Mamalıq və Ginekologiya üzrə mütəxəssis Dos. Dr. Taner Usta, robot dəstəkli cərrahiyyənin faydaları haqqında bütün bilinməyənləri bizlər üçün danışdı. Robot dəstəkli əməliyyatlar başda ginekoloji, ürək, urologiya, ümumi cərrahiyyə və qulaq-boğaz-burun olmaqla bir çox şöbədə aparılır.
Bu gün robot dəstəkli cərrahiyyə ilə həyata keçirilən əməliyyatların %75-i urologiya və ginekologiya sahəsində tətbiq olunur. Robot dəstəkli əməliyyatlar standart laparoskopiyanın daha texnoloji bir versiyası kimi qəbul edilir və bu üsulun məhdud tərəflərinin təkmilləşdirilməsi ilə həm pasiyent, həm də cərrah üçün daha çox üstünlük təmin edir.
ROBOT DƏSTƏKLİ CƏRRAHİYYƏ İLƏ GƏLƏN ÜSTÜNLÜKLƏR
Robot dəstəkli cərrahiyyə, laparoskopik üsulun daha inkişaf etmiş versiyası olduğu üçün laparoskopiyanın açıq cərrahi müdaxilələrə qarşı sahib olduğu üstünlükləri bir addım irəli aparır. Həmçinin öz içində də laparoskopiyaya nisbətən əhəmiyyətli üstünlükləri var. Robot dəstəkli əməliyyatlar həm pasiyentin, həm də cərrahın əməliyyat prosesini yaxşılaşdırmaqda əhəmiyyətli bir rol oynayır. Cərrah əməliyyatı cihazın konsolunda rahat şəkildə oturaraq həyata keçirir. Bu da diqqətini toplama şansını artırır.
Həmçinin robot dəstəkli cərrahiyyənin təqdim etdiyi üç ölçülü görüntü, yaxınlaşdırma seçimləri və daha həssas əməliyyatların aparıla bilməsi əməliyyatın müvəffəqiyyət şansını da artırır. Bu üsulla birlikdə əməliyyatı, əməliyyat sahəsində olmayan həkimlərin də vəziyyəti izləyə bilməsinin və tövsiyələr verə bilməsinin yolunu açır.
Əməliyyatın kiçik bir kəsikdən həyata keçmiş olması infeksiya riskini minimuma endirməklə birlikdə əməliyyatdan sonra yara izinin də çox kiçik olmasını və zaman içində gözlə görünməyəcək səviyyəyə gəlməsini təmin edir. Yenə robot ilə əməliyyatdan sonra daha az ağrı və daha az ağrıkəsici istifadəsi olur. Bu sayədə eyni zamanda pasiyentin əməliyyat prosesi qısalır və sosial həyatına qayıdış prosesi də daha tez şəkildə həyata keçir.
ƏMƏLİYYAT ZAMANI VƏ SONRASI
Robot dəstəkli əməliyyatların gətirdiyi yeniliklər ilə həm əməliyyat zamanı, həm də sonrasında əhəmiyyətli irəliləyişlər əldə edildi. Robot dəstəkli cərrahiyyə sayəsində əməliyyat zamanı az qanaxma baş verir və pasiyentdə bunun nəticəsi olaraq daha az qanköçürməyə ehtiyac duyulur.
Dörd qollu robotun insan əli kimi titrəməməsi və çox daha həssas hərəkət edə bilməsi səbəbindən əməliyyat zamanı cərrahi bölgə ətrafında yerləşən ətraf toxumalara verilən zərər də ən aza endirilmiş olur.
