Robot dəstəkli cərrahiyyə tibdə bir çox sahədə olduğu kimi ginekologiya sahəsində də olduqca yüksək uğurla istifadə edilir. Ölkəmizdə son 10 ildir effektiv şəkildə istifadə edilən robot dəstəkli cərrahiyyə texnikası son illərdə şokolad kistası əməliyyatı, miomalar, sidik kisəsi və uşaqlığın düşməsi, histerektomiya (uşaqlığın çıxarılması), uşaqlıq, uşaqlıq boynu ya da yumurtalıq xərçəngi kimi xəstəliklərin müalicəsində cərrahi müdaxilə lazım olan hallarda üstünlük təşkil edir.
ROBOT DƏSTƏKLİ CƏRRAHİYYƏ GİNEKOLOJİ XƏRÇƏNGLƏRDƏ NECƏ İSTİFADƏ EDİLİR?
Robot dəstəkli cərrahiyyə texniki baxımdan əməliyyatın cərrah nəzarətində robot vasitəsilə həyata keçirilməsini ifadə edir. 3 ölçülü bir ekrandan əməliyyat ediləcək sahəni görmək və olduqca həssas robot qolları ilə əməliyyatı etmək mümkün olur.
Robot dəstəkli cərrahiyyə sayəsində tək və kiçik bir kəsikdən bədənə giriş təmin edilərək əməliyyat həyata keçirilə bilir. Şokolad kistasından uşaqlığın çıxarılmasına qədər bir çox əməliyyat kiçik kəsiklərlə tamamlana bilir. Ginekoloji cərrahi əməliyyatların demək olar ki, hamısında istifadə edilə bilən robot dəstəkli cərrahiyyə, ginekoloji xərçənglərin müalicəsində də rahatlıqla üstünlük təşkil edə bilir.
ROBOT DƏSTƏKLİ CƏRRAHİYYƏ TEXNİKASININ TƏQDİM ETDİYİ ÜSTÜNLÜKLƏR NƏLƏRDİR?
Yumurtalıq, uşaqlıq və uşaqlıq boynu xərçəngi kimi qadınlarda görülən xərçəng növlərinin müalicə mərhələsində cərrahi müdaxilə lazım olarsa, robot dəstəkli cərrahiyyə texnikası üstünlük təşkil edə bilir. Normal ya da ənənəvi üsullar kimi tanınan cərrahın əllərini istifadə edərək etdiyi əməliyyatlar 2 ölçülü görüş bucağı təmin etdiyi üçün xüsusilə xərçəngli toxumaların təmizlənməsi prosesində zaman-zaman gözdən qaça bilən toxumaların olmasına səbəb ola bilir.
Robot dəstəkli cərrahiyyənin yayılması ilə birlikdə xərçəngli toxumaların çıxarılmasında bu texnika çox üstünlük təşkil edir. Texnika sayəsində cərrahlar əməliyyatın edildiyi bölgəni çox daha ətraflı şəkildə müşahidə etmə fürsəti əldə edir. Robot dəstəkli cərrahiyyə texnikasında istifadə edilən alətlərin təmin etdiyi yüksək hərəkət qabiliyyəti, insan əlinin müdaxilə edə bilməyəcəyi nöqtələrə çatmağı mümkün edir. Robot dəstəkli cərrahiyyə tətbiqlərindən sonra açıq texnika ilə edilən əməliyyatlara nisbətən çox daha az ağırlaşma ortaya çıxır. Pasiyentin ayağa qalxma və normal həyata qayıtma müddəti qısalarkən eyni zamanda əməliyyatdan sonra qalan izlər də demək olar ki, gözlə görünməyəcək ölçülərdə olur. Əməliyyatda qanaxma çox daha az, əməliyyatdan sonra ağrı daha az və ağrıkəsici ehtiyacı da açıq şəkildə daha az olur.
Şəxslərin əməliyyatdan sonrakı dövrdə də olduqca rahat hiss etməsini təmin edən bu texnikalarla minimum deformasiya (yaxşı kosmetik nəticə) ilə maksimum fayda əldə edilir. Daha effektiv nəticələr almaq üçün xüsusilə son 10 ildir geniş şəkildə istifadə edilən robot dəstəkli cərrahiyyə texnikası ilə cərrahiyyədə çox daha effektiv nəticələr əldə etmək mümkündür.
