Diqqət! Təkrarlanan düşüklərin səbəbi mioma ola bilər!

Qadınlarda olduqca tez-tez rastlanan problemlərdən biri olan miomalar heç fərq edilmədən uzun illər boyunca mövcud ola bilərlər. Qadınların təxminən %75-i mioma probleminə sahib olduqlarının fərqində də deyil. Hər dörd qadından…

18.04.2019 2 dəq
Diqqət! Təkrarlanan düşüklərin səbəbi mioma ola bilər!
Bizimlə əlaqə

Məlumatlarınız yalnız sizinlə əlaqə saxlamaq üçün istifadə olunur. Məxfilik və məlumatların qorunması

Qadınlarda olduqca tez-tez rastlanan problemlərdən biri olan miomalar heç fərq edilmədən uzun illər boyunca mövcud ola bilərlər. Qadınların təxminən %75-i mioma probleminə sahib olduqlarının fərqində də deyil. Hər dörd qadından birinin həyatının bir dövründə yaşadığı problemlərdən yalnız biri olan miomalar, düşünülənin əksinə xoşxassəli şişlər olaraq qarşımıza çıxır. Qadınlarda 35 yaşına qədər rastlanma tezliyi %25 civarında olan miomalar, sonsuzluğa ya da düşüyə səbəb ola bilir.

Təkrarlanan hamiləlik itkisində miomanın təsiri nədir?
Mioma problemi yaşayan qadınlar arasında aparılan araşdırmalara görə düşük etmə nisbətinin çox yüksək olduğu müşahidə edildi. Hamilə qaldıqda mioma problemi olan qadınların düşük etmə ehtimalı təxminən %40 civarındadır. Miomalar erkən dövrdə düşük etmə ehtimalını artırırlar. Bunun əsas səbəbi isə miomaların endometrial toxumada və uşaqlıqda pozulmalara səbəb olması, hamiləliyə bağlı olaraq artan estrogen hormonu səbəbiylə daha çox böyümələri və plasentanın inkişafına imkan verməmələridir. Miomalar düşüyə səbəb olduğu kimi vaxtından əvvəl doğuşa da səbəb ola bilər. Mioma üzündən düşük etmiş qadınlar mioma müalicəsindən sonra yenidən hamilə qala bilərlər və uşaq sahibi ola bilərlər.

Bəs uşaq sahibi olmağa mane olurmu?
Miomalar yerləşdikləri yerlər səbəbiylə mayalanmış yumurtanın uşaqlıqda tutunmasına mane ola bilərlər. Belə hallarda da hamilə qalmaq təəssüf ki, mümkün olmur. Böyüyən miomalar zamanla yumurtalıq kanallarına təzyiq göstərirlər. Bu da sperma hüceyrələrinin yumurta hüceyrəsinə çatmasına mane olur ya da çətinləşdirir. Aparılan araşdırmalara görə uşaq sahibi ola bilməyən qadınların %3-ündə bu problemin səbəbinin miomalar olduğu görülmüşdür.

Mioma əlamətləri hansılardır?
Bir qadının mioma probleminin olub-olmadığını ciddi əlamətlər olmadan anlaması qeyri-mümkündür. Yalnız müntəzəm olaraq aparılan ginekoloji müayinə sayəsində miomalar hələ kiçik olarkən aşkarlanır. Əgər rutin yoxlamalar buraxılırsa, aybaşı dövründə normaldan çox qanaxma, iki aybaşı dövrü arasında ləkələnmə ya da qanaxma, qarın ağrısı, aybaşı dövründə şiddətli ağrı, cinsi əlaqədən sonra qanaxma, tez-tez sidiyə çıxma, anusda təzyiq və qəbizlik kimi təkrarlanan problemlər mioma əlamətləri olaraq qiymətləndirilə bilər. Bu hallardan bir dənəsi belə fərq edildiyində həkim yoxlamasına getmək və miomaların səbəb ola biləcəyi problemlərin qarşısını sürətlə almaq lazımdır.

WhatsApp ilə məlumat alın