Aybaşı dövründə şiddətli ağrı

Aybaşı dövründə ağrılar ümumiyyətlə qarının aşağı hissəsində və menstruasiyadan bilavasitə əvvəl ya da başladıqdan sonra ortaya çıxa bilər. Ağrılar ümumiyyətlə yüngüldür. Həyatı çox məhdudlaşdırması gözlənilmir, buna görə gündəlik həyatı çox…

07.05.2020 2 dəq
Aybaşı dövründə şiddətli ağrı
Bizimlə əlaqə

Məlumatlarınız yalnız sizinlə əlaqə saxlamaq üçün istifadə olunur. Məxfilik və məlumatların qorunması

Aybaşı dövründə ağrılar ümumiyyətlə qarının aşağı hissəsində və menstruasiyadan bilavasitə əvvəl ya da başladıqdan sonra ortaya çıxa bilər. Ağrılar ümumiyyətlə yüngüldür. Həyatı çox məhdudlaşdırması gözlənilmir, buna görə gündəlik həyatı çox mənfi təsirləməsi gözlənilmir. Lakin bəzi qadınlarda əksinə bu şikayətlər çox şiddətli olaraq görülə bilər. Hətta bəzi qadınlar aybaşı dövrlərində gündəlik həyatını davam etdirməkdə çətinlik çəkir. Məktəbə ya da işə gedə bilməyə bilər.

Qadın bədənində istehsal edilən prostaglandin aybaşı dövründə artır. Yüksək prostaglandin isə uterusda (uşaqlıqda) yığılmaya və ağrıya səbəb olur. Yüksək prostaglandin səviyyəsinə sahib olan qadınlarda aybaşı dövrü ağrıları şiddətli olur. Ayrıca qusma, ishal ya da baş ağrısı kimi simptomlar da bu kimyəvi maddəyə bağlıdır. Müalicədə istifadə edilən ağrıkəsicilər prostaglandini azaldaraq həm ağrıda, həm də aybaşı qanaxması miqdarında azalmaya səbəb olur.

ŞİDDƏTLİ AĞRININ SƏBƏBLƏRİ NƏLƏRDİR?

Aybaşı dövrlərində şiddətli ağrıların tək səbəbi prostaglandinlər deyil. Bəzi xəstəliklər də bu dövrün ağrılı və çətin keçməsinə səbəb olur. Şokolad kistası xəstəliyi kimi tanınan endometrioz, Miomalar (fibroid) ya da adenomyoz (uşaqlığı tutan şokolad kistası xəstəliyi) yaranması, uşaqlıqda və/ya yumurtalıq və borularda iltihab, ektopik hamiləlik, uşaqlıq daxili vasitə (spiral), yumurtalıq kistası kimi müxtəlif rahatsızlıqlar aybaşı dövrünün çətin keçməsinə səbəb olur.

Qadınlarda ilk aybaşı dövründən bəri ağrılı aybaşı görmə hallarında bu vəziyyət birincil kimi qəbul edilir. Lakin şokolad kistası, mioma ya da çanaq iltihabi xəstəliyi kimi rahatsızlıqlar səbəbindən yaşanan şiddətli ağrılar isə ikincildir. Ağrıya səbəb olan fiziki rahatsızlıq müalicə edildikdə ağrılı aybaşı görmə də aradan qalxır.

DƏRMAN MÜALİCƏSİ

Aybaşı dövründə kramplaların qarşısını almaq üçün ümumiyyətlə iltihab əleyhinə dərmanlar üstünlük təşkil edir. İbuprofen, Mefenamik turşu, ketoprofen ya da naproksen dərmanları prostaglandini basdırmaqda kömək edir. Bu dərmanlar dövr başlamadan bir neçə gün əvvəl qəbul edilməyə başlandıqda daha effektiv olur və menstruasiyanın sonuna qədər qəbul edilməsi tövsiyə edilir. Lakin bütün qadınlarda eyni təsiri göstərməyə bilər. Xüsusilə maqnezium sancılı aybaşıda ağrıları azaltmada olduqca faydalıdır. Ağrıkəsicilərlə birlikdə istifadə edilə bilər. Doğuşa nəzarət həbləri də faydalıdır. Kadamlı şəkildə tək ya da birlikdə bu seçimlər bir arada istifadə edilə bilər.

Böyrək rahatsızlığı ya da mədə xorası ya da reflü kimi mədə rahatsızlıqları olan şəxslərin bu dərmanları istifadə etmədən əvvəl mütləq həkimə müraciət etməsi lazımdır. Bunların yanı sıra digər müalicədə vacib bir seçim isə hormonal doğuşa nəzarət dərmanları və Dərman ifraz edən Uşaqlıq Daxili Vasitə (Spiral) də kramplaları nəzarət altına alma ya da bitirmə baxımından təsir göstərə bilər. Lakin xüsusilə bir səbəbə bağlıdırsa ağrı, o səbəbin həll edilməsi bu ağrıların müalicə edilməsini təmin edir.

WhatsApp ilə məlumat alın