Xoşxassəli bir xəstəlik olmasına baxmayaraq, irəliləməsi və digər orqan tutulmaları baxımından malign (xərçəng kimi) bir davranışı var. Tez-tez yumurtalıqlar, qarın daxili periton, yoğun bağırsaq, sidik borusu (ureter) tutulması olmaqla birlikdə qarın daxilindəki bütün orqanları təsirləyə bilər.
İnsan bədəninin ən qalın və ən uzun siniri!
Siyatik sinir insan bədəninin ən qalın və ən uzun siniridir. Onurğa beyninin aşağı hissəsindən gələn sinir liflərindən yarandıqdan sonra qarın boşluğunu tərk edərək bud arxasına keçir və dizin arxasında iki ayrı sinirə bölünərək ayağa qədər gedir.
Ayaq altının, baldır arxasının, diz və bud arxasının hissi siyatik sinirlə daşınarkən, bəzi ayaq və bud əzələləri də siyatik sinirlə oyanır. Endometrioz nadir hallarda bu sinirin qarın daxilindəki hissəsini tuta bilər və siyatik sinir problemlərinə yol aça bilər.
Əlamətləri nələrdir?
Siyatik sinir tutulduqda, xüsusilə aybaşı dövründə olmaqla bud arxasında, diz arxasında, baldır arxasında və ayaq altında ağrı, uyuşukluq hissi, qarıncalanma və əzələ zəifliyi müşahidə edilir.
Bu şikayətlər siyatik sinirə bel yırtığı tərəfindən bir təzyiq göstərildikdə ya da sinirin seyri zamanı hər hansı bir təzyiq ya da sıxılma bu şikayətlərə yol aça bilər.
Fiziki müayinədən sonra ortaya çıxır
Endometriozun siyatik sinir tutulmasında aybaşı dövründə sinir üzərindəki endometriotik toxumada da iltihablanma artdığı üçün şikayətlər aybaşı dövründə artır. Bu şikayətlərin endometrioz səbəbindən mi, yoxsa başqa bir səbəbdən mi olduğu ətraflı bir fiziki müayinədən sonra ortaya çıxır.
Endometriozda siyatik sinir tutulması ümumiyyətlə gözdən qaça bilər. Buna görə pasiyentin bu mövzuda təcrübəli həkimlər tərəfindən müayinə edilməsi lazımdır.
Dəqiq müalicə üsulu
Dəqiq müalicəsi cərrahi olaraq o endometriotik toxumanın çıxarılmasıdır. Günümüzdə dünyada bu iş üçün ixtisaslaşmış nöropelveoloqlar (qasıq bölgəsi sinir cərrahiyyəsi edən) var.
Ölkəmizdə bu sertifikata sahib yalnız iki mamalıq və ginekologiya mütəxəssisi var. Nöropelveoloq tərəfindən laparoskopik ya da robot müşayiətində lezyonun çıxarılması ilə bütün şikayətlər geriləyir və pasiyent normal həyatına dönür.
Lezyon tam olaraq sinirin üzərindən çıxarılacağı üçün bu mövzuda çox təcrübəli olan nöropelveoloq tərəfindən bu cərrahiyyənin edilməsi pasiyentin əməliyyatdan zərər görməsini minimuma endirir
