Endometriozla bağlı doğru bilinən yanlışlar

Endometrioz hər 10 qadından 1-ində görülürkən niyə bu qədər gec fərq edilir? Qısaca uşaqlıq divarının içini örtən və endometrium adlandırılan toxumanın uşaqlıqdan kənarda bir yerdə görülməsi kimi təsvir olunan endometrioz…

17.07.2018 2 dəq
Endometriozla bağlı doğru bilinən yanlışlar
Bizimlə əlaqə

Məlumatlarınız yalnız sizinlə əlaqə saxlamaq üçün istifadə olunur. Məxfilik və məlumatların qorunması

Endometrioz hər 10 qadından 1-ində görülürkən niyə bu qədər gec fərq edilir? Qısaca uşaqlıq divarının içini örtən və endometrium adlandırılan toxumanın uşaqlıqdan kənarda bir yerdə görülməsi kimi təsvir olunan endometrioz ən çox çanaq peritonunda, yumurtalıqlarda, rektovaginal septumda, sidik kisəsində və bağırsaqlarda yaranır. Səbəbi tam olaraq bilinməyən xəstəlik ümumiyyətlə ağrı və hamilə qala bilməmə şikayəti ilə həkimə müraciət edildikdə ortaya çıxır. Xüsusilə aybaşı dövrləri ilə bağlı qadınlar arasındakı yayğın məlumat çirkliliyi xəstəliyin diaqnozunu gecikdirə bilir.

Endometriozla bağlı doğru bilinən yanlışlar

YANLIŞ: Güclü aybaşı sancıları normaldır. DOĞRU: Xüsusilə gənc qızlarda ağrıkəsicilərə cavab verməyən güclü aybaşı sancıları hər zaman normal olmaya bilər. Bu ağrılar başqa bir sağlamlıq problemindən qaynaqlana bildiyi kimi, endometrioz xəstəliyinin əlaməti də ola bilər. YANLIŞ: Endometrioz gənc qadınlarda və yeni yetkinlik dövrünə daxil olan (adolesan) qızlarda görülmür. DOĞRU: Yetkinlik dövrünə daxil olan qızlarda xroniki çanaq ağrısı və ağrıkəsicilərlə keçməyən sancılarda 70 faiz nisbətində endometrioz düşünülməlidir. YANLIŞ: Hamilə qalmaq və uşaq sahibi olmaq endometriozu müalicə edir. DOĞRU: Hamiləlik dövründə endometrioz zədələri boğulur, lakin doğuşdan sonra eyni simptomlar təkrarlanır. YANLIŞ: Endometrioz sonsuzluq deməkdir. DOĞRU: Endometrioz diaqnozu qoyulmuş xəstələr eyni zamanda sonsuz olduqlarını düşünür. Halbuki endometriozu olan qadınların 60-70 faizi fertil, yəni doğurğandır. Yalnız endometrioz xəstələrində hamilə qalma sürəti aşağıdır. YANLIŞ Endometrioz hormonal bir xəstəlikdir. DOĞRU: Genetik meyillilik, immun sistem və ətraf mühit amilləri endometriozun inkişafında təsirlidir. YANLIŞ: Endometrioz xəstələrində yumurtalıq xərçəngi də inkişaf edir. DOĞRU: Endometriozu olan xəstələrdə yumurtalıq xərçəngi riski arta bilər, lakin mütləq olacaq deyə bir şey yoxdur. YANLIŞ: Endometriozun yaranmasının qarşısı alına bilər. DOĞRU: Endometrioz tam olaraq müalicə edilib bütünlüklə aradan qaldırıla bilən bir xəstəlik deyil. Endometrioz xəstəliyinin mərhələsi və şiddəti müalicə yanaşmasına təsir edir. Həm cərrahi üsulla, həm də dərmanla müalicədə sağalma müşahidə olunsa da, təkrarlanma ehtimalı var. YANLIŞ: Endometrioz zədələri nə qədər böyükdürsə, ağrı o qədər çox olur. DOĞRU: Endometriozda xəstəliyin yayğınlığı və ya şiddəti ilə ağrı arasında bir əlaqə müəyyən edilməmişdir.

WhatsApp ilə məlumat alın