Epidural Anesteziya ilə Ağrısız Doğum
Onurğanın uyğun aralığından bir kateter vasitəsilə girərək serum kimi damcı-damcı anestetik maddə verilməklə beldən aşağısında ağrının hiss edilməsinin qarşısını alan bir prosesdir. Hamilə qadın, ağrılarının 80%-i blok edildiyi üçün rahat bir doğum həyata keçirilir. Lakin tətbiq uşaqlıq boynu 4 sm açıldıqdan sonra edilir. Güc vermə dövründə dərman dozu azaldılaraq qadının güc verməni hiss etməsi və beləliklə doğuma aktiv olaraq qatılması təmin edilir. Belə bir doğum düşünürsünüzsə, bunu həkiminizlə danışıb, doğum edəcəyiniz xəstəxanada bu mövzuda mütəxəssis birinin olub-olmadığını, varsa hansı şərtlərdə tətbiq edildiyini öyrənin. Epidural anesteziya həm normal doğumda, həm də sezaryendə istifadə edilə bilər. Hər ana namizədi ağrısız doğum etmək istəyir. Ağrı hər hansı bir toxumadan qaynaqlana bilən mürəkkəb və xoşagəlməz bir qavrayışdır. Ağrı müalicəsi uzun illərdir tibdə ən aktual və üzərində ən çox işlənən mövzuların başında gəlir. Normal doğum əməliyyatı şiddətli ağrılı bir hadisədir. Anaya rahat və ağrısız doğum etdirmə arzusu ilə aparılan tədqiqatlar nəticəsində nəticə verib. Bu əsrin başlanğıcından bəri dünyada doğum əməliyyatı zamanı fərqli texnikalar istifadə edilərək ana namizədlərinə kömək edilib. Ağrısız doğumda ən etibarlı və rahat texnika epidural anesteziya ilə təmin edilir.
