Qadınların həyatını kabusa çevirən uşaqlıq və sidik kisəsi düşməsini müalicə etmək mümkündürmü?

Günümüzdə xüsusilə irəli yaşdakı qadınlarda demək olar ki, hər iki qadından birində bu vəziyyətə rast gəlinir. Ölkəmizdə isə bu nisbətin dünya ortalamasından bir qədər daha yuxarı olduğu təxmin edilir.Düşmənin bir…

07.11.2019 2 dəq
Qadınların həyatını kabusa çevirən uşaqlıq və sidik kisəsi düşməsini müalicə etmək mümkündürmü?
Bizimlə əlaqə

Məlumatlarınız yalnız sizinlə əlaqə saxlamaq üçün istifadə olunur. Məxfilik və məlumatların qorunması

Günümüzdə xüsusilə irəli yaşdakı qadınlarda demək olar ki, hər iki qadından birində bu vəziyyətə rast gəlinir. Ölkəmizdə isə bu nisbətin dünya ortalamasından bir qədər daha yuxarı olduğu təxmin edilir.

Düşmənin bir çox səbəbi olmaqla birlikdə ən çox rast gəlinən səbəbləri arasında çox sayda doğuş etmək, çətin doğuş tarixçəsi, uzanan doğuş, genetik amillər, xroniki qəbizlik, siqaret istifadəsi və piylənmə var.

SİDİK KİSƏSİ VƏ UŞAQLIQ DÜŞMƏSİ EYNI ANDA MÜALİCƏ EDİLƏ BİLƏR

Sidik kisəsini, uşaqlığı və bağırsaqları yerində tutan əzələlərdə və bağlarda meydana gələn zəifləməyə bağlı olaraq uşaqlığın olduğu yerdən düşməsinə ‘uşaqlığın düşməsi’ deyilir. Uşaqlığın düşməsinə tez-tez sidik kisəsi və rektum bölgəsində düşmə də müşayiət edir.

3

Ayrıca daha əvvəl uşaqlıq ya da vaginal əməliyyatlar keçirmiş şəxslərdə də uşaqlığın düşməsi baş verə bilər. Düşmənin yerinə və mərhələsinə görə vaginal ya da qarın boşluğundan həyata keçirilən əməliyyatlarla müalicə edilə bilər.

YENİ NƏSİL MÜALİCƏ ÜSULU ROBOT DƏSTƏKLİ CƏRRAHİYYƏ İLƏ UŞAQLIĞIN DÜŞMƏSİ UĞURLA MÜALİCƏ EDİLƏ BİLİR

Son iyirmi il ərzində tibb sahəsində özünə böyük yer tapan robot dəstəkli cərrahiyyə günümüzdə ən çox ginekologiya və uroloji əməliyyatlarında üstünlük təşkil edir. Klassik laparoskopik üsulun daha inkişaf etmiş versiyası olan bu üsulla laparoskopik üsulun məhdudiyyətləri aradan qalxır.

4

da Vinci robotunun qolları onlarla dəfə böyütmə edən və üç ölçülü görüntü təqdim edən kameraları ilə əməliyyat bölgəsi haqqında geniş məlumat təmin edir. Ayrıca çox dərin yerlərə çata bilməsi sayəsində bu bölgələrdə rahat və təhlükəsiz bir iş mühiti yaranır.

3 ölçülü, yəni dərinliyi də ehtiva edən görüntüləmə texnologiyası sayəsində əməliyyat bölgəsinin ətrafında olan həssas toxumaya heç bir zərər vermədən əməliyyat tamamlana bilər.

ƏMƏLİYYATDAN SONRA ROBOT DƏSTƏKLİ CƏRRAHİYYƏNİN ÜSTÜNLÜKLƏRİ NƏLƏRDİR?

Yeni nəsil robot cihazları ilə edilən əməliyyatlar tıpkı laparoskopik üsul kimi minimal invaziv ginekoloji cərrahiyyə sahəsində yer alır. Yəni robot dəstəkli cərrahiyyədə də əməliyyat zamanı pasiyent mümkün olan ən az sayda müdaxilə ilə müalicə edilir. Bu da əməliyyat zamanı daha az qanaxma və daha az qan ehtiyacı deməkdir.

1

Əməliyyatların kiçik kəsiklərdən həyata keçirilməsi sayəsində əməliyyatdan sonra infeksiya kimi ağırlaşma görülmə riski də minimum səviyyəyə endirilir. Bu sayədə əməliyyatdan sonra pasiyentlər daha sürətli şəkildə evə buraxıla bilir və sosial həyatlarına daha tez qayıda bilər.

Robot dəstəkli cərrahiyyə ilə gələn üstünlüklərin bir digər vacibi isə kiçik bir kəsiyə ehtiyac duyulduğu üçün əməliyyatdan sonra hər hansı aydın bir iz qalmamasıdır. Əməliyyatdan sonra ortaya çıxan izlər təxminən bir il içində gözlə görünməyəcək səviyyəyə gəlir.

WhatsApp ilə məlumat alın