Genital bölgənizdəki kosmetik problemlərə son!

Qarın əməliyyatlarında minimal invaziv əməliyyatlar mümkün ola bilir. Açıq üsullara nisbətən laparoskopiya daha az ağrı, daha sürətli sağalma və daha kiçik əməliyyat izi kimi üstünlüklərə sahibdir. Bu gün sürətlə yayılan…

17.06.2019 1 dəq
Genital bölgənizdəki kosmetik problemlərə son!
Bizimlə əlaqə

Məlumatlarınız yalnız sizinlə əlaqə saxlamaq üçün istifadə olunur. Məxfilik və məlumatların qorunması

Qarın əməliyyatlarında minimal invaziv əməliyyatlar mümkün ola bilir. Açıq üsullara nisbətən laparoskopiya daha az ağrı, daha sürətli sağalma və daha kiçik əməliyyat izi kimi üstünlüklərə sahibdir.

Bu gün sürətlə yayılan robot dəstəkli cərrahiyyə isə əməliyyatın təhlükəsizliyini və effektivliyini hər hansı şəkildə təhlükəyə atmadan ənənəvi laparoskopiyanın sahib olduğu məhdudiyyətləri aradan qaldıraraq əməliyyatın bədənə olan mənfi təsirini minimum səviyyəyə endirmək üçün aparılan araşdırmalar nəticəsində ortaya çıxmışdır.

YARA İZİ OLMAYAN ƏMƏLİYYAT

Robot dəstəkli cərrahiyyə ilə birlikdə artıq əməliyyatların böyük əksəriyyəti təxminən 0.8 sm olan kəsiklərdən həyata keçirilir. Əməliyyatdan sonra bu kəsiklərin izləri 6-12 ay içində qarşıdan baxıldığında fərq edilməyəcək səviyyəyə gəlir. Bir ildən daha uzun müddətlərdə isə artıq gözlə görünməyəcək qədər aradan qalxır.

Histerektomiya və yumurtalıq kistası əməliyyatlarının bəzilərində isə yalnız göbək çuxuruna açılacaq tək bir kəsiklə əməliyyat aparıla bilir. Bu səbəbdən əməliyyatdan dərhal sonra belə yara izi kənardan baxıldığında az qala fərq edilməyəcək səviyyədə qalır.

Xüsusilə görünüşünə diqqət edənlər üçün robot dəstəkli cərrahiyyə üsulu digər üsullara nisbətən böyük üstünlük təqdim edir və əməliyyatdan sonra hər hansı estetik müdaxiləyə ehtiyac qalmır.

ROBOT DƏSTƏKLİ CƏRRAHİYYƏ İLƏ RAHAT ƏMƏLİYYATDAN SONRAKI DÖVR

Əməliyyatdan sonrakı proses pasiyentlər üçün ən azı əməliyyatın özü qədər çətin keçir. Çətin sağalma prosesləri pasiyentlərin psixoloji cəhətdən ən güclü olması lazım gələn dövrdə daha da böyük çətinliklər yaşamasına səbəbdir. Lakin robot dəstəkli cərrahiyyə sayəsində həm əməliyyat, həm də əməliyyatdan sonrası pasiyentlər üçün rahat bir mühit yaradılır.

Əməliyyatın olduqca kiçik kəsiklərdən həyata keçirilməsi əməliyyatdan sonrakı sağalma prosesinin daha qısa olmasını təmin edir. Həmçinin bu kiçik kəsiklərin də zaman içində fərq edilməyəcək qədər kiçik olması pasiyentlərin əməliyyatdan əvvəl və sonra daha rahat hiss etmələrinə imkan verir.

WhatsApp ilə məlumat alın