Şokolad kistası ya da tibdəki adı ilə ‘endometrioz’ qadınlar arasında olduqca yaygın bir problemdir. Hər 10 qadından 1-ində görülən şokolad kistası çox yaygın olsa da, həm asan diaqnoz edilmədiyi, həm də əhəmiyyət verilmədiyi üçün bir çox sağlamlıq probleminin xəbərçisi ola bilir.
Mamalıq və Ginekologiya üzrə mütəxəssis Doç. Dr. Taner Usta, şokolad kistası (endometrioz) haqqında olduqca faydalı məlumatlar təqdim edərkən, depressiyaya səbəb ola biləcəyini də vurğuladı.
BİLAVASİTƏ DEPRESSİYANI İŞƏ SALAN KİMYƏVİ BİR TƏSİRİ YOXDUR
Şokolad kistasının bilavasitə depressiyanı işə salan kimyəvi bir təsiri yoxdur. Lakin kistanın varlığı şəxsin həyat keyfiyyətini olduqca ciddi ölçüdə təsirlədiyi üçün bir nəticə olaraq depressiya ortaya çıxa bilir.
Şokolad kistası olan qadınlarda qasıq və aşağı qarın bölgəsində şiddətli ağrı, ağrılı sidik ifrazı, ağrılı defekasiya, cinsi əlaqə zamanı qanaxma və ağrı kimi əlamətlərlə ortaya çıxa bilir. Bu əlamətlər, qadınlar tərəfindən əhəmiyyət verilmədiyi üçün şokolad kistasının erkən diaqnozu da mümkün olmur.
Lakin söz mövzusu əlamətlər üzündən həyat keyfiyyəti aşağı düşərkən sosial həyat da mənfi istiqamətdə təsirlənir. Şəxsin partnyoru ilə davam etdirdiyi sağlam əlaqə təhlükəyə girir, cinsi baxımdan istəksizlik uzun müddətdə şəxsin özünü yetərsiz hiss etməsinə səbəb olaraq depressiyanı işə sala bilir.
SOSİAL HƏYATI PASSİVLƏŞDİRİR
Şiddətli ağrılar və ağrılı aybaşı qanaxmaları kimi problemlər də şəxsin sosial baxımdan passivləşməsinə səbəb olur. Şəxs, bu problemləri yaşadığı üçün çölə çıxmaqdan, insanlarla vaxt keçirməkdən çəkinərkən xüsusilə ağrılar səbəbindən iş həyatında da çətinliklər çəkir.
Bu problemlərin hamısı bir araya gəldikdə davamlı stress halı, sosial mühitdən uzaqlaşma və edilən işlərdə uğursuzluq hissi depressiyanı ortaya çıxarır.
ENDOMETRİOZ HƏYATINIZI KABUSA ÇEVİRMƏSİN
Görünüşü və toxuması səbəbindən şokolad kistası adlandırılan endometrioz, müalicə edildikdə şəxsin çox daha sağlam və rahat bir həyata sahib olmasının mümkün olduğu bir probleme çevrilir.
Şokolad kistası erkən diaqnoz edilmədiyi hallarda müalicəsi çətinləşən bir rahatsızlıq olduğu üçün mütləq diqqətə alınmalıdır. Uzun müddətdə hamilə qalmağı çətinləşdirən, sonsuzluğa səbəb ola bilən şokolad kistası dərmanla nəzarət altına alına bildiyi kimi, cərrahi müdaxilə ilə də müalicə edilə bilər.
Endometrioz müalicəsində şəxsin həyat keyfiyyətini yüksəltmək və sağlam şəkildə həyatına davam etməsini təmin etmək əsasdır. Qadınların ginekoloji müayinələrini müntəzəm olaraq etdirməsi ilə şokolad kistası həyatı mənfi olaraq təsirləyən bir problem olmaqdan çıxır.
