Genital estetika, adından da göründüyü kimi, genital nahiyədə həyata keçirilən estetik əməliyyatların hamısıdır. Zaman keçdikcə doğuşlar, dəri quruluşunun dəyişməsi, həddindən artıq kilo alıb vermə və ya genetik meyillilik səbəbindən bu nahiyədə sallanmalar və forma pozğunluqları yaranır. Bu pozğunluqlar ətraf mühit amillərindən qaynaqlandığı kimi anadangəlmə də ola bilər. Günümüzdə texnologiyanın inkişafı ilə estetik əməliyyatların daha rahat, daha asan və daha az ağrılı şəkildə aparılması bu əməliyyatlara olan tələbatı artırır. Bu nahiyədə yaranan forma pozğunluqları eyni zamanda müxtəlif funksional pozğunluqlara da səbəb ola bilər. Narahatlıq yaradan vəziyyətlərin demək olar ki, hamısı cərrahi əməliyyatlarla uğurla aradan qaldırıla bilir.
Genital Estetikada Aparılan Əməliyyatlar
Qadın bədənində vulva, daxili və xarici dodaqlar, klitor və vaginanın yerləşdiyi nahiyəyə genital nahiyə deyilir. Genital nahiyədə aparılan əməliyyatlarda vagina ilə daxili və xarici dodaqlar birlikdə qiymətləndirilir və adətən ən çox əməliyyat bu nahiyəyə edilir. Çünki pozğunluqlar xüsusilə daxili və xarici dodaqlarda yaranır. Genital estetik əməliyyatlar adətən daxildən xaricə doğru aparılan əməliyyatlardır. Bu əməliyyatlar arasında vaginanın daraldılması, daxili və xarici dodaqların kiçildilməsi və düzəldilməsi, eləcə də dolğu kimi estetik əməliyyatlar yer alır. Genital estetik əməliyyatların üstün cəhətlərindən biri də bir neçə əməliyyatın birlikdə aparıla bilməsidir. Bu şəkildə xəstələr tək bir sağalma dövrü keçirirlər.
Əməliyyatdan Sonra Sağalma Dövrü
Genital estetik əməliyyatlar ümumi anesteziya altında və ya regional anesteziya ilə (yatmadan) aparıla bilər. Lakin bəzi hallarda və xəstənin seçimi ilə yerli anesteziyaya da üstünlük verilə bilər. Əməliyyat prosesi son dərəcə rahatdır və xəstələr heç bir ağrı hiss etmirlər. Ümumiyyətlə xəstələr əməliyyat günü və ya 1 gün sonra evə yazılır. Sağalma dövrü aparılan əməliyyata görə dəyişsə də, adətən xəstələr əməliyyatdan 2 gün sonra duş qəbul edə bilərlər. Xəstələrin təxminən 2-3 həftə cinsi əlaqəyə girməməsi lazımdır. Sağalma dövründə edilən qısa gəzintilər əməliyyatdan sonra bədəndə yaranan ödemin çəkilməsinə kömək edir. Xəstələr əməliyyatın növündən asılı olaraq təxminən 3-5 gün ərzində sosial həyatlarına qayıda bilirlər.
