Aybaşı pozğunluğunun səbəbləri hansılardır, aybaşı gecikməsi ilə eyni mənanı daşıyırmı?

Aybaşı pozğunluğu bir çox qadının görməzdən gəldiyi, lakin çox ciddi xəstəliklərin əlaməti ola biləcək bir problemdir. Müntəzəm aybaşı görmək qadın bədənində bir çox sistemin düzgün işlədiyinin göstəricisidir.Mamalıq və Ginekologiya üzrə…

02.04.2019 2 dəq
Aybaşı pozğunluğunun səbəbləri hansılardır, aybaşı gecikməsi ilə eyni mənanı daşıyırmı?
Bizimlə əlaqə

Məlumatlarınız yalnız sizinlə əlaqə saxlamaq üçün istifadə olunur. Məxfilik və məlumatların qorunması

Aybaşı pozğunluğu bir çox qadının görməzdən gəldiyi, lakin çox ciddi xəstəliklərin əlaməti ola biləcək bir problemdir. Müntəzəm aybaşı görmək qadın bədənində bir çox sistemin düzgün işlədiyinin göstəricisidir.

Mamalıq və Ginekologiya üzrə mütəxəssis Dos. Dr. Taner Usta, bir çox qadının problemi olan aybaşı pozğunluğu haqqında olduqca faydalı izahatlar verdi. Mamalıq və Ginekologiya üzrə mütəxəssis Dos. Dr. Usta, əlamətlərindən səbəblərinə qədər bütün təfərrüatları bizlər üçün izah etdi.

Aybaşı dövrünün başladığı ilk illərdə aybaşıların qeyri-müntəzəm olması normaldır. Lakin bir neçə ilin sonunda hələ də davam edən pozğunluqların izlənməsi lazımdır.Aybaşı dövrünün müntəzəm olması uşaqlığın, yumurtalığın, vajinanın və vulvanın sağlam şəkildə funksiyalarını yerinə yetirdiyinə işarə edir. Bununla yanaşı böyrəküstü vəzilərin, hipofiz vəzinin və hipotalamus bölgəsinin normal işləməsi müntəzəm aybaşı dövrü üçün lazımdır.

ƏLAMƏTLƏRİNƏ DİQQƏT!

Aybaşı pozğunluğunun tərifini verərkən qadınlar ümumiyyətlə iki aybaşı dövrü arasında keçən müddətin gözləniləndən uzun sürməsi vəziyyətini qəbul etsə də, əslində iki aybaşı dövrü arasındakı müddətin 21 gündən qısa olması da pozğunluğa işarə edir.

21 gündən qısa və 35 gündən uzun olan aybaşı dövrü aralıqları pozğunluğa işarədir. Bununla yanaşı aybaşı qanaxmasının miqdarı, aybaşı qanaxmasının 8 gündən çox davam etməsi də pozğunluq əlaməti kimi qəbul edilməlidir.

40 yaşdan sonra başlayan pozğunluqlar menopauza kimi düşünülsə də, menopauza dövrünün 55 yaşına qədər başlama ehtimalı olduğu nəzərdən qaçırılmamalıdır.

Şəxs menopauza diaqnozunu özbaşına qoymadan əvvəl ginekoloqa müraciət edib müayinə olunmalıdır. Hər qadın üçün müntəzəm ginekoloji müayinənin 20-ci illərin başından etibarən sağlam bir həyat üçün olmazsa-olmazlar arasında yer aldığı yaddan çıxarılmamalıdır.

AYBAŞININ OLMAMASI İLƏ QARIŞDIRILMAMALIDIR!

Aybaşı pozğunluğu ilə aybaşı gecikməsi (olmaması) qarışdırılmamalıdır. Gecikmə hamiləliyə işarə edə bilər. Ən azı iki aybaşı dövründə yaşanan aksaqlıqlar pozğunluq kimi araşdırılmalıdır.

AYBAŞI POZĞUNLUĞUNUN SƏBƏBLƏRİ?

Stress, hormonal pozğunluqlar, dərman istifadəsi, qəflətən hədsiz kilo vermə ya da hədsiz kilo alma, çox artıq məşq etmə, çox aşağı bədən kütlə indeksi (Body Mass Index: BMI), aybaşı pozğunluğuna səbəb ola bilər.

Aybaşı pozğunluğu ginekoloji xərçənglərin də əlaməti ola bilər; xüsusilə uşaqlıq boynu xərçəngi və ya uşaqlıq xərçəngi. Bununla yanaşı qaraciyər xəstəlikləri, şəkər xəstəliyi ya da klinik depressiya da aybaşı pozğunluğuna səbəb ola bilər.

Polikistik yumurtalıq sindromu (PKOS) və şokolad kistası da aybaşı pozğunluğunun səbəbləri arasında yer alır. Hər qadının aybaşı pozğunluğunun xüsusi olaraq araşdırılması lazımdır. Çünki bu problem olduqca ətraflı bir araşdırma tələb edən, xüsusilə də xərçəng hallarında erkən diaqnoz baxımından böyük əhəmiyyət daşıyan bir problem kimi görülməlidir.

WhatsApp ilə məlumat alın