlanmasıdır. Balanslı qidalanma, müntəzəm idman, gevşəmə məşqləri və stresdən uzaq bir həyat tərzi tətbiq etməyə diqqət yetirilməlidir.

Qidalanmadakı mühüm nöqtələrdən biri, bağırsaq endometriozunda ciddi qarında şişkinlik, defekasiya zamanı ağrı kimi gündəlik həyatı çox mənfi təsirləyən vəziyyətlərdə bağırsaqlara daha az təsir edəcək qidalanma tərkibləri ilə mütləq pasiyentin pəhrizinin nizamlanmasıdır.

Ağrısı olan pasiyentlərdə ilk seçim dərman müalicəsidir. Şokolad kistaları, ölçülərindən asılı olmayaraq dərman müalicəsi ilə izlənilə bilər. Hamilə qala bilməyən pasiyentlərdə ümumiyyətlə dərman müalicəsindən istifadə üstünlük təşkil etmir.

Çünki istifadə edilən bir çox dərman müalicəsi endometriozu basdırarkən eyni zamanda pasiyentin hamilə qalmasını da avtomatik olaraq əngəlləyən xüsusiyyətə malikdir. Buna bağlı olaraq endometriozda tətbiq edilən dərman müalicəsi hamiləliyi gecikdirici bir amilə çevrilə bilər.

Hamilə qala bilməyən pasiyentlərdə pasiyentin yaşı, yumurtalıq ehtiyatının vəziyyəti, sonsuzluq müddəti, əvvəllər uşaq sahibi olub-olmaması kimi amillər qiymətləndirilərək intrauterin inseminasiya ya da IVF kimi köməkçi reproduktiv üsullara müraciət edilə bilər. Pasiyent əməliyyat edilərək endometrioz lezyonları aradan qaldırılır, yapışmalar açılır və pasiyentin normal anatomik quruluşunu geri qazanması təmin edilir. Tətbiq edilən uğurlu cərrahiyyələr pasiyentin normal cinsi əlaqə yolu ilə, təbii yollarla hamilə qalma şansını da artıra bilər.

Endometrioz Xroniki Bir Xəstəlikdir

Endometrioz xəstəliyi heç vaxt tamamilə aradan qalxa bilməyən xroniki bir xəstəlikdir. Cərrahi prosedur tətbiq edilərək görünən endometrioz toxumaları tamamilə aradan qaldırıla bilər. Hormonal aktiv olan bu qadınlarda təbii ki yenidən endometrioz inkişaf edə bilər.

Buna görə əməliyyatdan sonrakı prosesdə pasiyentə endometriozu basdırıcı müalicə 6 ay- 1yıl davam etdirilməlidir. Bunun səbəbi reproduktiv qabiliyyəti olan bir qadında estrogen səviyyələri yüksək qaldığı müddətcə endometrioz yaranma prosesinin və endometrioz xəstəliyinin davam edə biləcəyidir.

Cərrahi müalicələrdə gənc yaş qrupunda orqan qoruyucu müalicələr aparılır. Menopauzadan sonra endometriozun görünməyəcəyi və ya tamamilə bitəcəyi fikri doğru deyil. Bəzi pasiyentlərdə endometrioz menopauzadan sonra da qarşımıza çıxa bilər. Menopauzadan sonra endometrioz riski azalır. Lakin tamamilə sıfırlanmır.

Endometrioz (Şokolad Kistası) haqqında daha ətraflı məlumat almaq üçün https://cikolatakisti.info/ saytımı ziyarət edə bilərsiniz.

WhatsApp ilə məlumat alın