Endometrioz normalda uşaqlığın daxilini örtən endometrium toxumasına bənzər toxumaların uşaqlıqdan kənara doğru böyüməsi ilə ortaya çıxan ağrılı bir xəstəlikdir. Mamalıq və Ginekologiya üzrə mütəxəssis Doç. Dr. Taner Usta, “Şokolad kistası necə fərq edilir?” sualının cavabını və xəstəliyə dair bütün ətraflı məlumatları bizim üçün bölüşdü.Y
Xalq arasında şokolad kistası kimi də tanınan endometrioz ən çox yumurtalıqları, fallopiya borularını və serviksi örtən toxumada meydana gəlir.
Endometrial toxuma nadir hallarda çanaq orqanlarının xaricinə də yayıla bilər. Şokolad kistasında endometriala bənzər toxuma hər aybaşı dövründə qalınlaşır və qanayır. Lakin bu toxumanın bədəndən çıxış yolu olmadığı üçün olduğu yerdə qalır.
Endometrioz yumurtalıqlarda meydana gəldikdə müxtəlif kistalar yarana bilər. Ətrafındakı toxumaları qıcıqlandıraraq çapıq toxuması ya da yapışmaların ortaya çıxmasına səbəb olur. Şokolad kistası xüsusilə aybaşı dövrünün həddindən artıq ağrılı olmasının qarşısını açır.
ƏLAMƏTLƏRİ NƏLƏRDİR?
Şokolad kistasının ən çox rast gəlinən əlaməti aybaşı dövrlərində artan çanaq ağrılarıdır. Ayrıca normaldan daha ağrılı kramplar da görülür. Ağrı dövr prosesində getdikcə artır. Aybaşı dövrünün uzandığı hallarda bel və qarın ağrısı da ortaya çıxır.
Ayrıca cinsi əlaqə zamanı və sonrasında da ağrının meydana gəlməsi də şokolad kistası əlamətləri arasında yer alır. Aybaşı dövrü boyunca tualetə çıxmada ağrı, həddindən artıq miqdarda qanaxma və sonsuzluq da şokolad kistasının bəzi əlamətləridir.
Aybaşı dövründə yorğunluq, ishal, qəbizlik, şişkinlik ya da həddindən artıq ürəkbulanması nadir hallarda olsa şokolad kistasına işarə edən simptomlar arasında yer alır. Bu əlamətlərlə şokolad kistası bəzən çanaq iltihabi xəstəliyi ya da yumurtalıq kistaları ilə qarışdırıla bilər.
NECƏ DİAQNOZ QOYULUR?
Bir çox qadın aybaşı dövrü zamanı çanaq ağrısı yaşayır. Lakin dövrün çox çətin və ağrılı keçməsi şokolad kistasından qaynaqlana bilər. Normal bir çanaq müayinəsində kista ya da çapıq toxuması müəyyənləşdirilə bilər. Lakin bu şokolad kistasının diaqnozu üçün kifayət etmir.
Tam diaqnoz üçün ultrasəs ya da MRT kimi görüntüləmə texnologiyalarından faydalanılır. Ayrıca diaqnostik məqsədli laparoskopiya da şokolad kistasının diaqnoz edilməsində üstünlük təşkil edir. Ultrasəs görüntüləmə üsulunda yüksək tezlikli səs dalğaları ilə reproduktiv orqanlar görüntülənir.
MRT-də isə böyük bir maqnit, radio dalğaları və kompüter istifadə edilir. MRT testləri eyni zamanda mütəxəssis həkimin şokolad kistası əməliyyatına hazırlaşmasına kömək edir. Laparoskopiya isə göbək çuxurunun altına açılan kiçik bir kəsik vasitəsilə həyata keçirilir.
