Sinsi Bir Şəkildə İrəliləyir!

YUMURTALIQ XƏRÇƏNGİ Digərlərinə nisbətən çox daha səssiz (sinsi) bir şəkildə irəliləyir!Yaranma və inkişaf prosesində əlamətləri demək olar ki, anlaşılmayacaq səviyyədə olan yumurtalıq xərçəngi, buna görə “səssiz qatil” adlandırılır. Uşaqlıq xərçəngindən…

09.09.2019 2 dəq
Sinsi Bir Şəkildə İrəliləyir!
Bizimlə əlaqə

Məlumatlarınız yalnız sizinlə əlaqə saxlamaq üçün istifadə olunur. Məxfilik və məlumatların qorunması

YUMURTALIQ XƏRÇƏNGİ
Digərlərinə nisbətən çox daha səssiz (sinsi) bir şəkildə irəliləyir!

Yaranma və inkişaf prosesində əlamətləri demək olar ki, anlaşılmayacaq səviyyədə olan yumurtalıq xərçəngi, buna görə “səssiz qatil” adlandırılır. Uşaqlıq xərçəngindən sonra ən çox rast gəlinən ikinci xərçəng ginekoloji xərçəng növü over xərçəngidir (yumurtalıq xərçəngi). Üçüncü sırada isə uşaqlıq boynu xərçəngi yer alır.

Yumurtalıq xərçəngi uşaqlıq və uşaqlıq boynu xərçənginə nisbətən çox daha səssiz şəkildə irəliləyir. Erkən diaqnoz ümumiyyətlə əlamətlərin çox gec ortaya çıxmasından dolayı çətindir. Bu vəziyyət müalicə şansını azaldır.

Lakin siz bu səssiz qatilin qurbanı olmaq məcburiyyətində deyilsiniz! Bədəninizin verdiyi siqnallara bir az daha diqqət göstərərək erkən diaqnozla yumurtalıq xərçəngindən qurtula bilərsiniz.

Qarın bölgəsində şişkinlik hiss edirsinizsə…

Qarın bölgəsində meydana gələn şişkinlik, qəbizlik (Premenstrual Sindrom) ya da həzmsizlik kimi problemlərə işarə etsə də, bu şişkinlik yumurtalıqlarda həddindən artıq böyüyən xərçəngli hüceyrələrdən ötəri yaranmış ola bilər. Buna görə qarın bölgəsində tez-tez şişkinlik hiss edirsinizsə, mütləq həkimə getməkdə fayda olduğunu unutmayın.

Çəki itkisinə baxmayaraq bitməyən su içmə istəyi

Yumurtalıq xərçənginə bağlı olaraq çəki itkisi görülməsi mümkündür. Şəxs iştahsızlıq problemi yaşasa da susuzluq hiss etməyə davam edirsə, mütləq həkimə getməlidir. Xərçəngli hüceyrələr şəxsin hər halda susuzluq yaşamasına səbəb ola bilər.

Çanaq ağrısı

Qadınların çox vaxt gözardı etdiyi çanaq ağrıları yumurtalıq xərçənginin xəbərçisi ola bilər. Xüsusilə bir neçə gündən çox sürən, tez-tez təkrarlanan ya da davamlı çanaq ağrılarınız varsa, mütləq həkimə getməlisiniz.

Aybaşı dövründə dəyişiklik

Aybaşı dövründə yaşanan dəyişiklik ümumiyyətlə stresslə əlaqələndirilsə də, altında çox daha böyük problemlər yatır ola bilər. Aybaşı nizamının pozulması yumurtalıqlarda bir problem olduğu mənasına gələ bilər. Bu problemin mənbəyi hormonal problemlər, stress, qidalanma dəyişikliyi və yumurtalıq kistaları ola bildiyi kimi yumurtalıq xərçəngi də ola bilər. Öz aybaşı dövrünüzü izləmək üçün təqvimə qeydlər alıb sapmaları rahat şəkildə müşahidə edin. Dövrdə dəyişiklik olduğu an həkiminizə müraciət edin.

Sidik Yolu İltihabında Görülən Şikayətlərlə Qarışa Bilər

Tez-tez sidiyə çıxma, ağrılı sidik və sidik qaçırma kimi problemlər ümumiyyətlə iltihaba bağlı olduğu düşünülən problemlərdir. Xüsusilə qadınlarda sidik yolları infeksiyasının tez-tez görülməsi də diaqnozu gecikdirə bilər.

Qarın daxilində toplanan çox miqdarda asit (yumurtalıq xərçənginin yaratdığı maye) və yumurtalıqdakı kütlələr və ətrafdakı qonşu toxumalara yayılan törəmə toxumaları səbəbindən eynilə sidik yolu infeksiyasındakı kimi şikayətlər görülə bilər. Xüsusilə bu şikayətlərin heç keçməməsi halında yumurtalıq xərçəngi riskini nəzərə almaq lazımdır.

WhatsApp ilə məlumat alın