Üstünlükləri saymaqla bitmir, bəs çapıq əmələ gəlməsinə təsiri?

İnkişaf edən texnologiya və tibb sayəsində cərrahi əməliyyatlarda artıq dövr açan nəticələr əldə etmək mümkündür. Gözlə görünməyəcək, əllə müdaxilə edilməyəcək sahələrdə əməliyyat aparmağı mümkün hala gətirən robot dəstəkli cərrahiyyə sayəsində…

29.04.2019 2 dəq
Üstünlükləri saymaqla bitmir, bəs çapıq əmələ gəlməsinə təsiri?
Bizimlə əlaqə

Məlumatlarınız yalnız sizinlə əlaqə saxlamaq üçün istifadə olunur. Məxfilik və məlumatların qorunması

İnkişaf edən texnologiya və tibb sayəsində cərrahi əməliyyatlarda artıq dövr açan nəticələr əldə etmək mümkündür. Gözlə görünməyəcək, əllə müdaxilə edilməyəcək sahələrdə əməliyyat aparmağı mümkün hala gətirən robot dəstəkli cərrahiyyə sayəsində həyat xilas edən nəticələr əldə olunur.

Mamalıq və Ginekologiya üzrə mütəxəssis Dos. Dr. Taner Usta, bu gün bir çox üstünlüyü olan robot dəstəkli cərrahiyyə haqqında olduqca faydalı izahatlar verərkən, çapıq (yara izi) əmələ gəlməsinə təsiri haqqında da ağla gələn bütün sual işarələrini bizlər üçün cavablandırdı.

Robot dəstəkli cərrahiyyə, mamalıq-ginekologiyadan başqa urologiyadan ümumi cərrahiyyəyə, plastik-rekonstruktiv və estetik cərrahiyyə əməliyyatlarından ürək-damar cərrahiyyəsinə qədər bir çox sahədə yayğın şəkildə seçilir. Robot dəstəkli cərrahiyyənin ən əhəmiyyətli artılarından biri də cərrahi çapığın (yara izinin) əmələ gəlməməsidir.

Cərrahi əməliyyatlar, yanıq, zədələnmə, dəri infeksiyaları nəticəsində çapıq ya da yara izi yarana bilər. Çapıq əmələ gəlmələri ‘nedbə’ olaraq da adlandırılır. Yaranın sağalma prosesinin sonunda ortaya çıxan çapıq toxuması əslində bədənin özünü bərpa etmək üçün hədsiz kollagen istehsal etməsi nəticəsində yaranır.

Sağalma prosesində dəri toxuması birləşdirici toxuma ilə yer dəyişir. Bu vəziyyətdə şəxsin normal dəri toxuması ilə rəng, toxuma və piqmentasiya fərqlilikləri olan yeni bir toxuma ortaya çıxır. Çapıq toxumasının ölçüsünə görə şəxsdə psixoloji problemlər baş qaldıra bilər. Bu əmələ gəlmələri aradan qaldırmaq üçün cərrahi müdaxilə və lazer tətbiqi kimi fərqli əməliyyatlar aparılır.

Dərinin yenidən sağlam şəkildə əmələ gəlməsi üçün travma yaratmayacaq soyma prosesi, lazerlə yandırma ya da cərrahi müdaxilə ilə yara izinin çıxarılması ilə bölgədəki görünüş düzəldilə bilər.

HƏM MANE OLUR, HƏM RİSKİ AZALDIR

Robot dəstəkli cərrahiyyə tətbiqləri sayəsində çapıq izinin əmələ gəlməsinin qarşısının alınması qeyri-mümkün deyil. Böyük kəsiklərin açılmasına ehtiyac duyulan əməliyyatları olduqca kiçik kəsiklər ilə rahat şəkildə aparmağı mümkün edən robot dəstəkli cərrahiyyə sayəsində həm çapıq əmələ gəlməsinin qarşısı alınır, həm də əməliyyatdan sonra qalan yaranın ölçüləri kiçildiyi üçün infeksiya riski azaldılmış olur.

SAĞALMA PROSESİ ARTIQ DAHA RAHATDIR

Robot dəstəkli cərrahiyyə ilə aparılan əməliyyatların əsasında kiçik bir kəsikdən içəri daxil olunması və əməliyyatın bu sayədə rahat şəkildə aparılması dayanır. Normal şərtlər altında bir cərrahın 10 – 15 sm-lik kəsiklər ilə çata biləcəyi sahəyə 1 sm-dən kiçik kəsiklər ilə çatmaq mümkündür. Bu sayədə əməliyyatda qan itkisi azalır, əməliyyatdan sonra sağalma prosesi asanlaşır və yara izi minimuma enmiş olur.

WhatsApp ilə məlumat alın