Laparoskopiya ilə Kistaların Çıxarılması Mümkündürmü?

Laparoskopiya texnikası, qarın boşluğuna kamera ilə girilərək edilən bir əməliyyat növüdür. Bu texnika sayəsində çox daha rahat və asan əməliyyatlar həyata keçirilir. Laparoskopiya ilə kistaların çıxarılması pasiyentlər üçün daha qısa…

26.11.2018 1 dəq
Laparoskopiya ilə Kistaların Çıxarılması Mümkündürmü?
Bizimlə əlaqə

Məlumatlarınız yalnız sizinlə əlaqə saxlamaq üçün istifadə olunur. Məxfilik və məlumatların qorunması

Laparoskopiya texnikası, qarın boşluğuna kamera ilə girilərək edilən bir əməliyyat növüdür. Bu texnika sayəsində çox daha rahat və asan əməliyyatlar həyata keçirilir. Laparoskopiya ilə kistaların çıxarılması pasiyentlər üçün daha qısa müddət xəstəxanada qalma, daha az ağrı çəkmə və daha az qan itkisi kimi üstünlükləri əhatə edir.

Kista Əməliyyatı Necə Edilir?

Yumurtalıqda olan kistalar çox vaxt yumurtalıq toxumasından ayrılaraq rahatlıqla çıxarıla bilər. Əməliyyat ümumiyyətlə şəxsin göbək çuxurundan açılan kiçik bir kəsikdən daxilə göndərilən boru ilə başladılır. Daxilə göndərilən boru qarın boşluğuna gedir. Bu borudan qarın daxilinə qaz verilərək qarın boşluğu şişirilir. Yenə eyni borudan kamera ilə qarın daxili orqanlar görüntülənir. Bu sayədə əməliyyat rahat şəkildə həyata keçirilə bilər. Əməliyyatın davamı üçün ikinci ya da üçüncü dəliklər açıla bilər.

Kistaların Ölçüsü və Yeri Çox Vacibdir

Laparoskopik cərrahiyyəyə üstünlük verilə bilməsi üçün kistaların ölçüsü və yeri də çox vacibdir. Bəzi hallarda kistanın tamamilə ayrılması mümkün olmaya bilər ya da yumurtalıq toxumasının da kista ilə birlikdə çıxarılması lazım ola bilər.

Əməliyyatların Riskləri Nələrdir?

Laparoskopiya ilə edilən əməliyyatlar da bir çox əməliyyat kimi ümumi anesteziya altında edilir. Buna görə də əməliyyat nə qədər rahat olursa olsun, anesteziyaya bağlı olaraq meydana gələn problemlər ortaya çıxa bilər. Əməliyyatdan sonra şəxsin oyanma otağında qalması və həkim nəzarətləri edildikdən sonra lazım görülərsə bir gün xəstəxanada qalması lazım ola bilər. Diaqnoz qoymaq üçün edilən laparoskopik proseslərdə pasiyentlər eyni gün içində evə buraxılarkən, kista çıxarma əməliyyatlarından sonra bir ya da iki gecə xəstəxanada qalınması lazım ola bilər.

Texnika Dəyişikliyinə Gedilə Bilər

Laparoskopiya ilə kista çıxarma əməliyyatına qərar verilmiş olsa da, bəzi hallarda cərrahlar əməliyyat zamanı texnika dəyişə bilərlər. Buna görə əməliyyata açıq texnika ilə davam edilə bilər. Bu üsul dəyişikliyi pasiyentin fiziki vəziyyəti, sağlamlığı və əməliyyatın ehtiyacları istiqamətində edilə bilər.

WhatsApp ilə məlumat alın