Sidik saxlaya bilməmə sizi sosial həyatdan ayırmasın!

Xüsusilə qadınlarda yaşın çox olması, çox sayda doğuş etmə və artıq çəki kimi səbəblərlə yaranan sidik saxlaya bilməmə, bir xəstəlik olduğu kimi, mühüm bir xəstəliyin əlaməti də ola bilər. Bu…

28.05.2018 2 dəq
Sidik saxlaya bilməmə sizi sosial həyatdan ayırmasın!
Bizimlə əlaqə

Məlumatlarınız yalnız sizinlə əlaqə saxlamaq üçün istifadə olunur. Məxfilik və məlumatların qorunması

Xüsusilə qadınlarda yaşın çox olması, çox sayda doğuş etmə və artıq çəki kimi səbəblərlə yaranan sidik saxlaya bilməmə, bir xəstəlik olduğu kimi, mühüm bir xəstəliyin əlaməti də ola bilər. Bu problem qadınlarda kişilərə nisbətən daha tez-tez görülür və yaşın artmasına bağlı olaraq da artır.

Həyat keyfiyyətinə mənfi təsir edir

Ağır qaldırmaq, asqırmaq və pilləkən çıxmaq kimi hallarda görülən sidik saxlaya bilməmə həyat keyfiyyətinə mənfi təsir edir. Bəzi xəstələr gündəlik fəaliyyətlərini yerinə yetirərkən sidik saxlaya bilməmə problemi ilə qarşılaşmır, lakin tez-tez sidiyə çıxma və ayaqyoluna çata bilməmə kimi problemlər baş verə bilər. Bu problem gündə 10-15 dəfə sidiyə çıxma, daha da önəmlisi sidik saxlaya bilməmə səbəbindən qadınlarımızı sosial həyatdan uzaqlaşdırır. Çətin və travmalı doğuşlar sidik saxlaya bilməmə riskini artırarkən, sezar və normal doğuşların bu problem üzərində mühüm bir təsiri yoxdur. Lakin çox sayda doğuş etmək, müdaxiləli doğuş, doğuşun normaldan uzun sürməsi sidik saxlaya bilməməyə yol aça bilər.

Artıq çəki risk faktorudur!

Sidik saxlaya bilməməyə yol açan amillərin başında artıq çəki gəlir. Çünki artıq çəki ilə qarın içindəki təzyiqin artması sidik yollarını riskə atır. Bu məsələdə əzələləri güclendirmək üçün müntəzəm çanaq dibi məşqləri etmək fayda verə bilər. Əzələlərin güclənməsinin isə sidiyi saxlayan orqanda müsbət təsirləri var. Bu problemin qadınlarda daha çox görüldüyünü demişdik, lakin bu demək deyil ki, kişilərdə sidik saxlaya bilməmə problemi görülmür. Kişilərdə stress tipli sidik saxlaya bilməməyə çox vaxt prostat əməliyyatlarından və ya çanaq sümüyü sınıqlarından sonra rast gəlinir. Xüsusilə yaşlı yaş qrupunda görülən sidik saxlaya bilməmə problemi müalicə olunmalı, xəstənin itirdiyi həyat keyfiyyəti yenidən qazanılmalıdır. Sidik saxlaya bilməmə problemi üçün, xüsusilə sidik kisəsinin boynundakı bağların zəifliyinə bağlı olan tipində cərrahi müalicələr aparılır. Bu tətbiqlərdən biri də ‘asma əməliyyatları’dır. Əməliyyatın müddəti 10-15 dəqiqəni keçmir. Xəstə həmin gün evə buraxıla bilər. Asma əməliyyatları hər xəstəyə tətbiq olunmur; bu əməliyyat üçün uyğun xəstə və təcrübəli həkim müalicənin müvəffəqiyyətini müəyyən edir.

WhatsApp ilə məlumat alın