Robot dəstəkli cərrahiyyənin üstünlükləri

Cərrahiyyə sahəsində böyük asanlıq və xəstə rahatlığı təqdim edən robot dəstəkli cərrahiyyə ilə qarın içində bir çox xəstəliyin müalicəsi aparıla bilir. Həkim əməliyyatı xüsusi bir robotik cərrahiyyə sistemindən istifadə edərək…

26.06.2018 2 dəq
Robot dəstəkli cərrahiyyənin üstünlükləri
Bizimlə əlaqə

Məlumatlarınız yalnız sizinlə əlaqə saxlamaq üçün istifadə olunur. Məxfilik və məlumatların qorunması

Cərrahiyyə sahəsində böyük asanlıq və xəstə rahatlığı təqdim edən robot dəstəkli cərrahiyyə ilə qarın içində bir çox xəstəliyin müalicəsi aparıla bilir. Həkim əməliyyatı xüsusi bir robotik cərrahiyyə sistemindən istifadə edərək uzaqdan idarə edir. Xüsusi olaraq hazırlanmış bu robotik sistemlə aparılan cərrahi müdaxilələrdə qarın bölgəsində edilən kiçik kəsiklərdən qarın içinə robotun istifadə edəcəyi xüsusi alətlər yerləşdirilir. İnkişaf etmiş kamera sistemi sayəsində ən incə təfsilat görünür. Robot cərrahiyyəsinin istifadə olunduğu sahələr: Qadın xəstəlikləri: Uşaqlıq xərçəngləri, uşaqlığın düşməsi, uşaqlığın çıxarılması, uşaqlıq miomaları (fibroidlər) əməliyyatları, şokolad kistası Urologiya : Sidik kisəsi xərçəngi, prostat xərçəngi, böyrək xərçəngi Ürək cərrahiyyəsi : Ürək qapağı və baypas cərrahiyyəsində Ümumi cərrahiyyə: Qalın bağırsaq cərrahiyyəsi, piylənmə cərrahiyyəsi, mədəaltı vəzi, yırtıqlar

Robot dəstəkli cərrahiyyənin 6 üstünlüyü

  • Daha az qan itkisi: Robot dəstəkli cərrahiyyədə laparoskopiyada olduğu kimi xəstənin qarnı qazla şişirilir. Qaz təzyiqi çox qanaxmanın qarşısını alır. 3 ölçülü kameralar sayəsində (klassik laparoskopiya əməliyyatları 2 ölçülü olaraq aparılır) əməliyyat sahəsi çox aydın göründüyü üçün mümkün qanaxmaya təsirli müdaxilə edilir və nəticədə az qan itkisi olur.
  • Daha az ağrı: Əməliyyat kəsikləri kiçik olduğu və içəridə aparılan prosedurlar həssas şəkildə həyata keçirildiyi üçün açıq əməliyyatlara nisbətən daha az ağrı hiss olunur.
  • Sürətli sağalma: Əməliyyat aparılan bölgə aydın göründüyü üçün cərrahiyyənin tətbiq olunduğu orqan və ətraf toxumalar qorunur və toxumalarda daha az travma olur. Qanaxma yox deyiləcək qədər azdır. Əməliyyat kəsikləri də olduqca kiçikdir. Buna bağlı olaraq əməliyyatdan sonrakı sağalma müddəti qısadır. Xəstə açıq əməliyyata nisbətən daha erkən xəstəxanadan evə buraxıla bilər.
  • Gündəlik həyata və ailə həyatına sürətli qayıdış: Robot dəstəkli cərrahiyyə ilə aparılan əməliyyatdan sonra normal həyat fəaliyyətlərinə daha qısa müddətdə qayıdılır. Normal qida qəbuluna daha erkən başlanılır.
  • Çapıq izləri bilinmir: Çapıq izləri o qədər kiçikdir ki, estetik baxımdan bir problem yaratmır.
  • İnfeksiya riski azdır: Robot dəstəkli cərrahiyyədə yara infeksiyası daha az görülür.
  • Daha yaxşı xərçəng nəzarəti: 3 ölçülü (klassik laparoskopiya əməliyyatları 2 ölçülü olaraq aparılır), yüksək ayırdetmə qabiliyyətli görüntü və 7 dərəcə hərəkət edə bilən alətlər sayəsində toxumalar daha aydın görülüb müdaxilə edilə bilər.

Robot dəstəkli cərrahiyyənin ən böyük çatışmazlığı digər üsullara nisbətən daha baha olmasıdır. Lakin eynilə laparoskopiya əməliyyatlarında olduğu kimi, zaman keçdikcə daha da ucuzlaşaraq yalnız imkanı olan xəstələrə deyil, hər xəstənin xidmətində olması gözlənilir.

WhatsApp ilə məlumat alın